Qanadlı anemometr fırlanma səthinə bucaq altında bərkidilmiş alüminium, yaxud slyuda qanadlı yüngül çarxdan (şək 2) ibarətdir. Çarxın hərəkəti oxun qurtaracağına bərkidilmiş bir sıra dişli çarxlarla əqrəblərə ötürülür. Bu cihazda da əqrəblər hava axınının keçdiyi yolu onluq, yüzlük, minlik vahidlərlə göstərir. Oxun firlanmasını əqrəblərə ötürən və ayıran kiçik maniveldir.
İşi aparmaq üçün hava axını süni yolla - ventilyator vasitəsilə yaradılır. Anemometrləri hava axınının sürəti ölçülən yerdə yerləşdirməzdən əvvəl böyük əqrəbin sıfıra gətirilməsi məcburi deyil.
Şəkil 1. Fincanlı anemometr Şəkil 2. Qanadlı anemometr
Hava axınının hərəkət sürətini təyin etmək üçün aşağıdakı düsturdan istifadə edilir:
, böl/san;
, böl/san;
, böl/san;
, böl/san;
Burada: a, b, c,.....n – hər bir təcrübədəki ilkin və son göstərişlərin fərqi, t1, t 2, t3, .....t n – uyğun olaraq hər bir təcrübəyə sərf olunan vaxtdır.
İŞİN GEDİŞİ: Fincanlı anemometrlə hava axınının hərəkət sürəti aşağıdakı kimi təyin edilir.
İşə başlamazdan əvvəl hər üç əqrəbin siferblat üzərindəki göstərişləri qeyd edilir, sonra anemometrin oxu havanın hərəkət sürəti ölçüləcək yerdə onun istiqamətinə perpendikulyar vəziyyətdə yerləşdirilir. Anemometrlərin əqrəblərinin ilk vəziyyəti qeyd edilməlidir.
Cihazın oxunun perpendikulyar vəziyyətdən 15 ÷ 20° bucaq qədər meyl etməsi alınan nəticənin 1 ÷ 15% fərq verməsinə səbəb olur. Ona görə də ölçmə zamanı cihazın düzgün yerləşdirilməsinə ciddi fikir vermək lazımdır. Ventilyatoru işə salmalı. Ölçmənin dəqiqliyi eyni zamanda cihaz və saniyə ölçmənin bir vaxtda işə salınmasından da asılıdır. Cihazın əqrəblərini fincanlar qərarlaşmış hərəkətə başladıqdan sonra, onun yan tərəfində yerləşən rıçaq vasitəsilə işə salmaq lazımdır. Fincanlı anemometrlə ölçmə müddəti 2 ÷ 4 dəq. götürülür. Sonra anemometrin əqrəbinin son vəziyyətini qeyd edilməlidir. Hər bir ölçmədən sonra anemometrin göstərişi qeyd edilir. Sonra hər bir təcrübədəki göstərişlər fərqi tapılır (yəni son göstərişdən başlanğıc göstəriş çıxılır).
Təcrübə ventilyatordan müxtəlif məsafələrdən bir neçə dəfə təkrar olunur. Məsafələr bir-birindən eyni uzaqlıqda olmalıdır.
Ayrı-ayrı təcrübələrdən alınmış göstərişlərin fərqi uyğun təcrübə vaxtlarına bölünərək nəzəri hissədə göstərilən düsturlar vasitəsilə hava axınının hərəkət sürəti (bölgü/ saniyə ilə) tapılır.
Hava axınının həqiqi sürəti isə aşağıdakı kimi tapılır:
m/san;
m/san;
m/san;
m/san;
Burada: k-düzəliş əmsalıdır, qiyməti cədvəl 2-dən götürülür.
Cədvəl 1.
İstehsalat otaqlarının xarakteri
|
İşin kateqoriyası
|
İlin soyuq və keçid dövrü (xarici havanın temperaturu 100C aşağı
|
Qeyri iş yerlərində havanınn tempera- turunun buraxıla bilən qiyməti, 0C-ilə
|
Daimi iş yerlərində
|
Optimal
|
Buraxıla bilən
|
Havanın temperaturu, 0C
|
Havanın nisbi nəmliyi, %-lə
|
Havanın hərəkət sürəti, m/san
|
Havanın temperaturu, 0C
|
Havanın nisbi nəmliyi, %-lə
|
Havanın hərəkət sürəti, m/san
|
İstilik ayrılması az olan otaqlar (20 kkal/m2 saat və az)
|
Yüngül
|
18-21
|
60-40
|
0,2
|
17-22
|
75
|
0,3
|
15-20
|
orta ağırlıq
|
16-18
|
60-40
|
0,3
|
15-17
|
75
|
0,5
|
13-15
|
Ağır
|
14-16
|
50-40
|
0,3
|
13-15
|
75
|
0,5
|
12-14
|
İstilik ayrılması çox olan otaqlar (20 kkal/m2 saatdan çox)
|
Yüngül
|
18-21
|
60-40
|
0,2
|
17-24
|
75
|
0,3
|
15-26
|
orta ağırlıq
|
16-18
|
60-40
|
0,3
|
17-22
|
75
|
0,5
|
15-24
|
Ağır
|
14-16
|
50-40
|
0,3
|
14-17
|
75
|
0,5
|
12-19
|
Cədvəl 2
Bir saniyədəki bölgülərin sayı
|
1,0
|
2,0
|
3,0
|
4,0
|
5,0
|
6,0
|
7,0
|
8,0
|
9,0
|
10,0
|
11,0
|
Həqiqi sürət, m/san
|
1,3
|
2,3
|
3,4
|
4,4
|
5,4
|
6,4
|
7,4
|
8,4
|
9,4
|
10,4
|
11,4
|
K
|
1,3
|
1,15
|
1,13
|
1,1
|
1,08
|
1,07
|
1,06
|
1,05
|
1,005
|
1,04
|
1,035
|
Təcrübənin nəticələri işin protokolunda qeyd olunur.
Qeyd: ϑ – in qiyməti 1,5 böl/san - ə qədər olduqda k =1,3
ϑ = 1,5 – 2,5 olduqda k =1,15
ϑ = 2,5 – 3,5 olduqda k =1,13 və s. götürülür.
Dostları ilə paylaş: |