Linqvistik tipologiya
73
1) “Fikir və dil” (1862)
2) “Rus dili səslərinin tarixinə dair” (1876)
3) “Filologiya nəzəriyyəsi üzrə mühazirələrdən” (1905)
Potebniyanın psixoloji təsəvvürü ona əsaslanırdı ki, o “dili
təfəkkürün ifadə vasitəsi yox, yaranma vasitəsi” kimi başa dü-
şürdü. O deyirdi ki, “dil sahəsi təfəkkür sahəsi ilə heç də uyğun
gəlmir”. Potebniyanın fikirlərində diqqəti daha çox cəlb edən bu
idi ki, o deyirdi: “xalqın mövcud olmasının yeganə, əvəzolun-
maz, zəruri şərti dil birliyidir”.
Gənc qrammatiklər məktəbi.
Bu məktəbin nümayəndələri A.Leskin, B.Delbryük, G.Paul,
G.Osthof və K.Bruqman idi.
Gənc qrammatiklər məktəbi XIX
əsrin 70-80-ci illərdə yaranmağa başlamışdı. Bir qrup gənc dilçi
ilk növbədə Avqust Şleyxeri tənqid edərək yeni bir konsepsiya
yaratmağa çalışırdılar. Onlar Leyspiq universitetinin professor-
ları idilər. Köhnə nəslin nümayəndələri onları istehza ilə “gənc
qrammatiklər” adlandırırdılar. “Gənc qrammatiklər”in
bir çox
tərəfdarları da var idi ki, onlardan aşağıdakıların adlarını göstər-
mək olar: M.Breal (1832-1915, Fransa), V.Tomsen (1842-1927,
Danimarka), F.F.Fortunatov, F.M.Buslayev (Rusiya). Onların
tədqiqatlarında fonetika və qrammatika əsas yer tuturdu. Bu isə
dil sisteminin hərtərəfli öyrənilməsinə kifayyət etmirdi. Nəzəri
dilçilik görüşlərində isə psixologizm üstünlük təşkil edirdi.
Dostları ilə paylaş: