Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə66/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
87
İKİNCİ BÖLMƏ
GENETİK KÖKLƏR
Genetik köklər və onların fonomorfoloji tərkibi
Genetik köklərin yaranmasında sait səslər sanki bir quru-
culuq, təşkilatçılıq vəzifəsini yerinə yetirirlər. Yəni sözlər heca-
lardan təşkil olunursa hecaların təşkilinin bünövrəsi də saitlərin 
üzərində qurulur. Saitlərin ilkin sözyaratmadakı aparıcılığı on-
dan başlanır ki, bütün sait səslər insan və ətraf mühit münasi-
bətində zəruri olan emosiyaların hamısını ifadə edə bilmişdir. 
Məsələn, a…saiti uzadılaraq ağrı, acı, təəccüb, heyrət, ehtiyac, 
qorxu, etiraz kimi emosiyaları, o…saiti razılıq, qorxu, dəhşət, 
ı…saiti dartınmaq, acizlik, narazılıq, u…saiti uzaqlıq, əlçatmaz-
lıq, ehtiyac, esaiti etiraz, çağırış, ə…saiti razılıq, təəccüb, 
rişxənd, ö… saiti daxili ağrı, i…saiti incəlik, sızıltı, üzüntü, na-
razılıq, inciklik, ü…saiti üzüntü, inciklik və sair digər situasi-
yadan asılı olan emosiyaları bildirmişdir. Belə bir keyfiyyət isə 
samit səslərin hamısında baş vermişdir. Samit səslər içərisində 
daha çox novlu və sonor samitlər müəyyən emosiyaların bildi-
rilməsində iştirak etmişlər. Məsələn, h… səsi güc vermək, x… 
samiti kəsmək, qırmaq, ğ…samiti boğulmaq, y… samiti kömək, 
ş… şırıltı, şaqqıltı, s… sakitlik, z… sızıltı, üzüntü, j… qorxu, 
həyəcan, f… fısıltı, v… vıyıltı, qorxu, həyəcan, l… musiqililik, 
sakitlik, n… musiqililik, ritmiklik, yoxluq, heçlik, r…davamlı-
lıq, məsafə, dayanmaq, m… sonluq, bitmək, sakitlik, donuqluq, 
ritmiklik kimi emosiyaları bildirir. Saitlərlə samitlərin fərqi on-
dan ibarətdir ki, saitlər təklikdə həm də kökyaratma funksiyası 
daşımışdır. Kipləşən səslərdə isə emosiyalar məhdud olmuşdur. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin