Mübariz Yusifov 14 ların dili”) adlı Şərqdə məşhur olan bir əsər də yazmışdır. Bu
əsərin təsiri ilə hətta, böyük özbək şairi, Heratda dünyaya gəlmiş
Əlişir Nəvayi (1441-1506) də “Lisanüt-teyr” (“Quşların dili”)
adlı əsər yazmışdır. Hər iki əsər alleqorik janrda olsa da mövzu
quşların dilinin mövcudluğu barədəki təsəvvürlərin bədiiləşdi-
rilməsi ilə əlaqədardır.
Şüurdan təfəkkürə yol idrak prosesindən keçir. Bu məna-
da, idrak təfəkkürün dərk edilən yaxınlaşmasından, fikrin bilik-
sizlikdən biliyə doğru istiqamətindən, yarımçıq və mükəmməl
olmayan bilikdən daha tam, mükəmməl biliyə doğru hərəkətin-
dən ibarət sonsuz bir prosesdir.
1
İdrakın təfəkkürə çevrilməsi-
ni məntiqi idrakın formalaşması kimi də qiymətləndirmək olar.
Məntiqi idrak hissi idrakın gördüyü işi, bir növ tamamlayır.
Təfəkkür prosesinin özü də olduqca mürəkkəb bir sistemdir.
Təfəkkür inkişaf etdikcə insanın yaradıcılıq qabiliyyəti geniş-
lənir və zənginləşir. Bu isə yeni anlayışların əmələ gəlməsini
şərtləndirir. Yeni anlayışların əmələ gəlməsi isə yeni sözlərin
formalaşdırılmasını tələb edir. Beləliklə, dildə sözlərin potensi-
alı artır, dilin struktur tərkibində isə dəyişikliklərin baş verməsi
labüd olur. Ona görə də dilin tarixi, əlbəttə ki, təfəkkürün forma-
laşması ilə üst-üstə düşür. Hərçənd Marks deyirsə ki, “Dil şüur
qədər qədimdir”, yaxud, “Dil praktik real şüurdur”, onda şüurla
təfəkkür arasındakı bağlılıq qırılmış olur. Çünki təkcə şüura
malik olmaq hələ dilə malik olmaq demək deyildir. Əlbəttə ki,
dil haqqında bəhs etdikdə onu birdən-birə yaradılmış hesab et-
mək olmaz. İnsan dili insanın təbiətlə təmasının və cəmiyyətdə
baş verən əlaqələrin bazası üzrə zaman-zaman formalaşmış bir
fenomendir. İnsanın özünün təkmilləşməsində də ətraf mühitin
böyük rolu olmuşdur. Məsələn, kim deyir ki, ilk insan nəsli əti
bişirib yeyib və ya yeyilənlə yeyilməyəndən doğru-dürüst baş
1 İdrak-Wikipedia.az. Wikipedia.org (Wiki/ idrak).