Mübariz Yusifov 16 Dini mənbələrdə göstərildiyinə görə Allah Adəmi yarat-
dıqdan sonra şeylərin adlarını da ona öyrətmişdir. Başqa söz-
lə, Adəm yaradıldığı anda yox, şeytan tərəfindən aldadıldıqdan
sonra tövbə etmək məqamında kəlmələr öyrənmişdir. “Bəqərə”
surəsinin 31-ci ayəsində deyilir ki, “(Allah Adəmi yaratdıqdan
sonra) Adəmə bütün şeylərin adlarını öyrətdi”. “Bəqərə” (2)
surəsinin 37-ci ayəsində deyilir ki, “Adəm Rəbbindən (bəzi xü-
susi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsi
ilə) tövbə etdi”. Buradan belə məlum olur ki, Adəm heç də hazır
qrammatik quruluşlu bir dil ilə təchiz edilməmişdir. Yalnız tövbə
üçün lazım olan kəlmələri öyrənmişdir. Təkmil dilə gəlincə, dini
mənbələrin məntiqi ilə desək, insan (Adəm) Allahın ona verdi-
yi şüurla dünyanı (ətraf aləmi) qavraya-qavraya, dərk edə-edə
(şüurdan təfəkkürə addımlaya-addımlaya) özünün ünsiyyət-in-
formasiya dilini yaratmağa başlamışdır. Allah Adəmi yaratma-
mışdan əvvəl təbiəti yaratmış və orada insan üçün lazım olan
vasitələri də yetişdirmişdir. “Bəqərə” (2) surəsinin 36-cı ayə- sində deyilir ki, “Yerdə sizin üçün müəyyən vaxta qədər (yəqin
ki, qiyamətə qədər) sığınacaq və yaşayış vasitələri var”-dedik”,
“Əraf” (7) surəsinin 24-cü ayəsində də belə deyilir: “Yerdə sizin
üçün bir müddət sığınacaq və dolanacaq vardır”.
Bu ayələrə görə Allah Adəmə elə bir şüur vermişdir ki, o
şüur idraka keçib təfəkkürə çevrilsin. Təfəkkür isə insanda
ona xidmət edir ki, dilin formalaşmasına və müstəqil yaradıcı-
lığa təkan versin. “Bəqərə” (2) surəsinin 31-ci ayəsinin şərhi
ilə bağlı “Kitabül-bəyan fi təfsiril-Quran” adlı kitabda deyilir
ki, “Aləmlərin pərvərdigarı Adəmi yaradan zaman ona adların
hamısını təlim etdi. Yəni dağların, dəryaların, səhraların, əşya-
ların, heyvanatın, nəbatatın adlarını. Bəziləri deyiblər ki, “ad”
dedikdə dillər nəzərdə tutulur. O (Adəm) övladlarının hər biri ilə
bir dildə danışırdı. Buradan da dilçilik elminin şərafəti məlum