Linqvistik tipologiya 85 ciddi bir linqvistik sistem təşkil etməsi isə strukturun vəhdətini
ifadə edir. Bu üsul təsviri metodun yeni bir istiqamətdəki davamı
kimi də başa düşülə bilər. Onu demək lazımdır ki, təsviri metod
hər şeydən əvvəl hissələrin və elementlərin “yığımı kimi” anlaşı-
lır. Ancaq onun struktur tərkibi bu elementlərin əlaqə formasın-
dan ibarətdir. Bu iki metod bir-birini tamamlayır və fəaliyyətdə
olan dilin bütöv və dəqiq mənzərəsini canlandırır. Struktur me-
tod dillərin genetik quqruluşunun öyrənilməsi və dil elmlərinin
dəqiq elmlərə tətbiq edilməsi üçün ən əlverişli bir vasitədir. Belə
ki, məsələn, Azərbaycan dilində şəkilçilərin ardıcıllıqla söz so-
nuna qoşulmasında, əvvəl sözdüzəldici, sonra sözdəyişdirici şə-
kilçilərin yerləşməsində, adlardan ad, adlardan fel, fellərdən fel,
fellərdən ad düzəldilməsi ardıcıllığında pozulmaz qaydalar var-
dır. Kitablarımızdandır, qabaqcıllarımızdır, saxladıqlarımızdır,
dayandırdıqlarımızdandır və s. Bu qaydalara əsasən dilin struktur
və sisteminə riyazi qaydaları tətbiq etmək imkanları yaranır.
Müasir informasiya mərhələsində dilə struktur metodun tət-
biqi ilə elektron tərcümənin yaradılmasında və elektron infor-
masiya şəbəkəsinin formalaşdırılmasında müəyyən praktik nəti-
cələr əldə etmək mümkündür.
Üslubi metod Üslubi metod dil üslublarına, nitq üslubuna, eyni zamanda,
poetik bədii üslubun öyrənilməsinə tətbiq edilir. Azərbaycan di-
lində indiyədək daha çox bədii üslubun öyrənilməsinə, bu üslu-
ba aid standartların meydana çıxarılmasına diqqət yetirilmişdir.
Elmi üslub barədə də müəyyən tədqiqatlar vardır. Ancaq folklor
üslubunun, məişət üslübunun, publisistik üslubun, rəsmi üslu-
bun öyrənilməsi bir qədər kölgədədir. Onalrın standartlarının
müəyyən edilməsi dilçiiyin vacib məsələlərindəndir. Məsələn,
müstəqillik dövründən əvvəl Azərbaycan dilinin rəsmi üslubu