Sual 27: Bir zərrə şirk və riyakarlıq qatqısı olan əməl nə üçün qəbul olunmur?
Cavab: Allah buyurur ki, ən üstün şərik mənəm, həm mənə, həm də başqasına görə görülən əməldə öz payımı mənə şərik edilənə verirəm, əməlinizin savabını ondan alın.1
Bəli, istənilən bir kəsi və istənilən bir şeyi Allahla yanaşı tutmaq Allahın məqamını alçaltmaqdır. Əgər sizə desələr ki, həm sizi, həm də üstündə durduğunuz daşı sevirik, bu sözlər sizi alçaltmazmı?! Əgər sizi qonaq çağırıb, süfrə arxasında öz itləri ilə yan-yana oturtsalar, sizə də pişiklərinə də eyni yeməkdən versələr, alçalmazsınızmı?
Bundan əlavə, Allah göstərişlərinin məqsədi insanın təkamülüdürsə, şirk və riyakarlıq insanı süquta uğradır. Öz taleyində Allahdan başqasını tə`sirli bilməklə insan bütün xeyir əməllərini puça çıxarır, kiçik bir siçan böyük toy qazanına düşməklə onu zaya çıxardığı kimi.
Bir dəfə sərnişinləri təyyarəyə mindikdən sonra hamını yenidən yerə düşürdülər. Bildirdilər ki, xidmətçi təyyarədə siçan görüb və bu siçan tapılana qədər uçuş baş tutmayacaq. Demək, kiçik bir siçan nazik bir naqili gəmirməklə təyyarəni süquta uğrada bilir. Bu siçanı şirkə bənzətsək onun qıra biləcəyi sim Allahla bəndə arasındakı rabitəyə uyğun gələr.
Dostları ilə paylaş: |