Mübariz Yusifov
94
alt, üst, art, ard, and, ölç, sərt, sürt, dart, dürt, qart, bərk, qorx,
hürk kimi nümunələri misal göstərmək olar. Söz sonuna bu sa-
mitlərin qoşulması sonuncu səsin tələbi deyil, şəkilçiləşmə yolu
ilə yeni sözlərin əmələ gəlməsi prosesinin izləridir. Tədqiqatlar-
da bu tipli yanaşmalar fuziya termini ilə adlandırılır.
11
İlkin köklərin təşkilində, göründüyü kimi, sait səslər təşki-
ledicilik vəzifəsini yerinə yetirməklə yanaşı müstəqil köklərin
formalaşmasında aparıcılıq funksiyası daşımışdır. Samit səslərin
isə hamısı müstəqil sözyaratmada fəal iştirak edə bilməmişlər.
A.M.Şerbak kök türkcədə 15 samit səsin fəal olduğunu göstə-
rir.
22
Ancaq Azərbaycan dilinin samit fonemlərinin təhlilindən
belə nəticəyə gəlmək olur ki, köklərin əvvəlində fəal sözyaratma
üçün 10 samit səs (q, k, g, y, t, d, ç, s, p, b) intensiv olmuşdur. 10
samit səs (h, x, c, ş, z, l, n, f, v, m) təqlidi sözlərin yaranmasında
işlənir, üç səs (ğ, r, j) isə söz əvvəlində işlək deyildir. Başqa dil-
lərlə (məsələn, analitik-flektiv) müqayisədə bu göstərici azdır.
Ancaq bunun üzərinə söz əvvəlində fəal olan 8 sait səs əlavə
olunduqda bu nisbət bizim dilimizin xeyrinə xeyli dəyişmiş olur.
Çünki Azərbaycan dilində söz əvvəli üçün səciyyəvi olan ə, ö,
ü saitləri intensiv işləndiyi halda analitik-flektiv dillərin bir qis-
mində belə saitlər formalaşmamışdır. Samit-sait-samit tərkibli
sözlərdə isə birinci samit mənanın fərqləndirilməsinə, sait səs
birinci və sonuncu samitlə əlaqə yaradılmasına, həm də məna
1
А.А.Реформатский. Агглютинация и фузия как две тенденции грамма-
ти ческое строение слова. “Морфологическая типология и проблема
классификации языков”. М-Л., 1965, с. 69-91; Ф.Г.Исхаков. Некоторые
предложение о происхождении конечных т и д в словах АСТ, УСТ, АЛД,
АРТ и .т-д. В сб. “Академику В.А.Гордлевскому и его семидесятилетию”.
М., 1953, с. 114-136. Aytən Hacıyeva. Aqlütinativ dillərdə daxili fleksiya və
fuziya. Bakı, “Nurlan”, 2007, 327 səh.
2
А.А.Щербак. Сравнительная фонетика тюркских языков. Л., 1970, с.
105-106.
|