Linqvistik tipologiya 9 Dil tipologiyasına görə isə bütün dillərin, dil ailələrinin
və qruplarının öz daxili quruluşunda fərqlənmələr mövcuddur.
Deməli, genealogiyada və tipologiyada ayırıcılıq əsas əlamət
kimi qəbul edilir. Dil faktlarında aşkar edilən müştərəkliklər isə,
əksinə, dillərarası yaxınlıqların mövcudluğunu sübuta yetirmək
üçün əsaslar verir. Bəs necə olmuşdur? Dillər ayrı-ayrımı ya-
ranmışdır? Dil ailələri bir kökdənmi törənmişdir? Tədqiqatçıları
heyrətə gətirən və onları daha çox təəcübləndirən bu kimi prob-
lemlər bir-biri ilə uyğun gəlməyən müxtəlif-müxtəlif baxışların
ortaya çıxmasına səbəb olmuşdur. Dillərin mənşəyi ilə əlaqədar
yaranan nəzəriyyələrin başlıcaları aşağıdakılardan ibarətdir:
Təbiət nəzəriyyəsi Təbiət nəzəriyyəsinin yaranmasının bazası insanın təbiətlə
bağlı olması barədəki düşüncələrlə əlaqədardır.
Təbiət nəzəriyyəsinə görə ətraf aləmdə mövcud olan bütün
varlıqlar təbiətin məhsuludur və onun bir tərkib hissəsidir. İn-
san da təbiətin bir üzvü hesab edildiyindən dilin yaranmasında
təbiətin rolunun aparıcı olduğu barədə fikirlər irəli sürülmüş-
dür. Bu fikirlərin istinadgah nöqtəsi təbiətin Allah tərəfindən
yaradılması barəsindəki ilahiyyat kitablarında verilən hökmlər
olmuşdur. Təbiət nəzəriyyəsinin banisi qədim Yunan filosofu
Platondur (eradan əvvəl 427-347). Qədim dünyanın müdrik-
lərindən olan Platona görə təbiət Allah tərəfindən yaradılmış-
sa təbiətin ayrılmaz bir üzvü kimi insanı da Allah yaratmışdır.
Bu mənada Platon dilin yaranmasını da təbiətlə bağlı bir hadisə
kimi təsəvvür edirdi. Platona görə söz əşya və hadisələrin in-
san tərəfindən instinktiv olaraq qavranılması nəticəsində yaran-
mışdır. Dilin cəmiyyətdəki rolu məsələsinə gəlincə Platon onu
insanların fərdi ideyasının məhsulu hesab edirdi. Dilin təbiətlə
bağlı olması barəsində Platonun təsəvvürü real həqiqəti əks et-