Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə75/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
97
birhecalı köklərin formalaşması dövrünü əhatə edir. Belə sözlə-
rin araşdırılması ona görə lazımdır ki, bütün dillər eyni mərhələ-
nin süzgəcindən keçib gəlmişdir. Müqayisəli təhlildə isə doğru 
nəticə almaq üçün müxtəlif dillərə məxsus oxşar quruluşlu kök 
morfemlər qarşılaşdırılır.
Omonim mənalı kök sözlərin özlərinin formalaşmasında iki 
mərhələ baş vermişdir. Bunlardan birincisinin izləri tonallıqla
11
formalaşan sinkretik köklərdə müşahidə edilir. Tonal sinkritik 
köklər daha çox bir-biri ilə məna əlaqəsi olmayan müxtəlif nitq 
hissələrinə aid sözləri əhatə edir. At (heyvan) at (atmaq), tut 
(meyvə), tut (tutmaq), daş (cism), daş (daşmaq), dan (üfüq), dan 
(danmaq), qan (maddə), qan (qanmaq), it (heyvan), it (itmək), 
qaz (quş), qaz (qazmaq), qır (maddə), qır (qırmaq), yaz (fəsil), 
yaz (yazmaq) və s.
İkinci mərhələnin izləri isə məcazlaşma yolu ilə əmələ gələn 
sinkretik köklərdə saxlanılır. Bunlara aid aşağıdakı nümunələri 
misal göstərmək olar:
Sağ (diri), sağ (sağ tərəf), kök (meyvə), kök (şişman), göy 
(səma), göy (rəng), yaş (nəm), yaş (ömür), iy (alət), iy (qoxu),
Ay (göy cismi), ay (vaxt), yal (yalman), yal (yem) və s.
İkinci mərhələyə aid olan omonimlərin bir çoxunda ho-
mogenlik (eyniköklülük) əlaməti qalmaqdadır: il (zaman), il 
(qaçmaq-ilim-ilimilmə sözlərindəki kimi), qaş (gözə aid 
əlamət), qaş (üfüq), dad (dadmaq), dad (təmas),  (içəri ötür-
mək), (içəri), (daxili orqanlar), düz (doğru), düz (düzən-
gah), yal (atın yalı), yal (dağın yalı), dal (arxa), dal (dalmaq), an 
(zaman), an (xatırla).
Omonimləşmə dilin ilkin sözyaratma mərhələsini əks etdir-
diyi üçün burada söz zənginliyindən bəhs etmək mümkün deyil-
1
А.М.Щербак. Сравнительная фонетика тюркских языков. Л., 1970, с. 
129-136; M. Yusifov. Azərbaycan dili fonetikasının əsasları. Bakı, “Elm və 
təhsil”, 2012, s. 224-226. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin