Mövzunun adı; Qarabağda su ehtiyatlarının davamlı inkişafı
Müəllifin adı, atasının adı, soyadı; Hüseynli Nərgiz Nadir
Elmi dərəcəsi, vəzifəsi; Bakalavr, Coğrafiya ixtisası 3-cü kurs
Təmsil etdiyi müəssisənin adı; Bakı Dövlət Universiteti
E-mail; nargizhuseynli1146@gmail.com
Telefon: 055-966-68-59
Su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.
İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.
Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyillilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və s. su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir.
İşğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.
İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağdır.
Araşdırmalara əsasən, Qarabağ iqtisadi rayonunun və ümumiyyətlə, Qarabağ regionunun ən böyük və bolsulu çayı Tərtər çayıdır. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir. Başlıca qolları sol dan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır. çaylarıdır.Axımının 14%-i yağış, 28%-i qar, 58%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqınlar əmələ gətirir. Bu zaman illik axımının 65-70%-i keçir. Avqust-sentyabr aylarında çayda su azalır. Oktyabr-noyabr yağışları yenidən çayda kiçik daşqınlar yaradır. Tərtər çayın 31 qolu var. Onlardan 11-i sağ, 20-si isə sol qoludur. Hövzənin orta eni 13,2 km, orta yüksəkliyi isə 1820 m-ə bərabərdir.
Dostları ilə paylaş: |