Linqvistik tipologiya 5 dillərin formalaşmasında eynizamanlılıq və eynixətlilik mövcud
olmamışdır. Ancaq genetik təbiətindən və tipoloji quruluşundan
asılı olmayaraq müxtəlif dillərdə oxşar elementlərin mövcudlu-
ğu onu göstərir ki, dillərin formalaşmasında insan təfəkkürünün
ətraf aləmlə əlaqəsi və onun qavranılması prosesində oxşar imi-
tasiyalar istisna olmamışdır. Məhz dünyanın ayrı-ayrı nöqtələ-
rində mövcud olmuş insan qruplarının təbiəti (ətraf aləmi) dər-
ketmə prosesindəki oxşar imitasiyalar oxşar (müştərək) genetik
köklərin yaranmasının təməlinə çevrilmişdir. Bu imitasiyalar
daim birmənalı və eynizamanlı olmadığı üçün genetik köklər-
də də daimi müştərəklik baş verə bilməmişdir. Onu da nəzərə
almaq lazımdır ki, insan cəmiyyətləri inkişaf etdikcə, artdıqca,
çoxaldıqca, yayıldıqca ilkin elementlərdə dəyişmə, fərqlənmə,
müxtəlifləşmə də artmaqda davam etmişdir. Həm də fərqlənmə
təkcə strukturda yox, eyni zamanda sözün məna tutumunda da
baş vermişdir. Burada məcazlaşmanın, köhnəlmənin, genişlən-
mə və daralmanın da mühüm təsiri olmuşdur. Bu da dillərarası
müştərəkliyin aydınlaşdırılmasında çətinliklərin baş verməsinə
səbəb olmuşdur.
Dillərin quruluşundakı dəyişmələrin baş verməsində nitq
prosesi aparıcı rol oynadığından areal genişlənmələrində fərqlər
daha da artmağa başlamışdır. Bu isə dillərdə həm də tipoloji
quruluş dəyişmələrinin baş verməsinə səbəb olmuşdur. Ancaq
dillər arasında tipoloji quruluş fərqlərinin çoxalmasına baxma-
yaraq genetik köklərdəki müştərəklik öz izlərini qoruya-qoruya
indiyə kimi gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, dil öz
ənənələrini varisliklə ötürə-ötürə həm də onların izlərini yaşadır.
Bu izləri tutub həqiqət arxasınca getmək isə ciddi səy və yorul-
maz əmək tələb edir. Dillərin genetik mühitində köksözlülük il-
kin əlamət olduğu üçün sonradan onların tipoloji cəhətdən necə
dəyişməsindən asılıl olmayaraq izləri tutub həqiqətləri bərpa