Mübariz Yusifov
98
dir. Başqa sözlə, omonimləşmə söz ehtiyatının məhdud olduğu
və sözyaratma prosesinin zəif olduğu mərhələnin məhsuludur.
Sinonimləşmə. Sinonimləşmə mərhələsində, artıq sözyarat-
ma imkanlarının genişlənmə prosesi başlanır. Yəni bir kökün
içərisinə ayrı-ayrı anlayışların daxil edilməsi yeni anlayışlar
üçün yeni söz qabığının yaranmasını məhdudlaşdırır. Ona görə
də yeni mərhələdə omonimləşmə öz qüvvəsini itirir. Beləliklə,
hətta, oxşar və yaxın anlayışların ifadəsi üçün ayrı-ayrı söz qa-
bığının yaranmasına ehtiyac baş verir. Bu proses dilin söz eh-
tiyatının zənginləşməsinin başlanğıcı kimi özünü göstərir. Bu
mərhələnin izlərini özündə saxlayan faktlara dair aşağıdakı kimi
nümunələri misal göstərmək olar:
Kəsmək anlayışı ilə bağlı olanlar:
kəs- kəsilmək, kəsdirmək, kəskin
böl - bölünmək, bölük, bölüşdür
qır – qırılmaq, qırmaq, qırdırmaq
kər –kərtmək, kərənti, kərki
qıy – qıymaq, qıymalamaq
qay –qayçı, qayçılamaq
dil – dilim, dilik, dilimləmək
or – oraq, (y) ortmaq
biç –biçin, biçmək, biçilmək
bıç –bıçaq, bıçaqlamaq
ül- ülgüc, ülgü, ülüşmək
al – almaz, aldırmaq, alışma
Yazmaq anlayışı ilə bağlı olanlar:
yaz – yazı, yazılmaq, yazıçı
çız – çızıq, çızmaq
ciz – cizgi.
Görmək anlayışı ilə bağlı olanlar:
bax –baxmaq, baxılmaq
gör – görmək, görüşmək
Linqvistik tipologiya
99
zil – zilləmək, dillənmək
Yerimək anlayışı ilə bağlı olanlar:
yer – yeri, yeriş, yerit
yüy-yüyür, yüyürt
dab-daban, dabrı, dabrımaq
Səs anlayışı ilə bağlı olanlar:
səs- səslən, səsli, səssiz
qıy- qıylamaq
qış – qışqırmaq, qışqırtı
çığ – çığırmaq, çığırtı
qu- quloyşa, qulaq
Danışmaq anlayışı ilə bağlı olanlar:
dan – danış, danışıq
din – dinlə, dinləmək
ay – ayıq, ayıtmaq
hay – haylamaq, hayqırmaq
dil –dillənmək
söy – söyləmək, söyləşmək, söymək
söz –sözləşmək, sözlü, sözlük.
Bu cür nümunələrin sayını artırmaq da olar. Məsələ bunda-
dır ki, sinonimlərin kəmiyyəti artdıqca onların sözyaratma po-
tensialı da çoxalır. Dil isə sinonimlərin sayəsində daim zəngin-
ləşməkdə davam edir.
Antonimləşmə. Antonimlər yaranma etibarı ilə təbiətdəki,
cəmiyyətdəki və insanı əhatə edən mühitdəki (o cümlədən insa-
nın daxili aləmindəki) əksikliklərin idrak vasitəsi ilə qavranılıb
təfəkkür süzgəcindən keçərək sözə çevrilməsi prosesinin məh-
suludur. Antonim sözlər də sinonimlərdə olduğu kimi dilin söz
ehtiyatının zənginləşməsinə yardım edir. Beləliklə, obyektiv, su-
byektiv, sosial, ictimai həyatı əksliklərsiz, dili isə antonimlərsiz
təsəvvür etmək mümkün deyil. Antonim kök sözlərin genetik iz-
lərini müasir dilimizdə işlədilən gec-tez, az-çox, gəl-get, öl-qal,
|