Linqvistik tipologiya 75 yən edilir. Onun fikricə, nitqdə kollektiv heç nə yoxdur, nitq fər-
di və anidir. Dil xəzinədir ki, nitq təcrübəsi ilə ictimai kollektivə
köçürülür. (Halbuki nitq dilin canlama formasıdır.) Sosioloji dil-
çiliyin digər nümayəndələri Antuan Meye, Kean Vandries, Şarl
Balli, Albert Seşe (fransız dilçiləri) olmuşlar.
Strukturalizm və onun funksional, qlossematika və des- kreptiv dilçilik məktəbləri Bu məktəblər, Ferdinand de Sösürün təlimidə göstərilən di-
lin sistem olması konsepsiyasının əsasında yaranmışdır. Struktu-
ralizm cərəyanı əsasında üç dilçilik məktəbi yaranmışdır:
1) Praqa funksional dilçilik məktəbi
2) Danimarka qlossematikası
3) Amerika deskreptiv dilçilik məktəbi
Praqa funksional dilçilik məkətəbi məktəbi Çexiyada yara-
dılmışdır. Məktəbin yaradıcısı ingilis dilçisi Vilem Mateziusdur.
1926-cı ildə təşkil etdiyi “Praqa dilçilik dərnəyi” məktəbin ba-
zası olmuşdur. Məktəbin nümayəndələri bunlardır: V.Skaliçka,
F.Travniçek, B.Havranek, rus dilçilərindən N.Trubetskoy (1890-
1938), S.Kariyevski (1884-1955) və R.Yakobson, V.Mateziusun
şagirdiləri İ.Vaxek, B.Trınka.
Onlar dil proseslərini struktur dilçilik metodları əsasında
təhlil edirdilər.
1929-cu ildə çap olunmuş “Praqa dilçilk məktəbinin” tezis-
ləri əsaında dilin sistem məslələsi, dilçilik coğrafiyası, slavyan
leksikoqrafiyasının metodu problemləri araşdırılırdı.
Danimarka qlossematikası məktəbinin əsas nümayəndələri
Biqo Brondal və Lui Yelmslevdir. Qlosse yunanca dil, sema işarə
deməkdir. Onlar dilçilikdə diaxronik aspekti qəbul etmirlər. Bütün
dillər üçün dilçilik nəzəriyyəsinin yradılmasında konkret dil mate-
rialını nəzərə almırlar. Əsas tədqiqat əsərləri bunlardır: V. Brondal