Linqvistik tipologiya 95 ardıcıllığına, sonuncu səs isə affiksallığa xidmət edir. Məsələn,
daş, yaş, baş; yaz, qaz, saz; yar, qar, dar kimi sözlərdə birin-
ci samitlər mənanı fərqləndirir. Kəs, küs; bağ-boğ, köp-kip-küp kimi sözlərdə sait səs birinci samitlə sonuncu samiti bağlayır və
sözdaxili məna ardıcıllığı yaradır. Bal, bağ, baş, biş, bil, bir kimi
sözlərdə isə son samit affiksallığa xidmət edir.
Azərbaycan dilinin genetik kökləri burada göstərildiyi kimi
daim A, AB, BA, BAB, ABB, BABB şəklində sabit qalmışdır.
Dilin köksözlülükdən uzaqlaşması prosesində daxili strukturda
bir tərəfdən analitizmə-flektivizmə, digər tərəfdən isə aqlütina-
siyaya meyl başlanmışdır. Aqlütinasiyaya meyl güclü olduğun-
dan sonrakı mərhələlərdə son şəkilçilərin silsilə forması inkişaf
etməyə başlamışdır. Ancaq sonrakı dəyişmə və inkişaf proselə-
rində analitiklik-flektivlik əlamətləri də baş vermişdir ki, dilin
yaddaşında belə elementlər indiyədək gizli yaşaya-yaşaya sax-
lanılmışdır. Müxtəlifsistemli dillərlə müştərək əlaqələrin müəy-
yənləşdirilməsində bu gizli elementlərin aşkar edilməsinin çox
böyük əhəmiyyəti vardır. Ona görə də belə elementlərdən bə-
zilərini təhlil etməyə ehtiyac vardır.
Azərbaycan dilini analitik-flektiv dillərdən fərqləndirən bir
cəhət vardır ki, o da söz başında iki samitin yanaşı işlənməmə-
sindən ibarətdir. Yanaşı samitlər isə heca yaratmır və deməli,
samitlərin yanaşı işlədilməsi ilə söz yaranması da mümkün de-
yildir. Sözyaratmada saitin aparıcı rolunu nəzərə almaqla belə
düşünmək olar ki, harada samit yanaşması varsa bu yanaşmada
saitin kökdən kənara çıxması sonradan baş verən prosesin nə-
ticəsidir. Məsələn, rus dilindəki stol, stul kimi sözlərdə st bir-
ləşməsi işlənir. Bu sözlərin motivi oturmaqla bağlıdır. Oturmaq
isə rus dilində sidetğ sözü ilə ifadə edilir. Belə görünür ki, st birləşməsinin mənşəyi sid-sit kökləri ilə bağlı olmuşdur. Rus
dilindəki гласить (demək, xəbər vermək) və огласить (yay-