Müasir dünyanın inkişaf tendensiyası


İnformasiya iqtisadiyyatında “kreativ insan” modeli



Yüklə 73,5 Kb.
səhifə5/5
tarix01.12.2022
ölçüsü73,5 Kb.
#71785
1   2   3   4   5
media ve iqtisadiyyat

9. İnformasiya iqtisadiyyatında “kreativ insan” modeli. İnformasiya cəmiyyətində əvvəlki dövrdəki “iqtisadi insan” modelini “kreativ insan” modeli əvəz edir. Bu model bütün informasiya iqtisadiyyatı nəzəriyyəsinin təməlini yaradır və burada müasir insanın öz yaradıcı imkanlarını reallaşdırmaqdan, şəxsi keyfiyyətlərini inkişaf etdirməkdən ibarət olan başlıca məqsədi əsas kimi qəbul edilir. İnsanın kreativ təsviri informasiyaya da eyni cür baxılmasını şərtləndirir. Burada informasiyaya insanın ali fəaliyyətinin məhsulu kimi baxılır və yaradıcılıq məhsulu maddi əmtəəyə qarşı qoyulur. Bu baxımdan kreativ insanın formalaşmasında medianın rolu danılmazdır.
Nəticə. Bəşəriyyətin inkişaf xüsusiyyətləri və istiqamətləri tarixən həmişə texnoloji yeniliklərlə bağlı olub. Müasir dövrün inkişaf xüsusiyyətləri də bilavasitə İKT-in imkanlarına əsaslanır. Qətiyyətlə demək olar ki, bəşəriyyətin gələcək inkişafı da İKT-nin nailiyyətləri ilə bağlı olacaqdır. BMT tərəfindən minilliyin ideologiyası elan olunan İnformasiya cəmiyyətinin əsasını da məhz İKT təşkil edir. Bu baxımdan, hesab etmək olar ki, medianın gələcək inkişaf tendensiyaları da İKT-in inkişaf sürəti və istiqamətləri ilə bilavasitə bağlı olacaqdır və onun səmərəli inkişaf etdirilməsi cəmiyyətin daha yaxşı formalaşmasına mühüm töhvə verəcəkdir.



Yüklə 73,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin