Müəllim: Lətafət Məhərrəmova Tələbə: Aydın Abdurahmanov Qrup: 349. 20 Fakültə: Kimya texnalogiya



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix08.12.2022
ölçüsü1,14 Mb.
#73054
  1   2   3   4   5   6
akimya



Müəllim: Lətafət Məhərrəmova
Tələbə: Aydın Abdurahmanov
Qrup: 349.20
Fakültə: Kimya texnalogiya
Fənn: Analitik Kimya
Mövzu: Kükürd ionu, səciyyəvi reaksiyaları və vəsfi təyini
ADNSU


Plan
01
Ümumi məlumat
02
Xassələri
03
Tapılması
04
Tətbiqi


Kükürd haqqında ümumi məlumat
Kükürd (S) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 16-cı elementdir. Kükürd
zülalların tərkibində olur. Proteinoidlərin tərkibində kükürdün miqdarı, başqa zülallara
nisbətən daha çoхdur. Taхıl, paхlalılar, süd məhsulları, balıq və yumurtada kükürd
vardır. Metionin və sistein aminturşularının tərkibində olduğu üçün onların tərkibindəki
çevrilmələrdə iştirak edir. B1 vitamininin, insulinin və digər birləşmələrin əmələ
gəlməsində iştirak edir. 60 Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları
şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 1 qramdır. Bitki 
orqanizmində kükürdün miqdarı orta hesabla 0,05 % kütlə miqdarında olur. Kükürd
zülalların aminturşuları olan sistein və metioninin tərkibinə daxildir. Bitki torpaqdan
kükürdü suda həll olan sulfatlar şəklində alır, çürümə bakteriyaları isə zülalların
kükürdünü hidrogen sulfidə çevirir (çürümə zamanı pis iyinin yaranma səbəbi də
budur).


Amma hidrogen sulfidin çox hissəsi sulfatların
sulfatreduksiyaedici bakteriyalarla reduksiyasından əmələ
gəlir. Bu hidrogen sulfid fototrof bakteriyalar tərəfindən
molekulyar oksigen olmayan şəraitdə kükürdə və sulfatlara
qədər oksidləşir, O2 iştirakı ilə serobakteriyalar onu sulfatlara
qədər oksidləşdirir.
Ə
ksər bakteriyalarda kükürd xırda zərrəciklər – qabarcıqlar
şəklində saxlanılır. Onun miqdarı hidrogen sulfidin
miqdarından asılı olur: hidrogen sulfid az olduqda sulfat
turşusuna qədər oksidləşir:
2H
2
S + O
2
→ 2H
2
O + 2S + Q
2S + 3O
2
+ 2H
2
O → 2H
2
SO
4
+ Q


İnsan orqanizmində kükürdün miqdarı insan bədəninin kütləsinin milyonda 400-700-ə 
bərabərdir. Kükürd zülalların və aminturşuların, fermentlərin və vitaminlərin təkibinə
daxildir. Kükürd xüsusən dəri, dırnaq və tük zülallarının sintezi üçün vacibdir. Kükürd
aktiv maddələrin – vitaminlər və hormonların (məsələn, insulinin) tərkib hissəsidir. O, 
oksidləşmə-reduksiya proseslərində, energetik metobolizmdə və detoksikasiya
reaksiyalarında iştirak edir, fermentləri aktivləşdirir. Kükürd çatışmazlığı olduqda
dəri iltihabi proseslərə meyilli olur, sümüklərin asan qırılması və saçların tökülməsi
müşahidə olunur.
Hidrogen sulfid həll olmuş su hövzələrində rəngsiz serobakteriyalar
bejiatoa və titoriks yaşayır. Onlara üzvi qida lazım deyil. Xemosintez üçün
onlar hidrogen sulfid istifadə edir. H
2
S, CO
2
və O
2
arasında reaksiya
nəticəsində karbohidratlar və elementar kükürd əmələ gəlir. Kükürdün çox
hissəsi bitki tərəfindən mənimsənilmir, amma bitkilərin fosforu
mənimsəmələrinə kömək edir. Kükürd çatışmazlığı fotosintezin
intensivliyini azaldır. Kükürdün artıq miqdarda olmasının indikatoru olan
bitki astraqaldır.
Heyvan orqanizmində kütləcə 0,25 % kükürd olur. Ən sadə plankton 
radiolyarilər stronsium sulfatdan ibarət mineral skeletə malikdirlər ki, o da 
həm müdafiəni, həm də suyun təbəqəsində “buğlanmanı” təmin edir.


H
2
S – hidrogen sulfid;
Na
2
S – natrium sulfid;
H
2
SO
4
– sulfat turşusu.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin