Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə68/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
89
morf (kök) amorf (köksüz). Fars dilində a nida kimi işlənir: 
“Əziza, Həsən!” (Ey əziz Həsən!) “Şəha!” (Ey şahım!) və s.
Müxtəlif dillərdə bu cür nümunələr mövcuddur və onlar 
müvafiq mənalarda işlənərək ya emosional anlayış yaradır və 
ya qoşma kimi, ədat kimi, həmçinin başqa sözönü vahid kimi 
işlənə bilirlər. 
Azərbaycan dilində tək bir saitinin kökyaratma ənənəsi o 
saitində qalmışdır. O saiti Azərbaycan dilində həm üçüncü şəx-
sin təkini bildirən, həm də uzaqdakı əşyanı bildirən əvəzlik kimi 
işlədilir.
Tək saitdən ibarət olan köklərə mümkündür ki, sonradan 
müvafiq samitlər əlavə olunmaqla köklərin həm daxili strukturu 
təkmilləşmiş, həm də onların təməlindən yeni sözlər törəmişdir. 
Məsələn, ı saiti ğ ilə birləşərək ığ morfemi yaratmış və ondan 
ığac-ağac variantları əmələ gəlmişdir. Bəzi dillərdə isə hətta ı 
saitindən əvvələ bir samit qoşulması da baş vermişdir. Məsələn, 
karaim dilində ığac sözünün yıvac variantı vardır.
Ö kökü üzərinə y samiti qoşularaq öymək, öyüd, öyünmək 
kimi sözlərin törənməsinin təməlini yaratmışdır.
U saitinin sonuna y əlavə olunmaqla uyxu-uyku, əvvəlinə 
y əlavə olunmağla eyni mənadakı yuxu sözləri yaranmışdır. Uy 
kökündən, həmçinin uymaq (qoşulmaq, aludə olmaqözündən 
getməkuydurmaq (quraşdırmaqmənasız danışmaquyğunlaş-
maq kimi sözlər törəmişdir.
Sonrakı vaxtlarda sait-samit birləşməli vahidlərin potensialı 
getdikcə artmağa başlamışdır. Müasir dilimizdə də bu cür tərkib-
dəki sözər (al, əl, il, öl, otət, at, ud, əz, iz, öz, ar, aş, az və s.) 
intensiv işlədilməkdədir.
Sait səslərin əlaqəyaratma və tərkibyaratma imkanları güclü 
olduğundan onlar sözün əvvəlində daha üstün mövqeyə malik-
dirlər. Odur ki, sait-samit birləşməli köklərin potensialı da ol-
duqca intensivdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin