Mübariz Yusifov 22 lar nəzəriyyəsi XIX-XX əsrlərdə də davam etdirilmişdir. Onun
tərəfdarları R.N.Kudryavski (1864-1920), alman filosofu Georq
Vilhelm Fridrix Hegel (1770-1831) və alman psixoloqu Vilhelm
Maksimilian Vundt (1832-1920) olmuşlar.
Bu nəzəriyyənin
həqiqət tərəfi odur ki, insanlar qorxu, həyə-
can və s. hisslərlə bağlı müəyyən səslər çıxarmışlar. Məsələn,
tərəddüd bildirmək üçün a…, kədər, ağrı bildirmək üçün ı….,
heyrət bildirmək üçün o…., etiraz bildirmək üçün e…., etina-
sızlıq bildirmək üçün ə…., sızıltı bildirmək üçün i…., ü…. kimi
səslərdən istifadə edilməsi istisna sayılmamalıdır. O da istisna
deyildir ki, kök morfemlərin formalaşmasında sait elementlər
təşkiledicilik funksiyası daşımışdır. Çünki söz üçün heca lazım- dır, heca üçün sait səs. Ancaq demək olmaz ki, dilin bütün söz
tərkibinin formalaşmasında nida elementləri baza rolu oynamış-
dır. Ona görə nidalar haqqındakı bu görüşləri də tam, bitkin və
mükəmməl bir nəzəriyyə kimi qəbul etmək mümkün deyildir.
Əmək nəzəriyyəsi Əmək nəzəriyyəsi XIX əsrdə yaranmışdır. Bu nəzəriyyənin
əsas nümayəndələri alman alimləri Lüdviq Nuare (1829-1870)
və Karl Buxerdir (1847-1930).
Əmək nəzəriyyəsinə görə insanların əmək nəticəsində çıxar-
dığı səslər sözlərin yaranmasına səbəb olmuşdur. İnsanların
əməklə bağlı çığırtılarının əsasında əvvəlcə fellər yaranmış, son-
ra isə fellərdən adlar formalaşmışdır. Əmək nəzəriyyəsinə görə,
məsələn, al, gəl, get, tut, kəs, vur, çək, qaç, dur, böl, dart kimi
sözlər əməklə bağlı çığırtıların son nəticəsi kimi formalaşmışdır.
Ancaq əmək nəzəriyyəsinin tərəfdarları nəzərə almırlar ki, dil-
dəki bütün sözlərin hamısı əmək mənalı deyildir. Belə ki, düşün-
məklə, təfəkkürlə, duyğu ilə, hissiyyatla, emosiya ilə və digər
fəaliyyətlə bağlı çoxlu sözlər də mövcuddur. Hətta bu nəzəriyyə