Müəllim: Faiq Əliyev
Tələbə: Aydın Abdurahmanov
Fakültə: Kimya Texnologiya
İxtisas: Qida mühəndisliyi
Qrup: 349.20
Fənn: Fəlsəfə
Mövzu: Fəlsəfənin dünyagörüşü sistemində yeri
FƏLSƏFƏ NƏDİR?
Fəlsəfənin üzərində uzlaşılmış bir tərifi yoxdur. Bu zamana qədər fəlsəfə terminologiyasının və istinad alınacaq
təriflərin meydana gəlməməsi, fəlsəfənin uzlaşmaz xüsusiyyətindən asılıdır
Fəlsəfə sözlüyünün Yunan əsli philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə,
“müdriklik” ya da ümumiyyətlə “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər.
Söz mənasından yola çıxaraq həyati ehtiyaclarını aşmış və düşünməyə vaxt tapmış
insanların fəaliyyəti olduğunu söyləyə bilərik. Antik Yunanlılar fiziki ehtiyaclarını aşmış,
gözəl iqlimin və unikal coğrafi mövqenin təsiriylə Aralıq dənizinin digər qisimlərini də
hökm altına almışdı. Digər xalqlardan axan sərvəti yaxşı istifadə edən Yunanlılar boş
zamanlarında öyrənib xəyal qurdular. Fəlsəfə , müdrik kəslərin hadisələrin əslinə aid
sualları təyin etmələri ilə başladı. Filosof sözü ilk olaraq Pifaqorda görülmüşdür. Ancaq
filosofun yolundan daha əvvəlki müdriklər getmişdir. Asiyadakı müdriklər də həyat
sorğulamış, ancaq Yunanıstandakı kimi sistematik olmamışdır.
Söz mənası hər nə qədər müdriklik sevgisi mənasını
gəlsə və Yunan qaynaqlı görünsə də fəlsəfə, məna
genişlənməsinə uğramışdır. Kimi zaman dinlə,bəzən
fərdi motivasyonla bir tutulmuşdur . Filosoflar
tərəfindən təriflənmiş, qınanmış, yox olduğu iddia
edilmişdir . Çox vaxt fərqli obraza ətf edilmiş, ya da
qarışdırılmışdır. Dilin maneəli quruluşu üzündən
hələ fəlsəfə sözü içərisində məhbus vəziyyətdəyik.
Aktual lüğətdə:
1. Varlıq, kainat, insan və məlumatla əlaqədar
düşüncələrin bütünü.
2. Bir elmin ya da məlumat sahəsinin əsasını təşkil
edən prinsiplər bütünü
3. Kainatı, dünyanı, həyatı şərh forması, dünya
görüşü, ideologiya kimi cəmiyyətdə bilinən mənaları
verir.
Fəlsəfədə insanı məmnun edə biləcək bir xüsusiyyət,
bir özəllik var. Bizim həyatımızda görün nə qədər
mənasızlıq, sahibini məhv edən qətiyyətsizlik,
tərəddüd və boşluq vardır. Biz ətrafımızdakı və
içərimizdəki xaosla mübarizə aparırıq. Buna
baxmayaraq bir mətləbi başa düşmək, hər zaman
inanmaq istəyirik ki, bizdə həyati və mənalı olan nəsə
vardır.
Biz öz ruhumuzun şifrəsini açmaq
istəyirik. Düşünürük ki,bizim üçün
həyatın mənası olduğumuz və
qarşılaşdığımız hər şeyi işığa və alova
çevirməkdir. Biz cari olanın həqiqi
dəyərinə və perspektivinə sahib
olmaq və beləliklə, gündəlik güzaran
burulğanının fövqündə durmaq
istəyirik. Biz böyük olanın böyük, kiçik
olanın isə kiçik olduğunu o vaxta
qədər bilmək istəyirik ki, bu bilgi
gecikmiş olmasın. Biz qaçılmaz, labüd
olan hər bir şeyin qarşısına gülə-gülə
çıxmaq, ölümün özünü belə
təbəssümlə qarşılamaq istəyirik. Biz
tam, bütöv olmaq, öz arzularımızı
təfəkkür süzgəcindən keçirib də
harmonik bir vəziyyətə gətirərək, daxili
enerjimizi bir nizamla qurmaq istəyirik.
Dostları ilə paylaş: |