I sual: Müəssisə maliyyəsinin mahiyyəti və funksiyaları
I sual: Müəssisə maliyyəsinin mahiyyəti və funksiyaları
Hər bir firmanın, şirkətin (müəssisənin) fəaliyyətini, o cümlədən maliyyə fəaliyyətini məhdudlaşdırmaq olmaz. Belə ki, şirkətin (firmanın) maliyyəsinin idarə olunması sistemi böyük bir sistemin elementidir. Iqtisadiyyatda makroiqtisadi nöqteyi – nəzərdən 4 iqtisadi bölmə fərqləndirilir.
1.dövlət
2.sahibkarlıq
3.ev təsərrüfatı
5.xarici
Hər bir bölmədə maliyyə münasibətləri meydana çıxır. Hər bir bölmədə maliyyənin idarə olunmasında müəyyən xüsusiyyətlər var. Lakin hər bir bölmənin maliyyəsi bütünlükdə maliyyə sisteminin elementini təşkil edir.
Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən təsərrüfat subyektlərinin maliyyəsi bütün maliyyə sisteminin maddi bazasını təşkil edir.
Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən təsərrüfat subyektlərinin maliyyəsi bütün maliyyə sisteminin maddi bazasını təşkil edir.
Ölkədə iqtisadi sistemin maddi bazasını təsərrüfat subyekti (hüquqi şəxslər) təşkil edir.
Təsərrüfat subyekti malikdir:
- əmlaka;
- əmlakı ilə öhdəliklərinə cavab verir;
- sərbəst balansa;
- dövlət qeydiyyatından keçməlidir;
nizamnaməyə malik olmalıdır
Kommersiya fəaliyyəti ilə əlaqədar pul münasibətləri müəssisənin fəaliyyətinin bütün istiqamətlərində baş verir:
- mal göndərilməsi;
- xammalın alınması;
- vergilərin ödənilməsi;
- kreditin alınması və silinməsi;
- kredit üçün faizlərin ödənilməsi və sair.
Iqtisadi məzmunundan asılı olaraq maliyyə münasibətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Iqtisadi məzmunundan asılı olaraq maliyyə münasibətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
I qrup: Müəssisədə (təşkilat) nizamnamə kapitalı formalaşan zaman
təsisçilər arasında;
II qrup: Məhsul istehsalı və satışı (iş,xidmət və s) ilə əlaqədar ayrı-ayrı
müəssisələr (təşkilat,idarə) arasında;
III qrup: Müəssisə (təşkilat) ilə onun bölmələri (filial,sex,şöbə) arasında.
(xərclər maliyyələşən,mənfəət,dövriyyə vəsaiti və s.yenidən
bölüşdürülən zaman)
IV qrup: Müəssisə ilə onun işçiləri arasında (gəlir bölüşdürülən və istifadə
olunan zaman, dividend ödənildikdə, fiziki şəxslərdən vergi
tutulduqda və cərimə alındıqda və s)
V qrup: Müəssisə (təşkilat) ilə onun baş idarəsi arasında; maliyyə – sənaye qrupları və xoldinqlər daxilində; və s.
VI qrup: müəssisə (təşkilat) ilə dövlətin maliyyə sistemi arasında;
VII qrup: müəssisə (təşkilat) ilə kredit sistemi arsında;
VIII qrup: müəssisə (təşkilat) ilə sığorta kompaniyaları arasında;
IX qrup: müəssisə (təşkilat) ilə investisiya institutları arasında
Müəssisə maliyyəsinin mahiyyəti onun funksiyalarında təzahür edir.
Müəssisə maliyyəsinin mahiyyəti onun funksiyalarında təzahür edir.
Müəssisə maliyyəsinin funksiyalarına göstərmək olar:
1.Kapitalın, gəlirlərin və pul fondlarının təşkili (maliyyə təminatı)
2.Bölüşdürücü
3.Nəzarət
Maliyyənin birinci funksiyası ilə müəssisənin ilkin kapitalı formalaşır; müəssisənin sahibkarlıq fəaliyyəti üçün zəruri maliyyə resursları müxtəlif mənbələrdən cəlb olunur.
Bölüşdürücü funksiya dəyər formasında ÜDM bölüşdürülən, pul vəsaiti fondları formalaşan, gəlirlər və maliyyə resursları bölüşdürülən və s. proseslərdə təzahür edir.
Müəssisə maliyyəsinin nəzarət funksiyası müəssisənin fəaliyyətinə aid olan maliyyə göstəricilərinin köməyi ilə realizə olunur; həmin göstəricilər qiymətləndirilir və bölüşdürücü münasibətlərin səmərəliliyini artırmaq üçün zəruri tədbirlər işlənilir.
II sual. Müəssisə maliyyəsinin təşkili prinsipləri.