Mineral gübrələri dünyanın müxtəlif ölkə və regionlarında istehsal edirlər. Fosfat gübrələri zavodları başlıca olaraq, bu gübrələrin istehlak edildiyi yerlərdə – kənd təsərrüfatının inkişaf etdiyi rayonlarda yerləşdirilir. Yeni superfosfat zavodlarını isə əsas etibarı ilə xammal mənbələri yaxınlığında tikirlər, çünki tərkibində daha çox fosfor olan gübrələr istehsal etmək daha sərfəlidir. İldə dünyada - 500 mln t-dan çox mineral gübrə istehsal olunur, onun da - 40%-ni Xarici Asiya, -25%-ni Şimali Amerika, 15%-ni MDB, 12%-ni Qərbi Avropa regionu verməkdədir. Ölkələrdən Çin (250 mln t), ABŞ, Kanada, Hindistan (144 mln t), RF (18 mln t), AFR, Belorusiya, İndoneziya, Fransa və Ukrayna birinci onluğa daxildirlər.
Dostları ilə paylaş: |