Excel-lə neyləmək olar?
1.
|
Cədvəli redaktə etmək
|
Excel-dən istifadə edərək cədvəl daxilində siz yazılar yaza, siyahılar hazırlaya bilərik.
|
2.
|
Hesablamalar aparmaq
|
Cədvəl daxilində saysız-hesabsız düsturların, funksiyaların köməyi ilə yüzlərlə hesablama əməliyyatları yerinə yetirə bilərik.
|
3.
|
Cədvəli formatlaşdırmaq
|
Cədvəlin xanalarının üzünü-gözünü qaralaya, rəngini dəyişə, enini-boyunu
(formatını) dəyişə bilərik.
|
Excel-lə nə iş görəcəyimizi az-çox təxmin elədik. İndi görək dərdi nədir bu Excel-in. Yaxşı-yaxşı söhbət edək görək qəbulda üzümüzü ağ edəcəkmi? Qarşılayın, 2010-cu ildən olan Excel-in ilkin görünüşü…
Gördüyünüz kimi 9 yaşlı Excel balamızın üzünü-gözünü yodlayıb sətir-sütun çəkiblər. Excel cədvəli 8 lent tabından File(Menyu da deyilir), Home, İnsert, Page Layout, Formulas, Data, Review, View ibarətdir. Bu pəncərədə gördüyünüz komponentlərin əksəriyyətini Ms Word proqramından bildiyimiz üçün əsas işləyəcəyimiz elementlər haqda danışa bilərik.
Name Box (Ad, ünvan qutusu)
Formula Bar (Funksiya, düstur sətri)
Rows (Sətir)
Columns (Sütun)
Cell (Oyuq, xana)
Dostları ilə paylaş: |