Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə11/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
13
hərəkət etmək və ya iş görmək, məcazi mənada isə duyğu kimi 
mənalandırılır. Ancaq onu da demək lazımdır ki, duyğu varsa onu 
necə qeyri-iradi və ya qeyri-şüuri adlandırmaq olur? Əlbəttə ki, 
heyvan nəyisə duyursa, nəyəsə meyl göstərirsə, nədənsə çəkinir-
sə onun duyğusunu inkar etmək də olmaz. Bu mənada heyvanda 
şüurun mövcudluğunu inkar etmək inandırıcı görünmür. İnstinkt 
isə şüurun ilkin mərhələsi kimi özünü göstərir. Heyvanlardakı 
instinktdən (ilkin şüurdan) insan şüuru onunla fərqlənir ki, hey-
vanların ilkin (ibtidai) şüuru aliyə doğru inkişaf edə bilmir, insan 
şüuru isə mərhələli şəkildə inkişaf prosesi keçirir. Ancaq necə 
olur ki, ağıllı, müdrik, alim insanlar heyvanlarda şüur olduğunu 
qəbul etmirlər. Bunun ən optimal cavabı budur ki, biz həmişə 
şüuru təfəkkürlə eyniləşdirilmiş şəkildə başa düşmüşük. Heyvan-
larda isə şüuru təfəkkürlə əlaqələndirən psixofizioloji idrak pro-
sesi yoxdur. Ona görə də heyvanlarda üzvlənən səslər formalaş-
mamışdır və onlar hansısa diffuz səslərlə özləri üçün informasiya 
mühiti yarada bilsələr də insan danışığı kimi aydın nitqə malik 
deyillər. Heyvan səsləri (eləcə də quşlar və başqa canlılar) müəy-
yən qorxu, həyəcan, çağırış emosiyalarını ifadə edə bilirlər. Hətta 
o da mümkündür ki, bir ərazidə yaşayan heyvanların, quşların 
və başqa canlıların “dili” başqa yerlərdəkilər üçün eyni dərəcə-
də anlaşığlı olmasın. Heyvanların özlərinə məxsus informasiya 
mühitinin mövcudluğu zaman-zaman, hətta, insanların beynində 
belə bir təəssürat yaratmışdır ki, onların da öz informasiya dilləri 
vardır. Bu təəssüratlar əfsanələrdən nağıllara və dastanlara da 
çökmüş və elə hesab edilmişdir ki, quşların, heyvanların dilini 
bilmək insanların bəzilərinə müyəssərdir. Hətta, dahi şair Niza-
minin əsərlərində, “Kəlilə və Dimnə”də, “Min bir gecə”də hey-
vanların və quşların dili barədə maraqlı əhvalatlar vardır.
O da maraqlıdır ki, klassik dövrün böyük şairlərindən biri, 
Nişapurlu Fəriddədin Əttar (1136-1221) “Məntiqüt-teyr” (“Quş-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin