23. Bədii mətnlərdən sinekdoxalara aid nümunələr seçin və onları
üslubi təhlil
edin.
24. Nümunələrdəki sinekdoxaları ümumiləşdirmə obyektindən asılı olaraq
qruplaşdırın və onları üslubi təhlil edin.
Pul yoxsa. Nə qəm, işvəli Polyalarımız var,
Seyrət yox isə, seyri-tamaşalarımız var. (M.S.Ordubadi)
Qızlara
məktəb hara, dərsi qələmdən hara.
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara? (C.Cabbarlı)
Gözlülər başladılar ağlamağa,
Kürlər də ona xəndan oldu (M.Ə.Sabir)
Qəm çəkməyəmi Töhvə. Tükəzban yaradıbsan?(M.S.Ordubadi)
25. Mətndəki sinekdoxaların hansı üslub məqsədə xidmət etdiklərini şərh edin.
Tacirlərimiz sonyalara bənd olacaqmış,
Bədbəxt tükəzbanları neylərdin, ilahi?! (Sabir)
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın... (Sabir)
Vaqif: - Farsın öz
qüdrətli şairləri var,
Nə çoxdur onlarda böyük sənətkar. (S.Vurğun)
Eldar: - Nə
bəydə insaf var, nə
xanda qan var,
Nə vaxt qurtaracaq pis gündən insan? (S.Vurğun)
75
ƏDƏBİYYAT
1. A.Qurbanov. Ümumi dilçilik (II cild). Bakı, Elm, 2011.
2. K.Abdullayev. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 1999
3. Dil və üslub məsələləri. Bakı, Gənclik, 1970
4. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin üslubiyyatı. Bakı, Azərtədrinəşr,
1962
5. A.Quliyeva. Üslublar arasındakı qarşılıqlı əlaqələr. Bakı. Elm. 2002
6. D.T.Əliyeva. Praktik üslubiyyat. Bakı, Mütərcim, 2011.
7. T.Əfəndiyeva. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri, Bakı, Elm,
2001
8. T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, Elm, 1980, s.
112
9. M.Adilov, R.Rzanın dili və üslubu haqqında bəzi qeydlər // “Azərbaycan”
jurnalı, №3.
10. D.Əliyeva. Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri. Bakı, Maarif,
2000.
11. A.Əlizadə. Azərbaycan ədəbi dilinin elmi üslubu (1901-1970). Bakı, Ozan,
1997
12. Azərbaycan bədii dilinin üslubiyyatı. Bakı, Elm, 1970
13. G.Abdullayeva. Dilin şeir rəngi. Bakı, Gənclik. 2005.
14. A.Babayev. Müasir Azərbaycan dilinin funksional üslubları. Bakı, 2001
15. A.Bəylərova. Bədii dildi üslubi fiqurlar. Bakı, Nurlan, 2008, 210 s.
16. X. Cabbarov. Sənətkar, söz, üslub. Bakı, 1993, 195 s.
17. K.Əliyev. Üslubiyyat və üslublar sistemi. Bakı, 1985, 83 s.
Rus dilində
1. Г.О. Винокур О содержании некоторых стилистических понятий //
Стилистические
исследования, М., 1972,
2. А.И. Ефимов Стилистика художественной речи. М., 1961, с.252