Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
78
mışdır. Dilçilik elmi isə hansı məkanda mövcudluğuna baxma-
yaraq yeni istiqamətlərə möhtacdır. Çünki dilçilik tipologiyası 
getdikcə öz üfüqlərini genişləndirməyə başlayır. Köhnə suallar 
yenidən təzələnir. Görəsən dillər necə yaranıb? Dillər arasında-
kı əlaqələrin səbəbi nədir? Dil qohumluğu təkcə areal iləmi, dil 
ailələri iləmi bağlıdır, yoxsa dil qohumluğunun qlobal köklərimi 
var? Bu sualların cavabı dil tipologiyası tədqiqatlarının şəbəkə-
sinin genişləndirilməsini tələb edir. 


Linqvistik tipologiya
79
Dillərin tədqiqat üsulları
Təsviri metod
Metodun adı düzgün verilməmişdir. Addan belə çıxır ki, bu 
metodun vəzifəsi hansısa dil hadisəsinin ancaq təsvirini vermək-
dən ibarətdir. Lakin bu metodu daha geniş mənada başa düşmək 
lazımdır. Çünki söhbət burada dil hadisələrini təhlil etməkdən 
və onu nəzəri cəhətdən şərh etməkədn getməlidir. Təsviri metod 
“dil mexanizminin” işlək elementlərinin təsviri və təhlii üçün 
dilin sosial funksionallığını öyrənir. Bu metod tələb edir ki, fo-
nemlərin, morfemlərin, sözlərin, qrammatik kateqoriyaların və 
s. xarakteri diqqətlə və dərinliklə öyrənilsin. Bu elementlərin 
hər biri həm zahiri (təsviri, formal), həm də semantik (struktur 
və məna cəhətədən) aydınlaşdırılmalıdır. Yəni təsviri metodun 
vəzifəsi sadəcə təsvir etməkdən ibarət olmayıb dil elementləri-
nin daxili quruluşunu, əlaqələrini və sistemliliyini öyrənməkdən 
ibarətdir. Məzh bu metodun əsasında indiyədək müxtəlif dillərin 
qrammatik quruluşunu əks etdirən əsərlər meydana gəlmişdir. 
Bu metod əsasında leksikoloji tədqiqatların bazasını təşkil edən 
izahlı lüğətlər hazırlanmışdır. Bu metod, həmçinin nitq mədə-
niyyəti məsələlərinin öyrənilməsində zəngin təcrübə yaratmıdır. 
Bu metodun əsasında “faktların təsviri” təhlil olunan materialın 
keyfiyyət drəcəsini təyin etmişdir. Yəni işin keyfiyyəti faktların 
dil strukturu və sistemi barədə aydın, müfəssəl təsəvvür yarada 
bilməsi ilə ölçülür. Təsviri metodun naliyyətləri çoxdur. Hər-
çənd ki, bəzi hallarda bu metod sadəcə təsvir kimi başa düşülür. 
Təsviri metodun vəzifəsi, hər şeydən əvvəl dilin daxili struk-
tur və sistemindəki əlaqələri, onların səbəblərni, bu struktur 
və sistemdə nitqin təsiri ilə baş verən dəyişmələrin, ziddiyyətli 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin