23
ayıra bilərlər. Müxtəlif informasiya vasitələrində təbliğatın ardıcıllığı MSK
tərəfindən püşkatma yolu ilə müəyyənləşdirilir. Təbliğat kompaniyası dövlət
tərəfindən və namizədlərin özləri tərəfindən maliyyələşdirilir. Bunun üçün
namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi
qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları
yaradılır, banklarda xüsusi hesablar açılır və bu hesablarda toplanan pullar ancaq
təbliğat məqsədilə istifadə oluna bilər. Xarici təşkilatlara və vətəndaşlara,
vətəndaşlığı
olmayan şəxslərə, beynəlxalq təşkilat və hərəkatlara, dövlət və
bələdiyyə orqanlarına, müəssisə və təşkilatlarına, hərbi hissələrə, idarə və
təşkilatlara, xeyriyyə və həmkarlar ittifaqları təşkilatlarına seçkiqabağı təbliğat
kompaniyasının maliyyələşdirilməsi prosesində iştirak etmək qadağandır.
Səsvermə seçki mərhələləri içərisində həlledici mərhələdir. Bu mərhələdə
baş verən pozuntu bütün əvvəlki mərhələlərə də təsir edir. Səsvermə mərhələsi,
demək olar ki, bütün seçkilərdə eynidir. Bu mərhələ
qanunvericilikdə dəqiqliklə
tənzim olunur. Seçkilərin təyinatı məhz səsvermə mərhələsində üzə çıxır.
Səsvermə seçkilərin keçirildiyi gün saat 8-dən 19-a qədər davam edir. Bunun üçün
əvvəlcədən seçki bülletenləri komissiyalara paylanır. Seçki bülletenlərinin sayı
seçici siyahılarına daxil edilmiş vətəndaşların sayının 90 faizindən az, 0,5
faizindən isə artıq ola bilməz. Səsverməyə azı 25 gün qalmış kütləvi informasiya
vasitələrində səsvermə yeri və vaxtı haqqında məlumat verilir. Səsvermə
otaqlarına səsvermənin gizliliyini təmin edən kabinələr quraşdırılmalıdır.
Səsvermə başlanan zaman məntəqə seçki komissiyasının sədri səsvermə üçün
məntəqəni açıq elan edir və boş seçki qutularını müşahidəçilərə göstərib
möhürləyir. Daha sonra məntəqə seçki komissiyasının üzvlərini səsverməyə
başlamağa dəvət edir. İstənilən vətəndaş öz şəxsiyyətini təsdiq edən sənədi təqdim
edərək seçki bülleteni alır və yazıların düzgünlüyünü yoxlayaraq imza edir. Daha
sonra kabinəyə daxil olub səs verir. Seçki bülletenini müstəqil yazıb doldurmaq
imkanı olmayan şəxs komissiya üzvlərindən və müşahidəçilərdən başqa istədiyi
şəxsi kömək üçün kabinəyə dəvət edə bilər. Üzrlü səbəblərdən
seçkilərdə iştirak
etməyə gələ bilməyən şəxslər üçün hazırlanmış xüsusi seçki qutuları onların
24
olduğu yerə aparılır və həmin şəxslər səs verirlər. Bu seçki qutuları səsvermədən
sonra açıla bilər. Polisin yalnız asayişi təmin etmək məqsədilə seçki
komissiyasının sərəncamı ilə məntəqəyə daxil olmağa haqqı vardır. Seçki
komissiyasının verdiyi sərəncamların yerinə yetirilməsi zəruridir. Komissiya sədri
olmadıqda onu müavini, o da olmadıqda komissiyanın katibi onu əvəz edir.
Seçkinin gedişini hər hansı şəkildə pozan şəxs dərhal məntəqədən kənarlaşdırılır.
Seçki bülleteni doldurarkən səhv etdiyini bildirdikdə, komissiya üzvündən ona
yeni bülleten verilməsini xahiş edə bilər. Bu halda seçiciyə yeni bülleten verilir,
sıradan çıxmış bülleten sonradan ləğv edilir və bu barədə ayrıca akt tərtib olunur.
Səsvermə müddəti başa çatdıqda komissiyanın sədri «yalnız seçki bülleteni
alan və səsvermə otağında olan seçicilər səs verə bilərlər» elanını verir. Seçki
qutuları açılmamışdan əvvəl səsvermə otağındakı müşahidəçilərin
müşahidəsi ilə
istifadə edilməmiş seçki bülletenləri sayılır və ləğv edilir. Həmin seçki
bülletenlərinin sayı protokolda qeyd edilir. İlk öncə qutuların möhürləri və
salamatlığı yoxlanılır və sonra qutular növbə ilə açılır, əvvəlcə daşınan, sonra
tərpənməz qutular açılır. Bülletenlərin sayılması fasiləsiz olaraq davam etdirilir.
İlk növbədə daşınan seçki qutuları açılır. Onlardakı bülletenlərin sayı məntəqədən
kənar səs vermək üçün ərizə vermiş seçicilərin sayından çox ola bilməz. Daşınan
seçki qutularındakı bülletenlərin sayı ərizə vermiş şəxslərin sayından çox olarsa,
seçki komissiyasının qərarı ilə bütün bülletenlər etibarsız hesab olunur. Səsləri
hesablayarkən ən əvvəl qeyri-müəyyən formada olan, rəsmi hazırlanmamış,
komissiya tərəfindən təsdiqlənməmiş, eləcə də etibarsız
hesab olunan bülletenlər
ayrılır. Seçicinin öz iradəsini bülletendə ifadə etməsini müəyyənləşdirmək
mümkün olarsa, bülleten etibarlı sayılır. Şübhəli hallar səsvermə yolu ilə həll
edilir. Səslərin hesablanması ilə əlaqədar protokollar tərtib edilir.
Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərin lehinə verilən
səslərin sayı bərabər olduqda seçkilər baş tutmamış hesab olunur. Bundan başqa
həm parlament, həm də prezident seçkilərində seçkilərin nəticələri etibarsız sayılır:
1) seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri
etibarsız sayıldıqda;
25
2) məhkəmənin qərarı ilə.
Seçki Məcəlləsinin 240-cı maddəsinə müvafiq olaraq bələdiyyə seçkilərinin
nəticələri də müvafiq səbəblərdən etibarsız hesab edilir.
Bələdiyyə seçkilərində namizədlərin topladıqları səslərin sayı bərabər
olarsa, dairə seçki komissiyası tərəfindən bələdiyyə seçkiləri baş tutmamış hesab
edilir. Prezidentliyə namizədlərindən hansı seçicilərin 1/2-dən
çoxunun səsini
alarsa, o da seçilmiş sayılır.
İkinci tur yalnız birinci turda seçkilər baş tutmadıqda həyata keçirilir. Bu
zaman təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar
günü keçirilir. Təkrar seçkilər isə ilkin seçkilərin nəticələri Konstitusiya
Məhkəməsi tərəfindən etibarsız və ya baş tutmamış hesab edilərsə və Azərbaycan
Respublikasının Prezidenti seçilməzsə, MSK-nın qərarı ilə təyin olunur.
Seçkilərin nəticələri elan olunmamışdan əvvəl onlar yoxlanılır. MSK
seçkilərin nəticələrini müəyyən etdikdən sonra onlar Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsi Milli Məclisə
seçkilərin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir, prezident
seçkilərinin nəticələrini isə elan edir. Seçkilərin nəticələri dərc edilir.
Dostları ilə paylaş: