Insertəmrinin köməyi ilə xana, sətir, sütun, vərəq əlavə olunur.
Deleteəmrinin köməyi ilə xana, sətir, sütun, vərəq silinir.
Format əmrinin köməyi ilə xananın eninin, uzunluğunun ölçüsü, yəni formatı dəyişdirilir. Bundan əlavə cari işçi vərəqinin adının dəyişdirilməsi, işçi vərəqin qorunması, xananın blok olunması kimi əməliyyatlar da bu əmrin köməyi ilə açılan pəncərədən yerinə yetirilir.
EDITING qrupunun əmrləri ilə xanalara funksiya əlavə etmək, xanalardakı məlumatları, yazıları digər xanalara doldurmaq, xanalardakı informasiyaları silib təmizləmək və s. əməliyyatları icra etmək mümkündür.
AutoSuməmrinin köməyi ilə xanalara funksiya, düstur əlavə olunur.
Filləmrinin köməyi ilə xanalara yazılar müxtəlif üsullarla doldurulur.
Clearəmri xanalardakı informasiyaları təmizləyir.
Sort,Filterəmri xanalarda sıralama və süzgəcləmə əməliyyatlarını yerinə yetirir.
FindandSelectəmrinin köməyi ilə isə işçi vərəqdəki verilənlərin axtarılması, seçilməsi, məlumatların başqa məlumatlarla əvəz edilməsi işləri yerinə yetirilir.
INSERT LENT TABI Insert lent tabı Tables, Illustrations, Charts, Sparklines, Filter, Links, Text, Symbols lent qruplarından ibarətdir. Əksər qruplar haqda əvvəlki dərsimizdə danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq.
TABLESqrupunun əmrləri solda verilmişdir.
PivotTableəmri cədvəldən lazımi olan məlumatları seçməyə imkan verir.
Tableəmri isə seçilmiş diapazona xüsusi formatlı cədvəl əlavə edir.
ILLUSTRATIONS qrupunun köməyi ilə cədvələ müxtəlif şəkillər, fiqurlar, ağıllı diaqramlar əlavə etmək olur. Bu qrupu bir əvvəlki dərsdən bildiyimiz üçün, hər bir əmri mükəmməl xatırladığınız üçün artıq sözə lüzum yoxdur.