Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və



Yüklə 80,89 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü80,89 Kb.
#14220

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında 

yaradılmış dövlət agentliyi  dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq 

edilməsi barədə

[1]

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

 



Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  onun  yanında 

yaradılmış dövlət  agentliyinin  və dövlət  xidmətlərinin  fəaliyyətini  təmin  etmək 

məqsədilə qərara alıram:

[2]

 

1.



  

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə 

təsdiq edilsin (əlavə olunur - əlavə 1).

 

2.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Meliorasiya  və  Su  Təsərrüfatı  Agentliyi  haqqında  Əsasnamə  təsdiq  edilsin  (əlavə 

olunur - əlavə 2).



[3]

 

3.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında Dövlət 



Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 3).

[4]

 

4.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 

4).


 

5.

  



Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Kənd 

Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə 

olunur - əlavə 5).

[5]

 

6.



  

"Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisenziya)  verilməsi  qaydalarının 

təkmilləşdirilməsi  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  2 

sentyabr  tarixli  782  nömrəli  Fərmanı  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2002-ci  il,  №  9,  maddə  555)  ilə  təsdiq  edilmiş  əlavə  №  2  -  "Xüsusi  razılıq 

(lisenziya)  tələb  olunan  fəaliyyət  növlərinin  siyahısı"nın  10-cu  və  11-ci  bəndlərində 

"Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi"  sözləri  "Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

 

7.

  



Azərbaycan  Respublikası  Prezidentinin  aşağıda  göstərilən  Fərmanları 

qüvvədən düşmüş hesab edilsin:

 

7.1.


  

"Dövlət  Aqrar  İslahatı  Komissiyasının  yaradılması  haqqında"  Azərbaycan 

Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;

 

7.2.



  

"Azərbaycan  Respublikası  Dövlət  Aqrar  İslahatı  Komissiyası  haqqında 

Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci 

il 14 aprel tarixli 313 nömrəli Fərmanı;

 

7.3.


  

"Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım 

üzrə  Dövlət  Komissiyasının  yaradılması  haqqında"  Azərbaycan  Respublikası 

Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;

 

7.4.


  

"Kənd  təsərrüfatında  özəl  təsərrüfatların  formalaşmasına  yardım  üzrə 

Dövlət  Komissiyası  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  7 

fevral tarixli 275 nömrəli Fərmanı.

 

8.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:



 

8.1.

  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  onun 



yanında  yaradılmış  dövlət agentliyinin və  dövlət  xidmətlərinin  işçilərinin  say 

həddini bir ay müddətində müəyyən etsin;



[6]

 

8.2.



  

normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini 

hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

8.3.



  

bu  Fərmanla  ləğv  edilən  Azərbaycan  Respublikası  Dövlət  Aqrar  İslahatı 

Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına 

Yardım  Agentliyinin  sənədlərinin  və  əmlakının  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;

 

8.4.



  

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

9.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  bu  Fərmandan  irəli 



gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

 

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.



 

 

 

İlham ƏLİYEV, 

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı səhəri, 20 aprel 2005-ci il

 

                 № 226



 

ƏLAVƏ 4


 

 

 



Azərbaycan Respublikası Prezidentinin

 

2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət 



Fitosanitar Nəzarəti Xidməti haqqında

 

 

 

ƏSASNAMƏ

 

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.   Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət  Fitosanitar 



Nəzarəti  Xidməti  (bundan  sonra  -  Dövlət  Xidməti)  Azərbaycan  Respublikası  Prezidentinin 

“Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr 

tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

 

2. Dövlət Xidməti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər 



bitki  mühafizə  vasitələrinin  istifadəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən  icra 

hakimiyyəti orqanıdır.

 

3.

      



Dövlət  Xidməti  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 

Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və 

sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri,  Azərbaycan 

Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, əmr və qərarlarını və 

bu Əsasnaməni rəhbər tutur.

 


4.

      


Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, 

ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

 

5.



      

Dövlət  Xidməti  müstəqil  balansa,  qanunvericiliyə  uyğun  olaraq  sərəncamında  olan 

dövlət  əmlakına,  xəzinə  və  bank  hesablarına,  Azərbaycan  Respublikasının  dövlət  gerbinin 

təsviri,  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  öz  adı  əks  olunmuş 

möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

6.



  

Dövlət  Xidmətinin  saxlanılması  xərcləri  Azərbaycan  Respublikasının  dövlət 

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

7.



  

Dövlət Xidməti Bakı şəhərində yerləşir.

 

II. DÖVLƏT XİDMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ

 

8.   Dövlət Xidmətinin əsas vəzifələri aşağıdakılardır:



 

8.1.  qanunvericiliyə  müvafiq  olaraq  bitki  mühafizəsi  və  karantini  sahəsində  dövlət 

nəzarətini  həyata  keçirmək,  bu  sahədə  qanunvericiliyin  pozulması  hallarının  aradan 

qaldırılmasına yönəldilmiş tədbirlər görmək;

 

8.2. bitkiçilikdə  pestisidlərin, bioloji  və  başqa  preparatların  tətbiqi qaydalarını  müəyyən 



etmək, bitki mühafizəsi üzrə normativ sənədlərin layihələrini hazırlamaq;

 

8.3.



  

torpaq  mülkiyyətçiləri  və  torpaq  istifadəçiləri  tərəfindən  kimyəvi,  aqrotexniki, 

bioloji,  təşkilati  və  digər  tədbirlərin  aparılmasına,  bitki  mühafizə  vasitələrinin  istifadəsi 

reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;

 

8.4.


  

karantin obyekti mənbələrini vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi 

üçün tədbirlər görmək;

 

8.5.



  

Azərbaycan  Respublikasının  ərazisinə  karantin  obyekti  olan  bitki  zərərvericilərinin, 

xəstəlik törədicilərinin və alaq bitkilərinin daxil olmasına nəzarət etmək;

 

8.6.



  

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

III. DÖVLƏT XİDMƏTİNİN ƏSAS FUNKSİYALARI

 

9.  Dövlət  Xidməti  qanunvericiliklə  müəyyən  edilmiş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı 



funksiyaları həyata keçirir:

 

9.1.



 

Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin, 

xəstəlik  törədicilərinin  və  alaq  otlarının  geniş  yayılmasının  qarşısını  almaq,  onların 

mənbələrini  ləğv  etmək  üçün  karantin  və  qanunvericiliklə  müəyyən  edilmiş  digər 

məhdudiyyətlərin  qoyulması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanları  qarşısında  vəsatət 

qaldırır;

 

9.2.


 

karantin  obyektlərinin  siyahısını  hazırlayır,  müəyyənləşdirilmiş  ərazidə  fitosanitar 

karantin rejimini tətbiq edir, karantinin qoyulması və götürülməsi barədə təkliflər verir;

 

9.3.



  

Azərbaycan  Respublikasının  ərazisində  bitkilərin  ziyanverici  və  xəstəliklər,  habelə 

alaq  otları  ilə  sirayətlənmə  dərəcəsini,  onların  əmələgəlmə  səbəblərini  müəyyənləşdirmək 

məqsədilə müşahidələr aparır;

 

9.4.


  

qanunvericiliyə  müvafiq  olaraq  pestisidlərin  və  digər  preparatların  idxalına  və 

ixracına öz səlahiyyətləri daxilində nəzarət edir;

 

9.5.



  

karantin  nəzarətində  olan  yüklərin  idxalı  və  ixracı  zamanı  aşkar  olunmuş  karantin 

orqanizmlərinin zərərsizləşdirilməsi (fumiqasiya) tədbirləri görür;

 

9.6.



  

karantin  nəzarətində  olan  bitki  və  bitki  mənşəli  məhsulların,  meşə  və  dekorativ 

(bəzək) bitkilərin  toxumlarının,  əkin  materiallarının,  bitkilərin  və  onların  hissələrinin (çilik, 

ting,  soğanaq,  kök  yumruları,  meyvələr  və«s.),  karantin  obyektlərini  yaya  bilən  digər  bitki 



mənşəli  məhsulların  ölkəyə  gətirilməsinə  və  ölkədən  çıxarılmasına,  yaxud  Azərbaycan 

Respublikasının ərazisində  daşınmasına,  təkrar  ixracına  və  dövriyyəsinə idxal  karantin 

icazəsi , təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatı verir; 

[40]

 

9.7. qanunvericiliklə 



müəyyən  edilmiş  qaydada 

(dövlət  sərhədinin  buraxılış 

məntəqələrində istisna olmaqla) dəniz, çay limanları ərazilərində, hava limanlarında, dəmir 

yol  stansiyalarında,  poçtamtlarda,  elevatorlarda,  anbarlarda,  gəmilərdə,  sərnişin 

qatarlarında, mülki təyyarələrdə, kənd təsərrüfatı bitkilərinin əkin sahələrində, təcrübə, elmi 

tədqiqat,  sort-sınaq  sahələrində,  təsərrüfatlarda,  həyətyanı  sahələrdə,  tinqliklərdə, 

üzümlüklərdə,  bağlarda,  çoxillik  əkmələrdə,  otlaqlarda,  meşə  qoruqlarında  ticarət,  emal 

müəssisələrində və digər bitki karantini obyektlərində karantin yoxlanışlar aparır;



[41]

 

9.8.



   

Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan 

karantin  nəzarətində  olan  materiallara  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

fitosanitar karantin baxışını keçirir və laboratoriya ekspertizasını aparır;



[42]

 

9.9.



   

pestisidlərin  və  bioloji  vasitələrin  istehsalına,  saxlanmasına,  satışına  və  tətbiqinə, 

eləcə  də  zərərli  kimyəvi  maddələrin  bütün  növ  bitkiçilik  məhsullarında,  yemlərdə,  yem 

əlavələrində və torpaqda qalıq miqdarına dövlət nəzarətini həyata keçirir;

 

9.10.


  

bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji preparatların və digər bitki 

mühafizə  vasitələrinin  toksikoloji  təsiri,  ətraf  mühitin  çirklənməsi,  keyfiyyətini  itirmiş  və 

istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti 

dövlət strukturları ilə birgə fəaliyyət göstərir;

 

9.11.



  

karantin  zonasından  Dövlət  Xidmətinin  icazəsi  olmadan  çıxarılmış  karantin 

nəzarətində  olan  yüklərin  geri  qaytarılmasını,  zərərsizləşdirilməsini  və  qanunvericiliklə 

müəyyən edilmiş qaydada məhv edilməsini həyata keçirir;

 

9.12.


  

pestisidlərin,  aqrokimyəvi  maddələrin,  bioloji  və  digər  preparatların  dövlət 

sınağının,  qeydiyyatının  aparılmasında  və  istifadəsinə  icazə  verilmiş  preparatların 

siyahısının hazırlanmasında iştirak edir;

 

9.13.


  

bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki 

mühafizə  vasitələrinin  saxlanılması,  daşınması  və  istifadəsi  texnologiyasının  və 

reqlamentlərinin  pozulması  barədə  akt  və  təqdimatları  təqsirli  şəxslərin  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyətə  cəlb  edilməsi 

üçün səlahiyyətli dövlət orqanlarına göndərir;

 

9.14.


  

Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün 

müvafiq  proqramlar  və  xərc  smetaları  tərtib  edir  və  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyinə təqdim edir;

 

9.15.


  

büdcə  vəsaitinin  istifadəsi  barədə  müəyyən  olunmuş  qaydada  Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;

 

9.16.



  

işçilərinin peşəkar  hazırlığı  və  əlavə  təhsili ilə  bağlı  zəruri  tədbirlər  həyata 

keçirir; 

[43]

 

9.17.



  

Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatında dövlət karantin və bitki 

mühafizə tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin edir;

 

9.18.



     

səlahiyyətləri  daxilində  xarici  ölkələrin  müvafiq  qurumları  və  beynəlxalq 

təşkilatlarla müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr qurur;

 

9.19.



     

qanunvericiliyə  müvafiq  olaraq  xidmətin  fəaliyyəti  dövründə  yaranmış  arxiv 

sənədlərinin komplektləşdirilməsini, saxlanmasını, uçotunu və istifadəsini təşkil edir;

 

9.20.          qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.



 

IV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARI

 


10. Dövlət  Xidməti  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələri  yerinə  yetirmək  və 

funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

10.1.          qanunvericiliklə,  o  cümlədən  “Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların 



tənzimlənməsi 

və 


sahibkarların 

maraqlarının 

müdafiəsi  haqqında” 

Azərbaycan 

Respublikasının  Qanunu  iləmüəyyən  olunmuş  hallarda  və  qaydada  müvafiq  fəaliyyət 

sahələrində  ekspertiza,  tədqiqat,  qiymətləndirmə  işlərinin  aparılmasını,  nümunələrin 

götürülməsini,  baxış  və  nəzarət  altında  olan  materialların  və  obyektlərin  yoxlanılmasını 

həyata keçirmək;

 [44]

 

10.2.  fitosanitar  fəaliyyəti  sahəsində  qanunvericiliyin  pozulmasının  qarşısını  almaq 



məqsədilə  hüquqi  və  fiziki  şəxslərə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq etmək;

 

10.3.


sanitariya,  gigiyena  qaydalarına  və  təhlükəsizlik  texnikasına  uyğun  olmayan 

anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan 

etmək;

 

10.4.



mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  müəssisələrin,  təşkilatların 

və  təsərrüfatların  torpaqlarında,  kənd  təsərrüfatı  məhsulları,  toxum  və  əkin  materialları 

saxlanılan  anbarlarda,  həyətyanı  sahələrdə,  fərdi  və  kollektiv  bağ  və  bostan  sahələrində 

fıtosanitar vəziyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;

 

10.5.


mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  müəssisələrdən, 

təşkilatlardan,  torpaq  mülkiyyətçilərindən  və  istifadəçilərindən  əkin  sahələri  və  çoxillik 

əkmələrin,  meşələrin,  otlaqların  və  biçənəklərin  toxum  və  əkin  materiallarının  fitosanitar 

vəziyyəti,  habelə  ziyanverici,  xəstəlik  və  alaq  otlarına  qarşı  aparılan  mübarizə  tədbirləri 

haqqında lazımi məlumatların verilməsini tələb etmək;

 

10.6.



gömrükxanaların,  dəmir  yolu  stansiyalarının,  avtovağzalların,  hava,  dəniz  və  çay 

limanlarının,  poçtamtların  müdiriyyətindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

karantin  tətbiq  edilən  yüklər  barədə  məlumat  tələb  etmək  və  həmin  yüklərin  sənədləri  ilə 

tanış olmaq;

 

10.7.


qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə 

istifadəsi qadağan olunmuş pestisidlərin və digər bitki mühafizə preparatlarının istehsalının, 

satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş 

tədbirlər görmək;

 

10.8.


bitki  mühafizəsi  və  karantini  sahəsində  qanunvericiliyin  pozulmasına  görə  vəzifəli 

şəxslərin,  hüquqi  və  fiziki  şəxslərin  məsuliyyətə  cəlb  olunması  üçün  qanunvericiliklə 

müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

 

10.9.



Dövlət  Xidmətinin  fəaliyyəti  üzrə  ayrılan  məqsədli  büdcə  vəsaitinə  sərəncam 

vermək;


 

10.10. qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

 

 

 



V. DÖVLƏT XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

11. Dövlət  Xidmətinə Azərbaycan  Respublikasının  kənd  təsərrüfatı  naziri tərəfindən 



vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.

[45]


 

12. .  Rəis  Dövlət  Xidmətinə  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsinə  şəxsən 

məsuliyyət daşıyır.

 

13.   Dövlət  Xidməti  rəisinin  Azərbaycan  Respublikasının  kənd  təsərrüfatı  naziri 



tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

 

14.. Dövlət Xidmətinin rəisi:



 

14.1.

 

Dövlət Xidmətinin işini təşkil edir və oha rəhbərlik edir;



 

14.2.


 

müəyyən  edilmiş  əməyin  ödənilməsi  fondu  və  işçilərin  say  həddi  daxilində 

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  ilə  razılaşdırmaqla  Dövlət  Xidməti 

aparatının ştat cədvəlini və tabeliyində olan müəssisə və təşkilatların xərc smetaların təsdiq 

edir;

 

14.3.



 

Dövlət  Xidmətinə  daxil  olmuş  təkliflərə,  vətəndaşların  ərizə  və  şikayətlərinə 

müvafiq qaydada baxır;

 

14.4.



 

Dövlət  Xidməti  aparatının  işçilərini  və  səlahiyyətləri  daxilində  tabeliyində  olan 

müəssisə və təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  həvəsləndirmə  və  intizam  tənbehi  tədbirləri 

görür;

 

14.5.



 

səlahiyyətləri  daxilində  müvafiq  vəzifələrin  yerinə  yetirilməsi  üçün  Dövlət 

Xidmətinə  ayrılmış  məqsədli  büdcə  vəsaitinin  təyinatı  üzrə  istifadəsi  proqramlarını  və 

xərclər  smetalarmı  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı 

Nazirliyinə təqdim edir;

 

14.6.



 

səlahiyyətləri  daxilində  müvafiq  vəzifələrin  yerinə  yetirilməsi  üçün  Dövlət 

Xidmətinə  ayrılmış  vəsaitin  xərclənməsinə  dair  hesabatları  Azərbaycan  Respublikasının 

Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

 

14.7.


 

tabeliyində  olan  təşkilatlarda  mühasibat  uçotu  və  hesabatı  işlərinin  düzgün 

aparılmasına nəzarət edir;

 

14.8.



 

tabeliyində  olan  təşkilatlara  səlahiyyətləri  daxilində  icrası  məcburi  olan  əmrlər  və 

göstərişlər verir;

 

14.9.



 

Dövlət  Xidmətini  bütün  dövlət  və  ictimai  təşkilatlarda,  idarə  və  müəssisələrdə, 

məhkəmələrdə vəkalətnaməsiz təmsil edir.

 

15.



  

Fitosanitar  nəzarəti  sahəsində  aparılan  elmi  tədqiqatların  istiqamətləri  üzrə 

məsələlərə  baxılmaq  və  təkliflər  hazırlamaq,  müasir  elmi  nailiyyətlərin  tətbiqi  üzrə 

tövsiyələr hazırlamaq məqsədilə Dövlət Xidmətində tərkibi alim və mütəxəssislərdən ibarət 

Elmi-Texniki Şura yaradılır.

 

16.



  

Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan geyim 

forması və xüsusi vəsiqələri vardır.

 

 



Yüklə 80,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin