Mövzu:
Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin
işləmə prinsipi və quruluşu.
Rele mühafizəsinin (RM) elektrik qurğuları
və enerji sistemlərinin
avtomatikasında vacib hissə hesab olunurlar.Onun əsas vəzifəsi elektrik
sisteminin zədələnmiş hissəsini aşkar etmək və mümkün qədər tez bir zamanda
onun aılması üçün idarəedici siqnal formalaşdırmaqdır. RM
-
in əlavə vəzifəsi
–
anormal rejimlərin yaranması barədə siqnalizasiya təmin etməkdir.
Rele mühafizəsinin (RM) istənilən sxemində bir neçə müxtəlif təyinatlı relelər
olur və bunlar verilmiş proqram əsasında birlikdə təsir göstərirlər.
RM qurğularında elektriki, mexaniki və istilik releləri tətbiq olunur.
Elektriki relesinin iş prinsipi ona təsir edən elektriki kəmiyyətə əsaslanır.
Elektriki kəmiyyət kimi cərəyan, gərginlik, onların simmetrik toplananları, güc,
müqavimət və tezlik təsir edə bilər.
Mexaniki və istilik releləri qeyri
-
elektriki kəmiyyətə: təzyiqin qiymətinə, maye və
ya qazın axın sürətinə,
mayenin səviyyəsinə, ayrılan istiliyin miqdarına və
yaxud temperaturun dəyişməsinə və s. reaksiya verirlər.
RM-
in əsas hissələri (düyünləri)
RM-
nin quruluşu əsasən aşağıdakı əsas hissələrdən ibarət olur:
-
işəsalma orqanları (
təsiri qəbul edən yissə);
-
ölçmə orqanları (təsiri
çevirən hissə)
-
məntiq hissəsi (
müqayisə edən hissə)
-
icraedici hissə (
icra edən hissə)
-
ötürücü hissə (
yavaşıdan hissə)
.
İşəsalma orqanları
birbaşa və fasiləsiz olaraq mühafizə olunan avadanlığın
vəziy
-
yətini və iş rejimini nəzarətdə saxlayır və QQ yaranmalarına və ya normal
iş rejiminin pozulmalarına reaksiya verir. İşəsalma orqanları cərəyan, gərginlik,
güc və s.relelərin köməyilə yaradılır.
Ölçmə orqanlarının
əsas vəzifəsi
–
zədələnmələrin
yerini və xarakterini
müəyyənləşdirmək və mühafizənin təsir etməsi üçün qərarların qəbul
edilməsində əsas rol oynayırlar. Ölçmə orqanları da
cərəyan, gərginlik, güc
və
s. relelərin köməyilə yaradılır. İşəsalma və ölçmə orqanlarının funksiyaları bir
orqan şəklində də birləşdirilə bilər.
Məntiq hissəsi
–
sxemdir və o, işəsalma orqnları ilə işə salınırlar
və ölçmə
orqanlarının təsirlərnin ardıcıllığı və təsiretmə müddətlərini müqayisə etməklə
açarları ani olaraq və yaxud zaman gecikmələri ilə söndürürlər, digər qurğuları
işə salır, həyəcan siqnalı verir və nəzərdə tutulmuş olan digər təsirləri də həyata
keçirə bilir,
aralıq və gööstərici relelərindən
təşkil olunurlar.
İcraedici hissə
açarların sönməsinə (qoşulmasına) uyğun və ya digər xarici
qurğuların üzrə nəzərdə tutulan hərəkətləri yerinə yetirir
Ötürücü hissə
bir sıra mühafizə növlərində istifadə edilir.Məsələn, diferensial
-
faza mühafizəsində yüksək tezlikli kanalın qəbuledici
-
ötürücü aparatları.
Məsələn, elektromaqnit reledə (EMR) elektromaqnitin dolağı qəbuledici hissə
hesab olunur ki, ona nəzarət olunan elektriki kəmiyyət təsir edir. EMR (çevirici
hissə) elektrik enerjisini maqnit sahəsinin enerjisinə, sonra isə yakordakı
(lövbərdəki) mexaniki təsirə çevirir ki, onun qiyməti burada müqayisəedici hissə
hesab olunan əks təsir yayının təsiri ilə müqayisə edilir. Relenin icraedici hissəsi
–
onun kontaktları hesab edilir. Reledə yavaşıdıcı (yakorun
hərəkətə
başlamasını yavaşıdır) və tənzimləyici (işədüşmə parametrini dəyişdirən)
hissələr də olur.
Rele mühafizəsində elektriki relelər daha çox tətbiq tapmışdır. Təsiredici
kəmiyyətdən asılı olaraq elektrik ölçmə releləri cərəyan relesinə (CR), gərginlik
relesinə (GR), güc relesinə, müqavimət relesinə (MR), tezlik relesinə (TR)
ayırırlar.
Relelərin qoşulma üsulları və əsas parametrləri
Əgər relenin dolaqları şəbəkənin gərginlik və cərəyanına
birbaşa
qoşularsa, onlara birinci relelər deyilir. Əgər relenin dolaqları şəbəkənin
gərginlik və cərəyanına birbaşa deyil, ölçü transformatorları
vasitəsilə
qoşularsa, bu halda releləri
ikinci relelər adlandırırlar. Bu hallara uyğun sxemlər
şəkil 1
-
də göstərilmişdir.
İkinci relelər daha çox yayılmışdır. Onların əsas üstünlüyü
-
yüksək gərginlikdən
izolə olunmaları, mühafizə olunan elementdən müəyyən məsafədə və xidmət
üçün rahat olan yerdə quraşdırıla mbilirlər. Eyni 5 A və ya 1 A nominal cərəyana
və nominal 100 v gərginliyə görə standart şəkildə hazırlana bilirlər.
Birinci kimi adlandırılan relelərin üstünlüyü ondadır ki, onların qoşulması üçün
ölçü transformatorları, operativ cərəyan mənbələri və nəzarət kabelləri lazım
olmur. Belə relelər elektrik mühərriklərində, kiçik güclü transformatorlarda və
3 – 6 -
10 кV
-
luq şəbəkələrdəki kiçik güclü xətlərdə tətbiq olunur ki, orada
gərginlik və cərəyan releləri sadələşdirilmiş sxemlər
üzrə yerinə yetirilir və
yüksək dəqiqlik tələb olunmur. Yredə qalan digər hallarda ikinci relelərə
üstünlük verilir.
Şəkil1. Relelərin qoşulması üsulları:
a)Birbaşa qoşulma (birinci relelər) b) dolayı üsulla qoşulma (ikinci relelər)
Mühafizənin açarı işlətmə üsulları
Mühafizənin
işləyərək açara təsir etməsi üçün iki üsul mövcuddur:
-
Birbaşa üsul;
-
dolayı üsul.
Şəkil 2. Dolayı (a) və birbaşa təsirli (b) relelərə malik mühafizə sxemləri
Şəkil 2,а
-
da göstərilən sxem dolayı təsirli ikinci releli mühafizəyə aiddir. 1
-
relesi işə düşərkən onun kontaktları açarın 2
-
sarğacı olan elektromaqnitin
dolaq dövrəsini qapayır. Xüsusi mənbədən bu dövrənin sıxaclarına U
–
gərginliyi verilir, açma sarğacında cərəyan yaranır, açma dolağının
3-
içliyi
dartılaraq 4
-
cəftəsini aralayır və 5
-
yayının təsirindən açarın kontaktaları
aralanaraq açılmış olur. Açar açıldıqdan sonra relenin dolaqlarındakı cərəyan
kəsilir və onun kontaktları aralanır. Bu halda
əlavə olaraq köməkçi BK
-
bloklayıcı kontaktı da nəzərdə tutulmuşdur. Sxemdə 1
-
relesinin dalağı
tərəfindən yaradılan F
e
-
elektromaqnit qüvvəsinin qiyməti yayın F
y
-
qüvvəsindən çox olduqda rele işləyir (işə düşür). Relenin hərəkət edən 2
-
sistemi açarın 3
-
açma dəstəyinə təsir edir və bundan sonra 4
-
yayının
təsirindən açarın kontaktları aralanmış olur, yəni açar işə düşümüş olur.
Şəkil 2,b
-
də birbaşa təsirli birinci rele mühafizəsi sxemi göstərilmişdir.
1
–
relesinin dolağı tərəfindən yaradılan Fe
–
elektromaqnit qüvvəsi, 5
-
yayının
yaratdığı F
y
-
dartma qüvvəsindən çox olduqda rele işləyir (işə düşür). Onun
hərəkət edən sistemi (2) çarın (3) açma dəstəyinə təsir edir və nəticədə açar
açılmış olur. Birbaşa təsirli rele bilavasitə açarın intiqalında quraşdırılır və ona
görə də ona daxildə quraşdırılan relelər də deyilir.
Göründüyü kimi, dolayı təsirli rele mühafizəsində köməkçi qida mənbəyi olan
və operativ cərəyan mənbəyi kimi adlandırılan mənbə lazım gəlir. Birbaşa təsirli
relelərdə isə belə əlavə mənbəyə ehtiyac olmur. Lakin bu halda açarın etibarlı
açılmasını tımin etmək üçün böyük qüvvə yaradılmalıdır.