Mübariz yusifov linqviSTİk tipologiYA


Dünya dillərinin yaranması barədəki



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   149
Linqvistik tipologiya

Dünya dillərinin yaranması barədəki
fikirlərin xülasəsi
Dillərin yaranması məsələsi ta qədim zamanlardan müd-
rik insanları düşündürmüşdür. İnsanların dünya haqqında, ətraf 
aləm haqqında, cəmiyyət həyatının mürəkkəb məsələləri barə-
dəki təsəvvürləri genişləndikcə informasiya mübadiləsində apa-
rıcı bir vasitə olan dil və onun yaranması ilə bağlı məsələlərin 
aydınlaşdırılması da daim alimlərin, filosofların və mütəxəssis-
lərin diqqətini cəlb etməyə başlamışdır. Ancaq dil elə bir mürək-
kəb fonemendir ki, insan zəkası kosmosu yarıb keçərək bir çox 
gizli sirləri açmağa qadir olsa da dil və onun yaranması, mən-
şəyi, müxtəlif dillərin mövcudluğu, dil qohumluqları, qohum 
olmayan dillərin arasındakı genetik əlaqələr məsələsi hələ də 
öyrənilməmiş qalmaqdadır. Bu məsələlər barəsində qədim dün-
ya filosoflarından tutmuş müasir dövrə kimi çox-çox məşhur in-
sanlar baş sındırmışlar. Ancaq “dilin sirrini” açmaq hələ ki, heç 
bir filosofa, heç bir psixoloqa və heç bir mütəxəssisə müyəssər 
olmamışdır. Ancaq dil var, mövcuddur və öz qədim ənənələri-
ni yaşada – yaşada, ilkin izlərini qoruya-qoruya həm də daxili 
izlərini gizli-gizli saxlamaqdadır. Bu gizli sirlərin açılmasına 
yönələn cəhdlərin bəziləri öz həllini tapa bilsə də bir çoxu sirli 


Mübariz Yusifov
8
qapı arxasında qalmaqda davam edir və əlbəttə ki, qapının özü 
də açar sahibini gözləməkdədir.
Dillərin yaranması barədə qarşıya qoyulan suallara dəqiq, ay-
dın, konkret cavab tapılmadığına görə bu barədə bir-birini təkzib 
edən müxtəlif fikir və mülahizələr söylənmiş, ayrı-ayrı rəvayət-
lər, əfsanələr və uydurmalar baş alıb getmişdir. Ancaq bu sahədə 
aparılan araşdırmaların özü dilçiliyin bir çox vacib məsələləri-
nin həll edilməsində təsirsiz qalmamışdır. Bütün araşdırmaların 
nəticəsi dilçilik genealogiyası və dilçilik tipologiyası tədqiqatla-
rında ümumiləşmişdir. Başqa sözlə, dillərin mənşəyi ilə əlaqədar 
aparılan təhlillərin nəticəsi olaraq genealoji dilçilik və tipoloji 
dilçilik sahələri kimi müstəqil tədqiqat istiqamətləri yaranmış-
dır. Genealogiya termini yunan mənşəlidir. Mənası şəcərə, nəsil 
qolları, kök qohumluğu deməkdir. Tipologiya termini də yunan 
mənşəlidir. Mənası müxtəlif hadisə və şeylərin tipləri arasında 
qarşılıqlı əlaqəni təmsil edən təsnifat, bu cür qarşılıqlı əlaqələrin 
tədqiqi mənasını bildirir. Dilçilikdə genealogiya termini dillərin 
kök qohumluğu, dil ailələrinin qohumluğu, tipologiya isə dillərin 
struktur tərkibi mənasında işlədilir. Dillərin genealogiyaya görə 
qruplaşdırılması sahəsində bir çox işlər görülmüş, müvafiq pa-
rametrlər əsasında dil ailələri və dil ailələri içərisinə daxil olan 
dil qrupları barədə məlumatlar verilmişdir. Dillərin tipologiyası 
məsələsi barədə də faktik material əsasında bir çox təhlillər apa-
rılmışdır. Ancaq dillərin tipologiyasını ayırd edən dəlillər hələ-
lik tam şəkildə müəyyən olunmamış qalır. Çünki bir dil ailəsinə 
məxsus olan tipoloji əlamətləri başqa dil ailələrində də aşkar et-
mək olur. Digər tərəfdən bu təhlillər nəticəsində elə faktlar da üzə 
çıxarılmışdır ki, bunlar dillərin genealogiyasına və tipologiyasına 
aid olan bütün parametrləri dağıdır. Belə ki, dillərin genealogiya-
sına aid parametrlərdə dünya dilləri kök qohumluğuna, dil ailələ-
rinə və dil qruplarına görə fərqləndirilir, ayrılır. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin