Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Polikondensasiya olunmuş qətran əsaslı plastik kütlələrin əsas növləri



Yüklə 87,19 Kb.
səhifə15/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
Mövzu ime

Polikondensasiya olunmuş qətran əsaslı plastik kütlələrin əsas növləri
Aminoplastlar - termoreaktiv plastik kütlələrdir (tərkibi: sidik cövhəri + formaldehidli melamin), bərkliyi, mexaniki möhkəmliyi, kifayət qədər kimyəvi dayanıqlığı, işığadavamlılığı, yüksək elektrik izolyasiyası xüsusiyyətləri ilə səciyyələnir. Aminoplastlar ağ və ya parlaq rənglə rənglənmiş, yarımşəffaf və qeyri-şəffaf olur, qızdırıldığda yumşalmırlar, qaynar suyun təsiri altında formaldehid ayıra bilər, buna görə də yalnız soyuq qidalar üçün nəzərdə tutulmuş qabların hazırlanmasında istifadə olunur. Təsərrüfat təyinatlı əşyaların, ətriyyat üçün taraların, xırdavat mallarının, telefonların korpusunun və dəstəyinin, elektrik açarılarının və digər əşyaların hazırlanması üçün istifadə olunur. Aminoplastların bir növü olan melalit yüksək istiliyə davamlılığı 160°C ilə fərqlənir. Melalit qablar adətən açıq-mavi rəngdə olur.
Poliamidlər - (anid, kapron, enant) aşqarlar olmadan xarici görünüşünə görə buynuza oxşayır, onların rəngi ağ rəngdən açıq-sarı rəngə kimi olur. Onlar müxtəlif rəngdə boyanır, bərkliyi, işıqkeçiriciliyi, elastikliyi ilə xarakterizə olunur, məmulatlar asan emal olunur, dayanıqlılığı yüksəkdir, sürtülüb yeyilməyə, qələvilərin və həlledicilərin təsirinə qarşı dayanıqlıdır. Köhnəlməyə meyillidir (günəş şüalarının təsiri altında möhkəmliyi azalır və məmulatın rəngi dəyişir). Əsas istifadə sahələri (istiqamətləri): sintetik lif və plastik kütlə (daha dayanıqlı, sərt və yapışqanlı termoplastların) istehsalı; xalça, fırça, naqillərin izolyasiyası, avtomobil şinləri, kanatlar, balıqovlama toru, furniturların istehsalı.
Alkid qətranlar termoreaktivdir, üzvi həlledicilərdə yaxşı həll olurlar. Lak və boya, habelə yapışqan, linoleum, müşəmbələrin və s. istehsalında istifadə olunur.
Polikarbonat şəffaf, möhkəm, zərbələrə qarşı davamlı, qocalmaya termoplast davamlı (1500C və daha yüksək temperaturda yumşalır), suyun təsirinə davamlı, lakin zənginləşdirilmiş qələvilərə və bəzi həlledicilərə qarşı davamsızdır. Qabların, qrammofon vallarının, sintetik liflərin və s. hazırlanması üçün istifadə olunur.
Poliuretanlar xassələrinə görə poliamid qatranlarına efiroplastlara yaxındırlar, aqressiv mühitlərə, aşağı temperaturlara (-300C-ə qədər) dayanıqlıdırlar, yaxşı dielektrikdirlər. Onlardan porolon, kauçukabənzər materiallar, laklar, yapışqanlar və s. alınır.



Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin