Linqvistik tipologiya 101 Anmaq. An- kökü bilmək, başa düşmək, anlamaq, xatırla-
maq mənasında işlədilir. Dildə analitizm - flektivizm mərhələ-
sinin keçid dövrünə məxsus əlamətlərdən biri yeni sözyaratma
prosesində saitlə başlayan kökün üzərinə samit əlavəsindən
ibarət olmuşdur. An kökünün üzərinə də müəyyən samitlər əlavə
olunmaqla mənbə tərkibdəki anlayışlarda məna ardıcıllığını sax-
layan, eyni zamanda əks məna bildirən vahidlər formalaşmışdır.
Məsələn, an kökünə q əlavə etməklə qan(maq) (bilmək) s əlavə
etməklə sanmaq (düşünmək) kimi məna ardıcıllığını saxlayan
vahidlər düzəldiyi kimi d əlavə edilməsi ilə danmaq (inkar et-
mək) kimi əksmənalı (enantiosemik) vahidlər yaranmışdır.
Öy kökü. Öy kökündən öyüd (nəsihət), öymək (tərifləmək),
öyünmək (özü-özünü tərif etmək, qürrələnmək) sözləri düzəlir.
Bu kökün üzərinə s əlavə etdikdə söy(mək) kökü alınır. Belə-
liklə, eyni kök bazasında öy (təriflə) və söy (pislə) kimi daxili
ziddəyyətli sözlər düzəldir.
Ar kökü. Ar kökünə müvafiq şəkilçilər qoşulmaqla arı (tə-
miz) arıtlamaq (təmizləmək), arıq (kökündən xalı, təmiz) kimi
sözlər düzəlir. Bu kökün üzərinə q əlavə etdikdə isə qar kökü
alınır ki, həmin kökdən əmələ gələn qarışıq sözündə təmiz mə-
nası ilə zidd olan başqa bir məna ifadə olunur.
İz kökü. İz kökündən izləmək sözü düzəlir ki, bunun da moti-
vi tapmaq, aşkar etmək mənasına uyğundur. Həmin kökə g əlavə
olunduqda giz kökündən düzələn gizli, gizlən sözlərində isə izlə sözü ilə zidd məna bildirilir.
Ad kökü. Adkökündən adlanmaq sözü düzəlir. Bunun da
motivi tanınmaq, bilinmək anlayışlarından ibarətdir. Bu kökə y əlavə olunduqda yad sözü alınır ki, onun da mənası tanınmayan, bilinməyən anlayışından ibarətdir.
Ox kökü. Ox kökünə ç samiti əlavə edildikdə çox, y əlavə
edildikdə onun əksi olan yox kökü alınır. Onlardan əmələ gələn
çoxluq-yoxluq, çoxalmaq-yoxalmaq kimi sözlərdə də əks məna-
lılıq bildirilir.