Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
12
rinə çevrilə bilmir? Beləliklə, Diodor şüur və təfəkkür arasında-
kı üzvi əlaqəni nəzərə almadığı üçün onun əfsanəsi gerçəklik 
kimi yox, xəyali düşüncə kimi qəbul edilməlidir. Onu da inkar 
etmək olmaz ki, insan nə şəkildə yaranmışsa, dünyaya necə gəl-
mişsə bu tamam başqa bir məsələdir. Həqiqət budur ki, insanın 
mayasında şüur olmuşdur. Kimidə az, kimidə çox. Şüur insanın 
təbiətlə təması sayəsində ibtidai təfəkkürdən ali (abstrakt) təfək-
kürə doğru inkişaf mərhələsi keçmişdir. Şüurun təfəkkürə çevril-
məsində idrak prosesi ötrücülük vəzifəsini yerinə yetirir. Məhz 
idrak prosesi insana məxsus keyfiyyət olduğu üçündür ki, bu ke-
çid insanlarda təfəkkürü formalaşdırır. Digər canlılarda isə belə 
bir keçid mövcud deyildir. Ona görə də, məsələn, demək olmaz 
ki, heyvanlarda şüur yoxdur. Heyvanlar da nəyisə duyur, qida-
lanmağa olan ehtiyaclarını ödəyir, dolanacaq yerlərində məskən 
tutur, özünü təhlükələrdən qorumağa çalışır, iy, dad, qoxu, rəng 
kimi hissi anlayışları qavrayır, sözlə təsirlərə reaksiya verir və s.
Ümumiyyətlə götürdükdə, təbiətdə canlı nə varsa onun hər 
birinin bizə məlum olmayan hissi keyfiyyətləri vardır. Bu hissi 
keyfiyyətləri “şüur” adında toplasaq onda bitkinin də, ağacın da, 
“şüur” mühitinə malik olduğu istisna sayılmamalıdır. Bitkilər də 
digər canlılar kimi istiyə, soyuğa, günəşə, küləyə, suya həssas-
dır. Soyuq havalarda bitkilər sanki yuxuya gedir, istilər düşdük-
də oyanır, çiçək açır, bəhrə verir. Yaxşı qulluq ediləndə bəhrəsi 
bol olur, qulluq görməyənlər isə sanki üz döndərir, solub sara-
lır. Ancaq, əlbəttə ki, bu “şüur” forması idraka çevrilmir və nə 
heyvanlardakı, nə də bitkilərdəki “şüur”da təfəkkür əlamətləri 
görünmür. Heyvanlardakı “şüur” əlamətləri indiyə qədərki ədə-
biyyatda instinkt kimi nəzərə alınır. İnstinkt termini latın mən-
şəlidir, mənası təhrik etmə, vadar etmə, məcbur etmə kimi başa 
düşülür. İnstinkt sözü psixoloji vəziyyəti bildirmək məqamın-
da, həmçinin, qeyri-şüuri və qeyri-iradi olaraq məqsədəuyğun 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin