Müasir dünyanın inkişaf tendensiyası


Mediasistem inkişaf faktoru kimi



Yüklə 73,5 Kb.
səhifə2/5
tarix01.12.2022
ölçüsü73,5 Kb.
#71785
1   2   3   4   5
media ve iqtisadiyyat

2. Mediasistem inkişaf faktoru kimi. Müasir media cəmiyyətdəki struktur dəyişmələrinə müəyyən təsirə malikdir. Ona görə də media təhlilçiləri ictimai struktur dəyişikliklərinin və mediasistemin qarşılıqlı təsirini həmişə təhlil edir və izləyirlər. ABŞ analitiki C.Braman informasiya cəmiyyətinin formalaşmasını 4 mərhələyə bölməklə hər bir bölmənin xüsusiyyətlərini ayrıca təhlil edir və media sisitemin vəzifələrini araşdırırdı.
Mediasistem inkişaf edərək müstəqil bazar iştirakçısına çevrildikcə informasiya bolluğu şəraitində zəruri informasiya mallarının və xidmətlərinin axtarılması, tapılması, yeni texnologiyaların işlənilməsinin zəruri edirdi.
İKT ilə əlaqəli yeni media məhsul və xidmətlər köhnələrlə müqayisədə müəyyən kommersiyalaşma xüsusiyyətlərinə malikdir. Eləcə də İKT-yə müxtəlif səviyyəli çıxış imkanlarının olması mediaməhsulların reallaşdırılmasında yeniliklər yaranmasına səbəb olur. Nəticə etibarı ilə media sistem yeni cəmiyyətin inkişaf faktoru kimi çıxış edir.
3. İKT və İnternet mediasistemin əsası kimi. Müasir İKT vasitələri medianın insanların ictimai-siyasi və mədəni həyatına təsirini əhəmiyyətli şəkildə artırır. İnformasiya cəmiyyətinə keçid və informasiya infrastrukturunun inkişafı ictimai-siyasi həyatın şəffaflaşmasını, sosial-iqtisadi sferada dinamik inkişafı təmin edir. İKT-nin, xüsusən, İnternetin intensiv və sürətli inkişafı və geniş tətbiqi nəticəsində media sahəsində köklü dəyişikliklər baş verir, ənənəvi fəaliyyət sahələri transformasiyaya uğrayır.
Hazırda informasiyanın yaradılması və çatdırılması sisteminin təkmilləşdirilməsi mediyaya auditoriyanın dəqiq seqmentləşdirməyə və son istifadəçiyə fərdiləşdirilmiş informasiyanı təqdim etməyə imkan verir. Müasir dövrdə əsas İKT hesab olunan İnternet öz xarakterinə, daşıdığı funksiyalarına görə bütün digər ənənəvi media vasitələrinin imkanlarını özündə birləşdirən unikal media vasitəsi kimi əhəmiyyətli xüsusiyyətlərə malikdir.
İnternetin vasitəsilə medianın ənənəvi analoqlarına uyğun olaraq İnternet-qəzet, İnternet-jurnal, İnternet-informasiya agentliyi, İnternet-radio, İnternet-televiziya, Web-portallar və s. kimi yeni media vasitələri formalaşmışdır. İnternet klassik “mənbə - məlumat – qəbul edən” kommunikasiya sxemini kökündən dəyişdirir. “Mənbə - məlumat – qəbul edən” zəncirində hər bir həlqə transformasiyaya uğrayır.
İnternet müxtəli kommunikasiyaların fəaliyyət göstərdiyi bir mühitdir. O, medianın multimedia özəlliyi informasiya funksiyasının reallaşdırılması üçün yeni şərait yaradır və onun imkanlarını kifayət qədər genişləndirir.

Yüklə 73,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin