Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə70/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
92
ması ilə bağ sözü əmələ gəldiyi kimi sonrakı prosesdə həmin 
sözün bazasında bağlı, bağlabağlanıc, bağlanış, bağlayıcı və 
s. digər sözlər düzəlmişdir. Eyni qayda üzrə ya- kökündən yay, 
yaylı, qa-kökündən qab, qap, qabıq, qapaq, qabıqlı, qapaqlı
-kökündən süvari, süngü, sürüşmək, sürü, -kökündən sığ-
maq, sınmaq, sıxmaq və onların əsasında digər müvafiq sözlər 
törəmişdir. 
Qaldı, müasir Azərbaycan dilindəki sonu saitlə bitən su, bu, 
yu, nə, de, ye köklərinə, onlar müstəqil bir söz kimi formalaşma-
sına baxmayaraq müvafiq şəkilçi qoşulduğu təqdirdə kök sonun-
dakı saitin təşkiledici funksiyası canlanır və o özündən sonra bir 
samitin işlənməsini tələb edir: su- su-y-un, bu- bu-n-a, bu-n-da, 
yü- yü-y-ür, nə- nə-y-in, de- de-y-ir, ye- ye-y-ir.
Tək saitdən ibarət olan kök kimi formalaşmış o (şəxs və 
işarə) əvəzliyinə də müvafiq şəkilçi qoşulduqda şəkilçidən əv-
vəldə samit işlənməsi tələb olunur: o- o-n-un, o- n-da, o-n-lar.
Burada əvvələ samit qoşulmağa elə bir ciddi ehtiyac olmur. 
Çünki sait səs əvvəldə öz aparıdıcılığını təmin edir.
BA
1*
quruluşlu köklər başqa dillərdə də müstəqil vahid kimi 
az işlənir. Analitik-flektiv dillərdə BA quruluşlu vahidlər, əksər 
hallarda öz müstəqilliyini itirərək sözönü kimi işlənirlər.
Rus dilində BA quruluşlu aşağıdakı kimi müstəqil vahidlər 
işlənir: я (йа)- mən, во- harada, да-bəli, но-lakin, ко-yanıma, 
та-o, ты-sən вя с.
Sözönü kimi formalaşan vahidlərə dair isə aşağıdakıları nü-
munə göstərmək olar: до-дякгядярдо города (şəhərə-dək); 
заarxadaarxasıncaзамной (arxamca) за- söz-düzəldici va-
hid kimi: заблудший (azmış), забойщик (qazmaçı), заболеть 
(xəstələnmək); на-üstündə: на столе-(stolun üstündə); на-söz-
düzəldici vahid kimi: набежать (toqquşmaq), набитый (dol-
1
*
 B samitin, A saitin şərti işarəsidir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin