Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti
Sərbəst iş
TələbəninA.S.A : Lalə Süleymanova
Fakültə: Beynəlxalq münasibətlər Regionşünaslıq və Jurnalistika
İxtisas:Jurnalistika
Qrup:Aj101
Kurs:I
Fənn:Dünya ədəbiyyatı tarixi
Müəllim:Səlimə Qasımova
Aristofanın yaradıcılıq yolu
Aristofan — qədim yunan şairi, dramaturq-komedioqraf, "komediyanin atası", klassik yunan komediyasının banisi.
Həyatı haqqında məlumat azdır. Onun yaradıcılığına 44 komediyanı aid edirlər ki, bunlardan 11-i dövrümüzə qədər gəlib çatmışdır. Aristofan komediyalarında siyasi görüşlərə geniş yer vermişdir. Buna görə də dövlət adamları tərəfindən təqib olunmuşdur. Onun əsərlərinin əsas tənqid hədəfi kleon və Afina-Sparta müharibəsi olmuşdur. Lakin Aristofan komediyalarında ədəbi və fəlsəfi görüşlərinə də yer vermişdir. Bunlarda o Sokratın sofistikasını və Evripidin faciələrini tənqid etmişdir.
Axarnlılar- (425)
Atlılar- (424) Aristofanın ən yaxşı əsəri sayılan bu əsərdə demokratiya dövrü idarəçiləri və müharibələri tənqid olunur.
Buludlar- (423)
Arılar- (422) burada demokratiya dövrü məhkəmələri tənqid olunur.
Sülh- (421)
Quşlar- (414)
Lisistrata, Qadınlar Fesmofori bayramında- (hər ikisi 411)
Qurbağalar - (405), bu komediyada Esxil və Evripid qarşılaşdırılır və Evripid tənqid olunur.
Qadınlar xalq məclisində - (392)
Sərvət - (388)
Yuxarida göstərilən komediyalar tam şəkildə, digər komediyalarından isə 1000-ə yaxın fraqment dövrümüzədək qəlib çatmışdır.
Müəllifin Sülh, Lisistrata kimi komediyaları müharibənin tənqidinə, Buludlar komediyası Sokratın və sofistlərin tənqidinə həsr olunmuşdur. Sərvət utopik xarakter daşıyır və kor sərvət allahının gözünün açılması ilə kasıbların varlanmasına həsr olunmuşdur.
Aristofanın yaradıcılığı Afina demokratiyasının dərin böhran keçirdiyi kəskin ictimai-siyasi mübarizə dövrünə təsadüf edir. Əsərlərində müharibə və sülh mövzusu əsas yer tutur ("Axarnlılar", "Sülh", "Lisistrata"), zorakılıq pislənir, hakim dairələrin işğalçılıq siyasəti, xalqın iztirablarına laqeyd qalan acgöz və ikiüzlü siyasi xadimlər ("Atlılar"), bürokrat məjkəmə sistemi ("Arılar") ifşa edilir. "Qadınlar xalq məclisində", "Quşlar", "Sərvət" komediyalarında ideal cəmiyyət haqqında arzuları əks olunmuşdur. Aristofan satirik gülüş vasitələrindən - buffonada və karikaturadan məharətlə istifadə etmişdir.
Aristofanın komediyalari Avropa ədəbiyyatının inkişafına qüvvətli təsir göstarmişdir (Rotterdamlı Erazm, F.Rable, J.Rasin, İ.V.Göte və b.). "Atlılar", "Buludlar", "Qurbağalar" komediyaları azərbaycan dilinə tərcümə edilmişdir.
Dostları ilə paylaş: |