Mövzu3: Alqoritmin əsasları


Alqoritmin aşağıdakı xassələri vardır



Yüklə 35,79 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü35,79 Kb.
#38232
1   2   3
Mövzu 3-alqoritm anlayışının daxil edilməsi

2.Alqoritmin aşağıdakı xassələri vardır:

1.Müəyyənlik. Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə istifadə oluna bilər. Bu alqoritmin müəyyənlik xassəsini təskil edir.

2.Dilə bağlılıq. Alqoritm alqoritmik dildə yazılır. Alqoritmik dil müəyyən simvollar və qaydalar sistemidir.

3. Diskretlik. Alqoritm ciddi struktura malik elementar əməllər (əmrlər) çoxluğu olub,alqortm icra olunan zaman bir əməliyyat başa çatmadan digərinə keçid ala bilməz.

4. Determinlik. Alqoritm tamamilə formal və müəyyən (birmənalı) olmalıdır.

5. Kütləvilik. Alqoritm bir sinif məsələlərin hamısını həll etməyə yararlı olmalıdır və hamı tərəfindən başa düşülən olmalıdır. Bu xassə iki tələbi nəzərdə tutur:

a) müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır.

b) alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.

6. Təkrarlananlıq. Eyni giris verilənləri həmisə eyni nəticə verməlidir.

7. Sonluluq. Alqoritm ya məsələnin həll nəticəsini, ya da həllin mümkün olmadığı barədə

məlumatı verməlidir.Alqoritm sonlu sayda addımlardan ibarət olub,son nəticə olmalıdır.

Alqoritm prosesi əyaniləsdirən blok-sxem formasında təsvir edilir. Alqoritm anlayısı hesablama masınlarından çox əvvəl meydana gəlmisdir. ənsan öz fəaliyyətinin hər addımında alqoritmlə rastlasır. Alqoritm –latınca qayda, qanun deməkdir. Alqoritm çözümü ilk dəfə IX əsrin (825 –ci il) məhsur özbək riyaziyyatçısı və astronomu Məhəmməd ibn Musa əlXarəzm (yeni Xarəzmli Musa oglu Məhəmməd) islətmisdir. O, onluq say sistemindən ədədlər üzərində əməllər qaydasını vermis və həmin qaydanı alqoritm adlandırmısdır. Ümumiyyətlə alqoritm verilmis məsələnin həlli üçün lazım olan əməliyyatları təyin edən və həmin əməliyyatların hansı ardıcıllıqla yerinə yetiriləcəyini göstərən formal yazılısdır.

giris-cıxıs Proqramın əməliyyatları başlanğıc və sonu (alqoritmin baslangic və

son) çap bloku hesablama bloku;Dövri proses bloku məntiqi şərt bloku (keçid)

Alqoritmlərin blok-sxemlərini soldan-sağa və yuxarıdan aşağı oxumaq qəbul olunur.İstənilən məsələnin alqoritmi sərhəd simvolları “baş” (başlanğıc) və “son” arasında təsvir edilir. Alqoritmdə birinci olaraq “baş” simvolundan çıxan xəttin göstərdiyi simvol icra edilir.Hesablama prosesi “son” simvol ilə qurtarır. Beləliklə, idarəedici xətlər “baş” simvolundan çıxır və “son” simvolundan qurtarır. Bu kimi simvol arasında alqoritmin blok-sxemin bütün qalan simvolları yerləşir. Maşında həll etmək üçün tərtib edilmiş alqoritm maşın alqoritmi və ya proqram adlanır.


Yüklə 35,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin