Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   149
Linqvistik tipologiya

ISBN 978-9952-8176-4-5
© «Elm və təshil», 2017


Linqvistik tipologiya
3
SÖZÖNÜ
Dünya dillərində homogen (müştərək) kök sözlərin mövcud-
luğu mütəxəssislər arasında heç də gizli, sirli və heyrətləndirici 
bir hadisə kimi qarşılanmır. Müqayisəli-tarixi dilçiliyin meyda-
na çıxması ilə dillərarası müştərəkliyin səbəblərinin öyrənilmə-
sinə maraq artmağa başlamışdır. Müxtəlifsistemli dillərdə eyni-
köklü elementlərin mövcudluğu barədə çoxlu sayda tədqiqatlar 
aparılmış və biri digərini təkzib edən fikir və mülahizələr söy-
lənmiş, bir çox fərziyyələr irəli sürülmüş, subuta yetirilməsi cid-
di problemlərlə qarşılaşan nəzəriyyələr yaradılmışdır. Bütün bu 
fikir və mülahizələrin, fərziyyə və nəzəriyyələrin baş mövzusu 
dillərin eyni kökdən törəməsini sübut etməkdən ibarət olmuşdur. 
Elə burada da ilkin səhv addımlar atılmış və söylənilən fikirlərin 
həqiqətə uyğunluğu öz təsdiqini tapa bilməmişdir. Çünki nəzərə 
alınmamalıdır ki, dünyanın ayrı-ayrı nöqtələrində yaşayan in-
sanların dilləri arasındakı müstərək elementlərin varlığı “kök 
dilin” mövcudluğu üçün aldadıcı təəssüratdır. Yəni bu cür ele-
mentlərin varlığı heç də bütün dillərin eyni mənşəyə (ulu dilə) 
aid olub sonradan parçalanması barədəki fikirləri məntiqi cəhət-
dən təsdiq etmir. Ancaq mövcud olanı da inkar etmək mümkün 
deyildir. Məsələ bundadır ki, mütəxəssislər ən əvvəl bu sualın 
cavabını tapmağa cəhd göstərməlidirlər ki, dil elementlərində, 
xüsusən, kök morfemlərdə müşahidə olunan müştərəklik nədən 
yaranmışdır? Bu elementlər niyə mövcuddur? Müştərəkliyin sə-
bəbi nədir? Bu suallara cavabdan sonra hansı nəzəriyyənin və 
ya fərziyyənin irəli sürülməsinə rəvac vermək olar. Bu sualla-
ra cavab tapmaq vacibdir. Vacibdir ona görə ki, müştərəkliyin
mövcudluğu ümumbəşəri dil vəhdətini sübut etmək üçün heç



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin