Mübariz Yusifov
90
Sait səslərin kök sonunda tərkibyaratma imkanları zəiflədi-
yi üçün onlar samit-sait tərkibli sözlərdə olduqca az işlənirlər.
Müasir dilimizdə belə sözlərin sayı cəmi altıdır: su, bu, de, ye,
yu, nə.
Qədim mənbələrdə də belə tərkibli sözlər var, ancaq çox de-
yildir. Bunlara aid aşağıdakıları nümunə göstərmək olar.
Ba – bağlamaq: “Atıq iqa bayır ertimiz” (Atları ağaca bağ-
ladıq) (DTS, 76).
Bı – madyan: “Aq bısı qulunlamış” (Ağ madyan qulun do-
ğub) (DTS, 97).
Bı – biyə, böyə (DTS, 97)
Bı – bıçaq (DTS, 97)
Bu – bu (DTS, 119)
Bu –buxar (DTS, 119)
Çi – şeh (DTS, 145)
Ya – yay (ox yayı): “Bodum erdi oq təq, könül erdi ya” (Mə-
nin bədənim ox kimidir, ürəyim (sanki) yay kimi) (DTS, 221)
Ya – oxatan bürcü (ulduz topası) (DTS, 221)
Ye –yemək: “Er aş yedi” (kişi yemək yedi) (DTS, 252)
Yı – tikiş, bənd, ilişik: “Çuku yı” (Möhkəm, sıx tikiş) (DTS,
261)
Yu – yumaq “Qanıq qan billə yumas” (Qanı qanla yumazlar)
(DTS, 277)
Yü –şirə: “Ağızın açmadın yüsin sinürgül” (Ağzını açmadan
şirəni (içəriyə) daxil et-içirt) (DTS, 283)
Kü – xəbər, məlumat “Taşla yorqir teyin kü eşidil balıqdaqı
tağıqmış” (O xəbəri eşitdikdəki, o bayırda gəzir, şəhərin əhalisi
dağa qalxdı) (DTS, 322)
Kü – şan, şöhrət (DTS, 322)
Kü – qorumaq, saxlamaq (DTS, 322)
Ne-nə “Ne başınalım teqəlim” (Nə üçün məğlub qalmalı-
yıq?) (DTS, 356)
Linqvistik tipologiya
91
Qa (qadaş)- qohumlar “Kesilsə senindin yaqın qa qadaş –
yaqınlıq ula sen anar ay adaş” (Yaxın qohumlar səndən ayrılsa
sən hər halda onlarla yaxın əlaqə qurub yoldaşlıq et) (DTS, 399)
Qa –qab (DTS, 399)
Qa- üst-üstə yığmaq, qalaq etmək: “Ol eşirkə otun qadı” (O
odunu yandırmaq üçün üst-üstə qaladı) (DTS, 399)
Sa-saymaq (DTS, 478)
Sı-sındırmaq (DTS, 502)
Su –dartmaq: «Ol mana yün sudı» (O mənə yunu uzatdı (ip
qayırmaqdan ötrü eşmək üçün) (DTS, 512)
Sü –qoşun: “Ol süq anta yoqqışdımız” (O qoşunu biz orada
qırdıq) (DTC, 516).
Te-de (DTS, 545)
Tı – daimi: “Küsəyürlər erti birqərü küntəmək tı sizin körkü
üçün” (Onların hamısı bir yerdə hər gün arzulayırlar ki, həmişə
səni görsünlər) (DTS, 565)
Tu-bağlamaq: “Köqmən yolı bir ermiş tumuş” (Köqmənə
gedən yol birdir və o (yol) qarla bağlanmışdır) (DTS, 584)
Tü-tük (DTS, 594)
Tü- rəng (DTS, 594)
Tü-bütün: “Anıq boldu dünya tü nimət billə” (Dünya bütün
neməti ilə onun oldu) (DTS, 594).
Samit-sait tərkibli köklərdə saitin kökyaradıcı və təşkiledi-
ci funksiyası azaldığı üçün söz sonuna əlavə olaraq bir müvafiq
samit qoşulmaq imkanı yaranmışdır. Sona qoşulan samit həm
kökün kompaktlığını təmin edir, həm affiksal funksiya daşıyır,
həm də bu kökün bazasında yeni sözlərin formalaşmasına təminat
verir. Bundan əlavə, samit-sait tərkibli köklərə şəkilçilərin qoşul-
ması da belə köklərə son samitin bitişməsi ehtimalını artırır.
Beləliklə, köklər təkmilləşir və onların sözyaratma mühiti
genişlənməyə başlayır. Belə ki, məsələn, ba-kökünə ğ yanaş-
|