Mübariz Yusifov 86 rus dilindən edilən tərcümələrin bazasında formalaşdırılırdı. Ha-
zırda isə Azərbaycan dilində hərbi üslubun, idman üslubunun,
siyasət üslubunun, diplomatiya üslubunun öz standartları forma-
laşmışdır. Üslubu metodun tətbiq edilməsi dildə konkret, dəqiq,
aydın, birmənalı standartların meydana çıxardılmasına xidmət
etdiyi kimi, emonsionallıq və məna rəngarəngliyi yaradan ifadə
vasitələrinin də öyrənilməsində mühüm əhəmiyyətə malikdir.
Üslubi metod həm də dillər arasındakı emonsionallıq vasitələri-
nin araşdırılmasında tətbiq edilir.
Kəmiyyət metodu Bu metod riyazi metod da adlandırıla bilər. Bu metodun dilə
tətbiqi yenidir. Riyazi metod hər bir dilə (və ya dil ailəsinə) xüsu-
si qaydalar üzrə tətbiq edilə bilər. Məsələn, Azərbaycan dilində
analitik və flektiv elementlər mövcud olsa da bunlar artıq forma-
laşmış və monolitləşmiş vəziyyətdədir (qıpqırmızı, sapsarı, açıq
göy, tünd yaşıl, deyib durmaq, nə gərək, nə pis, nə yaxşı və s.).
Azərbaycan dilində analitik dillərin təsiri ilə də analitik formalar
işlənir: qeyri-rəsmi, qeyri-qanuni, əks həmlə, sinifdənxaric, mək- təbdənkənar, planetlərarası, antivirus, antihissəcik, əkszərbə və s. Dillər üzrə riyazi metodun tətbiqi həmişə biristiqamətli nəticə
çıxarılmasına imkan vermir. Çünki nitq dildə daimi struktur də-
yişməsi aparmağa meyillidir. Ona görə də bir çox mütəxəssislər
riyazi metodların dilə tətbiq edilməsinə şübhə ilə yanaşır. Ancaq
riyazi metodun tətbiqi dillərdə struktur sabitliyinin saxlanılması
baxımından xüsusi əhəmiyyətə malikdir. Struktur metod hazır-
da o dillərə daha çox tətbiq edilə bilir ki, onların quruluşunda
ənənəvi sabitlik qorunmuş olsun. Yəni yazılı nitqin normaları
stabil qalsın. Məsələn, ingilis dili, ərəb dili, rus dili, fars dili belə
dillərdəndir. Bu dillərdə tarixi normalar ənənəviliklə qorundu-
ğundan onlara riyazi üsulu tətbiq etmək asandır.