Mübariz Yusifov 10 dirsə də bu fikir və düşüncələr adi bir intuitiv həssaslıqdan irəli
getmirdi. Bununla belə, Platonun təsəvvürü dilin yaranmasının
təməli barədə çox qiymətli istiqamət idi. Ancaq bu istiqamət nə
Platonun özü tərəfindən, nə də onun ardıcılları tərəfindən axıra-
dək davam etdirilmədi. “Kratil” əsərində Hermogen və Sokra-
tın dialoqu üzərində qurulan mühakimələr üzrə irəli sürülən dil
haqqındakı düşüncələr də elə sübuta yetirilməmiş fərziyyə kimi
həmin mükalimələrin daxilində qaldı.
Cəmiyyət nəzəriyyəsi Dilin yaranması barədə Demokritin fikirləri (eradan əvvəl
460-370-ci illər) isə Platonun baxışlarının əksinə idi. Demok-
ritin fikrincə dil təbiətdən hazır şəkildə gəlməmişdir. Demok-
ritə görə əşyanın adı ilə onun təbiəti arasında heç bir üzvi əlaqə
mövcud deyildir. Bununla, Demokrit dilin təbiətlə bağlılığından
bir qədər də irəli gedərək onun hər hansı bir fövqəltəbii qüv-
və tərəfindən yaradılması fikrinin əleyhinə çıxırdı. Demokritin
fikirləri materialist filosofların təsəvvürləri ilə üst –üstə düşür-
dü. Demokritə görə dil təbiətdən hazır şəkildə gəlmir. Əgər dil
təbiətdən hazır şəkildə gəlmiş olsaydı sözlə onun adı arasında
bir üzvi əlaqə olardı. Belə isə onda gərək eyni əşya və hadisə-
nin adı dünyanın bütün dillərində eyni olaydı. Demokritə görə
sözlər, adlar insanların (cəmiyyətin) özü tərəfindən yaradıldığı
üçün dillər də bir-birindən fərqli şəkildə yaranmış və formalaş-
mışdır. Ancaq Demokrit, əlbəttə ki, dilçilik üzrə mütəxəssis ol-
mayıb maddi aləmin yaranması və cəmiyyət hadisələrinin daxili
əlaqələri barədə öz mülahizələrini söyləyən dahi bir mütəfəkkir
filosof idi.
Demokrit dünya dillərinin genetik tərkibində oxşar və müş-
tərək elementlərin mövcudluğunu təsdiq edən faktlarla rastlaş-
mış olsaydı və onları qarşılaşdırıb araşdırsa idi yəqin ki, söylədi-