Mübariz Yusifov
74
2) flektiv-aqqültinativ dillər (sami dillər)
3) flektiv dillər (hind-Avropa dilləri)
4) kök dillər (Çin, Siam və s. dillər)
5) polisintetik dillər (Amerika hindularının dilləri)
Kazan dilçilik məktəbi
Kazan dilçilik məktəbinin aparıcı nümayəndəsi Boduen de
Kurtene (1845-1929) idi. Milliyətcə polyak idi. Əsas fəaliyyəti
Kazan universiteti ilə bağlı olmuşdur. Dilçilik tarixində ilk dəfə
fonem nəzəriyyəsini yaratmışdır. Fonem,
morfem və sintaqm,
leksem, qrafem, kinem (artikulyasiya –
tələffüz üzrə fərqlən-
dirici əlamət), aksuma kimi terminləri dilə gətirmişdir.
Kazan
dilçilik məktəbinin digər nümayəndələrindən Nikolay Vyaçes-
lovoviç Krusevskinin (1851-1887), Vasili Vasileyviç Radlovun
(1837-1918) və Vasili Alikseyeviç Boqoroditskinin (1857-1941)
adlarını çəkmək olar. Sonuncu iki böyük dilçi türk dilləri sahə-
sində tədqiaqtlar aparıbıar.
Neolinqvistika dilçilik məktəbi. Bu məktəb XX əsrin 20-ci
illərində formalaşmışdır. Əsas nümayəndələri M.Bartoli, C.Ber-
toni və V.Pizani idi. Məktəbin məkanı İtaliya olmuşdur. Onların
konsepsiyasında “Gənc qrammatiklər”in tənqidi əsas yer tuturdu.
Neolinqvistlər dilə estetik ifadələrin məcmusu kimi yanaşırdılar,
dilçilik coğrafiyası ideyasını irəli sürürdülər, semantikanı əsas gö-
türüdülər; dil dəyişmələrini etnik qarışmalarla izah edirdilər.
Sosioloji dilçilik məktəbi
Bu məktəbin əsas nümayəndəsi Ferdinad de Sösür (İsveç
dilçisi, 1857-1913) idi. Əsas əsəri “Ümumi dilçilik kursu” adla-
nır, ölümündən sonra 1916-cı ildə tələbələri Şarl Balli və
Albert
Seşe tərəfindən çap edilmişdir. Sösürün dilçilk nəzəriyyəsində
dil və nitq fərqləndirilir; diaxronik və sinxronik əlaqələr müəy-