Hər əmyəkkdaşın yerinə yetirməsi vacib olan qaydaların dəqiq tərtibi;
Servisin kəmiyyət və keyfiyyətcə effektivliyini obyektiv olaraq ölçməyə imkan verən, xüsusən də xoşməramlıq və nəzakətlik kimi qeydiyyata alına bilməyən elementlərə görə hər əməkdaşın işinin keyfiyyətinin qiymətləndirilməsinin dəqiq sistemi;
Personalın motivasiyası, bütün müəssisənin inkişafında onun səmimi olaraq maraqlanması, işi maksimum dərəcədə effektiv görmək həvəsi və bacarığı, özünü təkmilləşdirməyə yönəltmək;
Personalın peşəkarlığının artırılması sistemi.
Üçüncü – turxidmətlər göstərən müəssisələrin təşkilati strukturlarının optimallaşdırılması.
Dördüncü – servizin keyfiyyətinə aşağıdakıları ehtimal edən hərtərəfli, tam, obyektiv, fasiləsiz nəzarət:
keyfiyyət və ona nəzarətin qiymətləndirilməsində qonaqların iştirakı;
Standartların tələblərinin işin faktiki vəziyyəti ilə uyğunlaşdırılmasına imkan verən metodlar və kriterilərin yaradılması;
Personalın özünənəzarət sisteminin yaradılması;
Keyfiyyət qrupları ilə daimi işləmək;
Göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməs üçün dəqiq formalaşdırılmış kəmiyyət kriteriyalarının tətbiqi;
Keyfiyyətin sistem və kriteriyalarının yaradılmasında personalın iştirakı;
Müxtəlif xidmətlərin nümayəndələrinin daxil olduğu nəzarət xidmətinin yaradılması: müdiriyyət, maliyyə şöbəsi, təhlükəsizlik şöbəsi, kadr xidməti, bütün fəaliyyət xidmətlərinin rəhbərləri və ya əməkdaşları.