15
1)
Seçkilərin təyin edilməsi;
2)
Seçki dairələrinin təşkili;
3)
Seçki məntəqələrinin təşkili;
4)
Seçki orqanlarının (komissiyalarının) yaradılması;
5)
Seçicilərin siyahıya alınması;
6)
Namizədlərin irəli sürülməsi;
7)
Təşviqat kompaniyası;
8)
Səsvermə;
9)
Səslərin hesablanması;
10)
Səsvermənin yeni turu və ya təkrar seçkilərin keçirilməsi;
11)
Seçkilərin nəticələrinin son dəfə müəyyənləşdirilməsi.
Bu mərhələlər həm Milli Məclis, həm də prezident və bələdiyyə
seçkilərində,
demək olar ki, eynidir. İkinci tur mərhələsi həmişə olmur. Əgər
birinci turda seçkilər baş tutarsa, ikinci tura ehtiyac aradan qalxır.
Seçki
qanunvericiliyi onun hansı orqana aid olmasından asılı
olmayaraq, yuxarıda
göstərilən mərhələləri tənzimləyir və bir sıra digər təşkilati problemləri nizama
salır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri Azərbaycan
Respublikasının Prezidenti təyin edir. Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Prezidentliyə
seçkilər də hər 5 ildən bir keçirilir. Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin 178.1-ci maddəsinə müvafiq olaraq seçki günü Prezidentin
Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin
oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Seçkilərin keçirilməsi günü seçki gününə azı 120 gün qalmış
Mərkəzi Seçki
Komissiyası (MSK) tərəfindən təyin edilir. Əgər prezidentin səlahiyyəti müəyyən
olunmuş müddətdən əvvəl başa çatarsa, növbədənkənar seçkilər keçirilir. Bu halda
seçkilər Mərkəzi Seçki Komissiyası çərşənbə gününə təyin edilir və 3 ay
müddətində keçirilir. Azərbaycan Respublikası Milli Məcəlləsinə seçkilər
səsvermə gününə azı 120 gün qalmış elan edilir.
16
Seçkilər haqqında qərar onun qəbul olunduğu gündən ən azı 2 gün ərzində
dərc edilməlidir. Seçkilərin elan edilməsi rəsmi olaraq seçkilərə hazırlıq üçün
prosesin başlandığını bildirir və siyasi qüvvələrin seçkilər
üçün öz qüvvələrini
səfərbərliyə almasına imkan yaradır.
Seçki prosesinə start verildikdən sonra daimi dövlət orqanı statusuna malik
olan MSK seçkilər gününə azı 110 gün qalmış birmandatlı seçki dairələrinin
sxemini müəyyənləşdirir və onu təsdiq edir. MSK seçkilərin həyata keçirilməsini
təşkil edən və ona rəhbərlik edən müstəqil dövlət orqanıdır. O, namizədləri qeydə
alır, seçkilərə nəzarət edir, seçki komissiyalarına hüquqi, metodiki yardım göstərir,
təkrar seçkilər keçirilməsini təmin edir və s. səlahiyyətləri həyata keçirir.
«Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında» 27 may 2003-cü il qanuna görə MSK 15 üzvdən ibarətdir
(Qanunun 1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin 24-cü, 30.3-cü, 36.1-ci və 36.2-ci maddələri 2005-ci
ildə yeni
seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin birinci iclası günü qüvvəyə
minir. 24-cü maddəyə görə MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis
tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən
və onların namizədliklərini təqdim edən siyasi partiyanın, 6 üzvü heç bir siyasi
Dostları ilə paylaş: