Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə52/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
71
Yakov Qrimm (1785-1863) alman dilçisidir. Əsas əsərləri 
bunlardır.
1) “Alman qrammatikası” (1819-I, -1837 II, III, IV cildlər)
2) “Alman dilinin tarixi” (1848)
Dil kökləri haqqındakı fikri bu idi ki, onların tərkibində aşa-
ğıdakı elementlər durur: Hind-Avropa – bh, dh, gh; german – b, 
d, g; Hind-Avropa – b, d, g; german p, t, k; Hind-Avropa – p, t, 
k; german – f, th, h.
Aleksandr Vostokov. (1781-1864) Rus dilçisidir. Peterburq 
EA-nın akademiki olub. Əsas əsərləri bunlardır: 
1) “Slavyan dili haqqında mülahizələr” – 1820
2) “Kilsə-slavyan dilinin lüğəti” (1858-1861)
Fəlsəfi dilçilik məktəbi
Fəlsəfi dilçilik məktəbi Vilhelm fon Humboldtun adı ilə 
bağlıdır. (1767-1835) Dilçiliyin fəlsəfi məsələləri bu məşhur al-
man dilçisinin aşağıdakı əsərlərində ümumiləşdirilir:
1)“Yava adasındakı kavi dili haqqında” (1836-1839)
2)“İnkişafın müxtəlif dövrlərinə tətbiq edilməklə dillərin 
müqayisəli şəkildə öyrənilməsi haqqında” (1830-1835)
Onun əsərlərində dilə bir sistem kimi yanaşılır. Eyni zaman-
da Vilhelm Humboldt dili fərdlərin mənəvi həyatı və təfəkkü-
rü üçün əsas göstərici hesab edirdi. Başqa sözlə, dili ayrı-ayrı 
fərdlərin məhsulu kimi başa düşürdü. Humboldta görə dil xalq 
ruhunun ifadəsi idi. Onun fikrincə, xalq təbiətlə və cəmiyyətlə 
dil vasitəsi ilə əlaqədə olur.
Naturalizm dilçilik məktəbi
Avqust Şleyxer (1821-1868) məşhur alman dilçisidir. Natu-
ralizm dilçilik məktəbinin banisi olmuşdur. Əsas əsərləri aşağı-
dakılardan ibarətdir:
1) “Dillərin müqayisəli tarixinə dair” (1848)
2) “Avropa dilləri” (1850)


Mübariz Yusifov
72
3) “Müqayisəli dilçilik tədqiqləri” (1850)
4) “Kilsə slavyan dilinin morfologiyası” (1852)
5) “Litva dili üzərində təlimat” (1855 -1857)
6) “Alman dili” (1959)
Avqust Şleyxerin naturalist görüşləri onda idi ki, o dili səs 
materiallarından yaranmış ən yüksək təbiət orqanizmi hesab 
edirdi. O, dili canlı orqanizmlərin canlı həyatından fərqləndir-
mirdi. Canlı orqanizmlərin sadə başlanğıcdan mürəkkəb forma-
ya doğru və qocalmaq mərhəsinə kimi davamlı prosesini A.Ş-
leyxer dilə də tətbiq edirdi. Dillərin inkişafının birinci mərhələ-
sini kök dillərə, ikinci mərhələsini aqlütinativ dillərə, üçüncü 
mərhələsini isə flekiv dillərə aid edirdi. “Dillərdə sonralar niyə 
dəyişiklik olmadı?” sualına isə fantastika ilə cavab verirdi. Onun 
mülahizəsinə görə tarixəqədərki dövrdə dilə ruh hakim olub. 
Sonra isə ruh dildən uzaqlaşıb. Nəticədə dildə qocalma, dağılma 
prosesi başlanır.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin