Mübariz yusifov linqviSTİk tipologiYA


Moskva dilçilik məktəbləri



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə54/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   149
Linqvistik tipologiya

Moskva dilçilik məktəbləri
Moskva dilçilik məktəbinin banisi Filip Fyodoroviç Fortu-
natov idi (1848-1914). Gənc qrammatiklərin görüşlərini davam 
etdirirdi. Müqayisəli dilçilik sahəsində tədqiqatlar aparırdı. Dil-
ləri tiplərinə görə aşağıdakı kimi bölürdü: 
1) aqlütinativ dillər (Ural-Altay)


Mübariz Yusifov
74
2) flektiv-aqqültinativ dillər (sami dillər)
3) flektiv dillər (hind-Avropa dilləri)
4) kök dillər (Çin, Siam və s. dillər)
5) polisintetik dillər (Amerika hindularının dilləri)
Kazan dilçilik məktəbi 
Kazan dilçilik məktəbinin aparıcı nümayəndəsi Boduen de 
Kurtene (1845-1929) idi. Milliyətcə polyak idi. Əsas fəaliyyəti 
Kazan universiteti ilə bağlı olmuşdur. Dilçilik tarixində ilk dəfə 
fonem nəzəriyyəsini yaratmışdır. Fonem, morfem və sintaqm
leksem, qrafem, kinem (artikulyasiya – tələffüz üzrə fərqlən-
dirici əlamət), aksuma kimi terminləri dilə gətirmişdir. Kazan 
dilçilik məktəbinin digər nümayəndələrindən Nikolay Vyaçes-
lovoviç Krusevskinin (1851-1887), Vasili Vasileyviç Radlovun 
(1837-1918) və Vasili Alikseyeviç Boqoroditskinin (1857-1941) 
adlarını çəkmək olar. Sonuncu iki böyük dilçi türk dilləri sahə-
sində tədqiaqtlar aparıbıar.
Neolinqvistika dilçilik məktəbi. Bu məktəb XX əsrin 20-ci 
illərində formalaşmışdır. Əsas nümayəndələri M.Bartoli, C.Ber-
toni və V.Pizani idi. Məktəbin məkanı İtaliya olmuşdur. Onların 
konsepsiyasında “Gənc qrammatiklər”in tənqidi əsas yer tuturdu. 
Neolinqvistlər dilə estetik ifadələrin məcmusu kimi yanaşırdılar, 
dilçilik coğrafiyası ideyasını irəli sürürdülər, semantikanı əsas gö-
türüdülər; dil dəyişmələrini etnik qarışmalarla izah edirdilər.
Sosioloji dilçilik məktəbi
Bu məktəbin əsas nümayəndəsi Ferdinad de Sösür (İsveç 
dilçisi, 1857-1913) idi. Əsas əsəri “Ümumi dilçilik kursu” adla-
nır, ölümündən sonra 1916-cı ildə tələbələri Şarl Balli və Albert 
Seşe tərəfindən çap edilmişdir. Sösürün dilçilk nəzəriyyəsində 
dil və nitq fərqləndirilir; diaxronik və sinxronik əlaqələr müəy-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin