Özünüyoxlama sualları -
Mühasibat uçotunun mahiyyəti və təyinatını necə başa düşürsünüz?
-
Mühasibat uçotunun vəzifələri və funksiyalarını sadalayın?
-
Mühasibat uçotunun predmetinə nə daxildir?
-
Mühasibat uçotunun metodunu necə başa düşürsünüz və onun əsas elementləri hansılardır?
-
Mühasibat uçotunun tərkibi: maliyyə uçotunu, idarəetmə uçotunu və vergi uçotunu izah edin.
III MÖVZU. MÜHASİBAT BALANSI
3.1. Mühasibat balansı haqqında anlayış və onun rolu
3.2.Təsərrüfat əməliyyatları nəticəsində balansda baş verən dəyişikliklər
3.3. Müəssisənin idarə edilməsində balansın informasiya əhəmiyyəti
ƏLAVƏ ƏDƏBİYYAT -
V.İsayev «Mühasibat balansının beynəlxalq standartlara uyğunlaşdırılması», «Maliyyə və uçot» yurnalı, № 57.
-
Astaxov V.P. Teoriə buxqalterskoqo uçeta. M., İzd. «Finansı i statistika», 1999
3.1. Mühasibat balansı haqqında anlayış və onun rolu
«Balans» termini ümumiyyətlə mühasibat uçotu, təsərrüfat fəaliyyətinin təhlili, planlaşdırma sahəsində işləyən mütəxəssislərə məlumdur. Termin «balans» latın sözüdür, «bislanx» sözünü göstərir, yəni bis-iki, lanx-tərəzinin bir-birinə bərabər olan iki hissəsi. Bu bərabərlik simvolu 1946-cı ildə keçirilmiş Mühasiblərin Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olunmuşdur.
İqtisadiyyatda müxtəlif formalarda balanslar məlumdur. Bunlardan mühasibat balansı, müəssisənin mənfəət və zərərini xarakterizə edən balanslar, əsas fondların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən balanslar, material balansları, əmək ehtiyatları balansı, sahələrarası balans və sair tərtib olunur.
Bütün bunlara baxmayaraq ilk növbədə balans tərtibi mühasibat uçotu balansına aiddir. İnformasiyaların balans formasında tərtib olunması hər bir iqtisadi subyektlərin maliyyə və istehsalat-təsərrüfat vəziyyətinə dair, onun əmlak vəziyyətinə dair məlumatların verilməsinə imkan yaradır. Mühasibat balansı hər bir iqtisadi subyekt üçün müəyyən tarixə tərtib olunur. Balans hesabatı müəssisə yaradılan tarixə, aylıq, rüblük, yarım illik, 9 aylıq və müəssisə ləğv olunarkən tərtib oluna bilər.
Mövcud olan standartlara uyğun olaraq mühasibat balansı müəssisənin bütün maliyyə-təsərrüfat göstəricilərini onun hərəkəti pul ifadəsində əks etdirilir. Balansda mövcud olan əmlakın miqdarı, onların hansı mənbəələrdən əmələ gəlməsi, özünəməxsus və cəlb olunmuş vəsaitlər əks olunur.
Mühasibat balansı mühasibat (maliyyə) hesabatlarının tərkibində tərtib olunur. Müəssisələrin mühasibat (maliyyə) hesabatlarının tərkibi əsasən mühasibat uçotu balansından və ona əlavə edilən maliyyə nəticələri (mənfəət, zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyuluşlarının və sair aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan ibarətdir.
Mühasibat (maliyyə) hesabatlarının nümunəvi formaları və o cümlədən mühasibat balansı, onların doldurulması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Mühasibat balansı tərtib olunma prinsipinə görə bir neçə formada hazırlanır. Bunlar əsasən aşağıdakı dövrü əhatə edir:
-
giriş balansı;
-
cari balans;
-
ləğv olunma balansı;
-
bölüşdürülmə balansı;
-
birləşmə balansı.
Giriş balansı müəssisə yaradılmış tarixə nizamnamə fondu əsasında tərtib olunur. Təsərrüfat subyektləri mühasibat uçotunun aparılması giriş balansının tərtibi ilə başlayır. Bu halda giriş balansında müəssisə nizamnaməsi qeydiyyatdan keçmiş əsas əmlak formaları və nizamnamə kapitalına təsisçilər tərəfindən qoyulan öhdəçiliklər, pul vəsaiti əks olunur.
Cari balans giriş balansından fərqli olaraq müəssisənin fəaliyyətdə olduğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olunur.
Cari balansın tərtibi üç dövrə bölünür. Ondan birincisi başlanğıc, ikincisi hesabat dövrünün rüb və aylıqlarında və üçüncü isə yekun balansı formasında tərtib olunur. Başlanğıc və yekun balansı maliyyə ilinin əvvəlində və sonunda tərtib olunur. Hesabat dövrü arası balans isə hesabat dövrünün əvvəli və sonunda tərtib olunur. Azərbaycan Respublikasında hesabat dövrü arası balanslar birinci rübün yekunu, yarım illik (altı aylıq) və üçüncü rübün yekunu əsasında doqquz aylıq tərtib olunur.
Bölüşdürmə balansı böyük müəssissələrin bir neçə müəssisəyə ayrılması ilə əlaqədar tərtib olunur. Bölüşdürmə balansı bir sıra halda böyük müəssisənin tabeliyində olan istehsal vahidlərinin başqa müəssisənin tabeçiliyinə verildikdə də tərtib olunur.
Birləşmə balansı bir neçə müəssisənin bir müəssisə tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur.
Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək üçün mövcud olan vəsait və onun yaranma mənbəyi haqqında konkret məlumata malik olmaq, vəsaitin tərkibini və təyinatını öyrənmək üçün onların iqtisadi cəhətdən qruplaşdırmaq lazımdır. Bu göstəricələrin yekun nəticəsi mühasibat balansının köməyi ilə həyata keçirilir.
Beləliklə, təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdirmə və iqtisadi cəhətdən qruplaşdırılma üsuluna balans deyilir.
Təsərrüfat vəsaitlərinin tərkibi, yerləşməsini və onların əmələ gəlmə mənbələrini ayrı-ayrılıqda əks etdirmək üçün balans iki hissədən ibarət cədvəl formasında tərtib olunur. Balansın mövcud vəsaitlərinin tərkibini və yerləşməsini özündə əks etdirən hissəsi aktiv, onların əmələ gəlmə mənbələrini əks etdirən hissəsi isə passiv adlanır. Balansın aktivinin yekunu passivin yekununa bərabər olmalıdır.
Aktivin və passivin hər bir ünsürü balans maddəsi adlanır. Balansın aktivində müəssisəyə məxsus olan əmlak qrupları üzrə əsas vəsaitlər və sair aktivlər (əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları, təsisçilərlə hesablaşmalar və s.), ehtiyatlar və məsrəflər (istehsal ehtiyatları, azqiymətli və tezköhnələn əşyalar, hazır məhsul, mallar və s.) pul vəsaitləri, hesablaşmalar və sairə aktivlər (yüklənmiş mallar, debitorlarla hesablaşmalar, pul vəsaitləri, kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) və sair vəsaitlər əks olunur.
Balansın passivində xüsusi vəsait mənbəələri (nizamnamə kapitalı, ehtiyat kapitalı, istehlak fondları, mənfəət və sair) hesablaşmalar və sair passivlər (uzunmüddətli kreditlər, qısamüddətli bank kreditləri, qısamüddətli borclar, təsisçilərlə hesablaşmalar) və sairə əks olunur.
Göstərilən maddələr balansın aktivində və passivində müəyyən edilmiş ardıcıllıqla qruplaşdırılır və belə qruplaşma müəssisənin maliyyə vəziyyəti üzərində nəzarət etməyə imkan verir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq mühasibat uçotu sistemi və prinsiplərini beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə respublikamızda mühasibat balansının forma və məzmununda bir sıra dəyişikliklər edilmişdir. Bazar iqtisadiyyatı şəraitində balansın aktiv və passiv maddələrinin məzmunu onu həm daxildə, həm də xaricdə, o cümlədən səhmdar cəmiyyətləri, təsisçilər, malsatanlar, kreditorlar, banklar və başqaları tərəfindən istifadə etməyə imkan verir.
Hazırda Azərbaycan Respublikasında müəssisə və təşkilatlarda tətbiq olunan mühasibat balansı qısaldılmış formada cədvəldə əks olunmuşdur. (cədvəl №1).
Cədvəl 1.
Müəssisə balansı
Ölçü vahidi min manat
Aktiv
|
Sətir kodu
|
İlin əvvəlinə
|
İlin sonuna
|
Passiv
|
Sətir kodu
|
İlin əvvəlinə
|
İlin sonuna
|
I. Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər.
|
|
|
|
I. Xüsusi vəsaitlərin mənbəələri
|
|
|
|
Əsas vəsaitlər
|
010
|
|
|
Nizamnamə kapitalı
|
400
|
|
|
Qeyri–maddi aktivlər
|
011
|
|
|
Əlavə kapital
|
401
|
|
|
Uzunmüddətli maliyyə qoyuluşları
|
050
|
|
|
Ehtiyat kapitalı
|
402
|
|
|
Təsiriçilərlə hesablaşmalar
|
060
|
|
|
İstehlak fondları
|
420
|
|
|
|
|
|
|
Məqsədli maliyyələşmə
|
450
|
|
|
|
|
|
|
mənfəət
|
470
|
|
|
I. Bölmə üzrə Cəmi
|
080
|
|
|
I. Bölmə üzrə Cəmi
|
480
|
|
|
II. Ehtiyatlar və məsrəflər
|
|
|
|
II. Hesablaşmalar və sair passivlər
|
|
|
|
İstehsal ehtiyatları
|
100
|
|
|
Uzunmüddətli bank kreditləri
|
500
|
|
|
Azqiymətli və tezköhnələn əşyalar
|
120
|
|
|
Uzunmüddətli borclar
|
510
|
|
|
Bitməmiş istehsalat
|
130
|
|
|
Qısamüddətli bank kreditləri
|
600
|
|
|
|
|
|
|
Qısamüddətli borclar
|
620
|
|
|
Hazır məhsul
|
150
|
|
|
Kreditorlarla hesablaşmalar
|
630
|
|
|
Mallar (satış qiyməti)
|
160
|
|
|
Alıcılar və sifarişçilərdən alınmış avanslar
|
720
|
|
|
Əlavə dəyər vergisi (ƏDV)
|
175
|
|
|
Təsisçilərlə hesablaşmalar
|
725
|
|
|
Sair ehtiyatlar və məsrəflər
|
176
|
|
|
Gələcək dövrün gəlirləri
|
730
|
|
|
II. Bölmə üzrə cəmi
|
180
|
|
|
II. Bölmə üzrə cəmi
|
770
|
|
|
III. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər
|
|
|
|
|
|
|
|
Yüklənmiş mallar
|
199
|
|
|
|
|
|
|
Debitorlarla hesablaşmalar
|
200
|
|
|
|
|
|
|
Malsatan və podratçılara verilmiş avanslar
|
260
|
|
|
|
|
|
|
Qısamüddətli maliyyə qoyuluşu
|
270
|
|
|
|
|
|
|
Pul vəsaitləri:
|
|
|
|
|
|
|
|
Kassa
|
280
|
|
|
|
|
|
|
Hesablaşma hesabı
|
290
|
|
|
|
|
|
|
Valyuta hesabı
|
300
|
|
|
|
|
|
|
Sair dövriyyə aktivləri
|
320
|
|
|
|
|
|
|
III. Bölmə üzrə cəmi
|
330
|
|
|
|
|
|
|
Zərərlər:
|
|
|
|
|
|
|
|
Keçmiş illər
|
340
|
|
|
|
|
|
|
Hesabat ilində
|
350
|
|
|
|
|
|
|
BALANS (080, 180,330,340
|
|
|
|
BALANS (480 və 770-ci
|
|
|
|
Və 350 sətirlər üzrə
|
|
|
|
sətirlərin məbləği)
|
780
|
|
|
məbləğlərinin cəmi)
|
360
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
RƏHBƏR
|
|
|
|
BAŞ MÜHASİB
|
|
|
Balans cədvəlindən görünür ki, balans aktiv üzrə üç, passiv üzrə isə iki bölmədən ibarətdir. Balansın birinci bölməsində əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər, ikinci bölmədə ehtiyatlar və məsrəflər, üçüncü bölmədə pul vəsaitləri, hesablaşmalar və sair aktivlər əks olunmuşdur.
Balansın passivində müəssisə vəsaitlərinin əmələ gəlmə mənbələri göstərilməklə iki qrupa ayrılır. Birinci bölmədə xüsusi vəsait mənbəələri, ikinci bölmədə isə hesablaşmalar və sairə passivlər yerləşmişdir.
3.2. Təsərüfat əməliyyatları nəticəsində balansda baş verən dəyişikliklər
Müəssisədə icra olunmuş hər bir təsərrüfat əməliyyatı nəticəsində ona məxsus olan əmlakın həcminin artmasına və ya azalmasına səbəb olur. Aparılan təsərrüfat əməliyyatları nəticəsində müəssisənin valyuta balansı artır və ya azalır. Nəticə olaraq əməliyyatların aparılması balansın aktiv və passivində əks olunmuş maddələrin həcminin dəyişilməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, aparılan təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansın aktiv və passivlərinin balanslaşma yekunu pozulmur.
Təsərrüfat əməliyyatlarının təsiri ilə əlaqədar olaraq müəssisə balansında dörd formada dəyişikliklər əmələ gəlir.
Təcrübədə hər bir təsərrüfat əməliyyatı nəticəsində balansda baş verən dəyişiklikləri misallarla nəzərdən keçirək.
Fərz edək ki, müəssisənin hesabat dövrünə qısaldılmış şəkildə aşağıdakı mühasibat balansı vardır (cədvəl №2).
Cədvəl 2
AKTİV
|
Məbləğ (manat)
|
PASSİV
|
Məbləğ (manat)
|
1.Əsas vəsaitlər
2.Azqiymətli və tezköhnələn əşyalar
3. Kassa
4. Hesablaşma hesabı
|
60.000
25.000
2000
180000
|
1.Nizamnamə kapitalı
2.Malsatan və podratçılar
3.Kreditorlarla hesablaşmalar:
a) əmək ödənişləri üzrə
b) büdcə ilə hesablaşma
|
175.000
14.000
20.500
57.500
|
Balans
|
267.000
|
Balans
|
267.000
|
Birinci əməliyyat. Müəssisənin bankdakı hesablaşma hesabından №021510 bank çeki ilə 15 yanvar 2001-ci ildə əmək haqqı ödəmək üçün kasssaya 30 min manat pul daxil olmuşdur. Bu əməliyyat nəticəsində müəssisə vəsaitinin tərkibində dəyişikliklər baş verir. Balansın aktivində bir maddə artır və digər maddə azalır. Bu əməliyyatdan sonra müəssisə kassasında pul vəsaitinin qalığı 30 min manat artır və bankdakı hesablaşma hesabında eyni məbləğdə pul vəsaiti azalır. Bunun nəticəsində balansın aktivində vəsaitin yerdəyişməsi baş verir və ümumiyyətlə balansın aktivi və valyutası dəyişilmir. Aparılan əməliyyat nəticəsində balansda aşağıdakı dəyişikliklər cədvəldə (cədvəl №3) özünü göstərir.
Cədvəl 3
AKTİV
|
Məbləğ (manat)
|
PASSİV
|
Məbləğ (manat)
|
1.Əsas vəsaitlər
2.Azqiymətli və tezköhnələn əşyalar
3.Kassa (2000+30000)
4.Hesablaşma hesabı (180000-30000)
|
60.000
25.000
32.000
150.000
|
1.Nizamnamə kapitalı
2.Malsatan və podratçılar
3.Kreditorlarla hesablaşmalar:
a)əmək ödənişləri üzrə
b)büdcə ilə hesablaşmalar
|
175.000
14.000
20.500
57.500
|
Balans
|
267.000
|
Balans
|
267.500
|
İkinci əməliyyat. Bu əməliyyat nəticəsində balansın passivində bir maddə artır, digər maddə azalır, balansın yekunu dəyişilmir və onun bərabərliyi pozulmur. Bu kimi əməliyyatlara malsatan müəssisələrə olan borcun bankdan alınmış ssuda hesabına ödənməsi, müəssisə mənfəətinin bir hissəsinin xüsusi təyinatlı fondlara ayrılması, müəssisə işçilərdən gəlir vergisinin tutulması və sairə aid ola bilər.
2001-ci ilin fevral ayında müəssisənin işçilərinin əmək haqqından 12500 manat gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın nəticəsi balansın passivinə təsir edir. İşçilərə olan borc gəlir vergisinin tutulduğu məbləğdə azalır və olan borc artır. Belə ki, tutulmş pul vəsaiti hələlik büdcəyə ödənməmişdir. Bu əməliyyat nəticəsində kreditor borcların tərkibində dəyişiklik baş verir. Balansın valyutası da dəyişilmir. (cədvəl № 4).
Cədvəl 4
AKTİV
|
Məbləğ (manat)
|
PASSİV
|
Məbləğ (manat)
|
1.Əsas vəsaitlər
2.Azqiymətli və tezköhnələn əşyalar
3. Kassa
4. Hesablaşma hesabı
|
60.000
25.000
32.000
150000
|
1.Nizamnamə kapital
2.Malsatan və podratçılar
3.Kreditorla hesablaşmalar:
a)əmək ödənişləri üzrə (20500-12500)
b)büdcə ilə hesablaşmalar (57500+12500)
|
175.000
14000
8000
70000
|
Balans
|
267.000
|
Balans
|
267.000
|
Üçüncü əməliyyat. Bu əməliyyat nəticəsində balansın aktiv və passivində eyni məbləğdə vəsaitlərin tərkibi və onların əmələ gəlmə mənbəələri dəyişilir, həmin məbləğdə balansda aktiv-passiv üzrə vəsait qalığı artır. 10 fevral 2001-ci il tarixdə 12hesab-qaimə əsasında satıcı firmadan 10 min manat məbləğində azqiymətli və tezköhnələn əşyalar alınmışdır. Bu əməliyyat balansda iki hesaba yəni birincisi azqiymətli və tezköhnələn əşyalar hesabına və ikincisi malsatan və podratçılar hesablarına təsir edir. Belə ki, azqiymətli və tezköhnələn Əşyalar hesabının qalığı 10000 manat artır və bununla əlaqədar balansın aktivində qalıq artmış olur.
Eyni məbləğdə müəssisənin satıcı firmaya borcu artır və bu isə balansın passivinin qalığının həmin məbləğdə artmasına səbəb olur.
Bu öhdəçilik balansın passivində əks olunur. (cədvəl №5).
Həmin əməliyyat nəticəsində müəssisə balansının aktivində və passivində balans maddələri dəyişilir və bu isə valyuta həcminin artmasına səbəb olur.
Cədvəl 5
AKTİV
|
Məbləğ (manat)
|
PASSİV
|
Məbləğ (manat)
|
1. Əsas vəsaitlər
2. Azqiymətli və tezköhnələn əşyalar (25000+10000)
3. Kassa
4. Hesablaşma hesabı
|
60.000
35.000
32.000
150000
|
1.Nizamnamə kapitalı
2.Malsatan və podratçılar (14000+10000)
3.Kreditorlarla hesablaşmalar:
a)əmək ödənişləri üzrə
b)büdcə ilə hesablaşmalar
|
175.000
24.000
20.500
57.500
|
Balans
|
277.000
|
Balans
|
277.000
|
Dördüncü əməliyyat. Bu əməliyyat nəticəsində balans vəsaitinin həm tərkibində və həm də onların əmələ gəlmə mənbəyində azalma baş verir və bu əsasda balansın aktivi və passivi bərabər məbləğdə azalır. Bu kimi əməliyyatlara firma işçilərinə əmək haqqı üzrə borcun ödənməsi, malsatanlara olan borcun hesablaşma hesabından ödənməsi, büdcəyə olan borcun ödənməsi və sairə aid ola bilər.
25 mart 2001-ci ildə 20ödəmə tapşırığı və bankın təqdim etdiyi çıxarış əsasında işçilərin əmək haqqından tutulan gəlir vergisi 12500 manat büdcəyə ödənmişdir.
Bunun nəticəsində büdcəyə olan kreditor borcu göstərilən məbləğdə azalır. Eyni zamanda müəssisənin hesablaşma hesabında pul vəsaiti azalmış olur. Bu əməliyyat balansın aktivində və passivində dəyişikliklər edilməsinə səbəb olur, yəni balansın aktivində və passivində balans maddələrinin azalması ilə nəticələnir.(cədvəl №6)
Cədvəl 6
AKTİV
|
Məbləğ (manat)
|
PASSİV
|
Məbləğ (manat)
|
1. Əsas vəsaitlər
2.Azqiymətli və tezköhnələn əşyalar (25000 + 10000)
3. Kassa
4. Hesablaşma hesabı (150000-12500)
|
60.000
35.000
32.000
137500
|
1.Nizamnamə kapitalı
2.Malsatan və podratçılar
3.Kreditorla hesablaşmalar:
a)əmək ödənişləri
b)büdcə ilə hesablaşmalar (57500-12500)
|
175.000
24.000
20.500
45.000
|
Balans
|
264.500
|
Balans
|
264.500
|
Beləliklə, aparılan dörd formada təsərrüfat əməliyyatları nəticəsində birinci halda yekun balansı (aktivi) dəyişilmir, ikinci halda balans (passiv üzrə) yekunu yenə də dəyişilmir, üçüncü halda balansın aktivi və passivinin yekunu artır, dördüncü halda isə balansın aktivi və passivi azalır.
Deyilənlər bir daha göstərir ki, müəssisənin bütün vəsaitlərini əks etdirən mühasibat balansı, onda əks olunan təsərrüfat əməliyyatlarının düzgünlüyü üzərində nəzarət etməyə imkan verir. Balansın aktivi və passivi üzrə əməliyyatlar düzgün əks etdirildikdə balansın yekununun bərabərliyi pozulmur. Hər bir təsərrüfat əməliyyatı balansın aktivində və passivində müəssisə vəsaitini, onların əmələ gəlmə mənbəələrinin tərkibində yaxud eyni vaxtda həm balansın aktivində, həm də passivində qarşılıqlı dəyişikliklər əmələ gətirir.
3.3. Müəssisənin idarə edilməsində balansın informasiya əhəmiyyəti
Mühasibat balansı iqtisadi subyektin istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti göstəricilərini ətraflı əks etməklə, geniş və böyük həcmli məlumata malik olan informasiya mənbəyidir. Təsadüfi deyildir ki, mühasibat (maliyyə) hesabatı sistemində mühasibat balansı birinci yeri tutur.
Balansın aktiv və passivində əks olunan göstəricilər ondan istifadə edənlərə və xüsusilə kənar istifadə edən şəxslərə idarəetmə üçün ətraflı informasiyalar mənbəyidir. Balansda ifadə olunan analitik maddələr şirkətin debitor, kreditor borclarının, özünəməxsus kapitalının və ayrı-ayrı ehtiyatların, cari xərclərin və mənfəətin səviyyəsini açıqlndırır.
Mühasibat balansını şirkətin maliyyə-təsərrüfat vəziyyətinin göstəricilərini əks etdirən şəkli adlandırmaq olar. Həmin əks - şəkildə iki vacib göstəricinin əks olunması özünü göstərir. Bunlardan birincisi müəssisə əmlakının, onun təsnifatını göstərməklə, həmin əmlakın hansı mənbələrdən əmələ gəlməsini, yəni özünəməxsus və cəlbolunmuş kapitalın olduğunu müəyyənləşdirir.
Mühasibat balansı mühasibat uçotunun metodik ünsürü olmaqla mühasibat uçotu göstəricilərini yekunlaşdırır və iqtisadi subyektin maliyyə vəziyyətinin informasiya modelini yaradır. Hesabat formasında təqdim olunan balans göstəriciləri təsərrüfatın gələcək inkişaf imkanlarına dair istehsal-təsərrüfat və maliyyə göstəricilərinin idarəetmə üçün istifadə olunmasına ətraflı şərait yaradır.
Mühasibat uçotu balansda əks olunmuş uçot göstəricilərinə əsaslanaraq, həmin informasiyadan istifadə edəcək maraqlı şəxslər mövcud ehtiyatların yerləşməsi və istifadə olunmasından, iqtisadi subyektin ödəmə qabiliyyəti və maliyyə üstünlüyünə əsaslanaraq ona lazım olan informasiya ilə təmin olunur.
Müasir bazar iqtisadiyyatı şəraitində mühasibat balansının aktiv və passiv maddələrinin məzmunu onu həm müəssisə daxili və xarici səhmdarlar cəmiyyətləri, təsisçilər, malsatanlar, kreditorlar, banklar və başqaları tərəfindən istifadə etmələrinə imkan verir.
Respublikada iqtisadi islahatların həyata keçirildiyi, mülkiyyətin özəlləşdirilməsi və bir sıra iri müəssisələrin səhmdarlar cəmiyyətlərinə çevrilməsi mühasibat uçotunun və onun mühüm göstəricisi olan mühasibat balansının idarəetmə sistemində əhəmiyyəti daha artır.
Özünüyoxlama sualları
-
Mühasibat balansı nədir, onun quruluşu necədir?
-
Balansla hesabların qarşılıqlı əlaqəsini izah edin?
-
Balans – netto anlayışını təyin edin?
-
Balansın tərtib edilməsinin əsas qaydalarını izah edin?
IV MÖVZU. MÜHASİBAT UÇOTU HESABLARI VƏ İKİLİ YAZILIŞ
4.1. Mühasibat hesabları haqqında ümumi anlayış
4.2. Mühasibat uçotunda ikitərəfli yazılış üsulu
4.3. Sintetik və analitik uçot hesabları, subhesablar
4.4. Mühasibat uçotu hesablar planı – uçotun təşkili sisteminin əsasıdır
4.5. Mühasibat uçotu hesablarının təsnifatı və onların formalaşması prinsipləri
ƏLAVƏ ƏDƏBİYYAT
-
Xedrinson G.S. Breüa M.F. «Teoriə buxqalterskoqo uçeta», M. 1997
4.1. Mühasibat hesabları haqqında ümumi anlayış
İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əməliyyatları icra olunur və onların nəticəsi ilə əlaqədar olaraq mühasibat balansı tərtib olunur. Yuxarıda göstərildiyi kimi müəssisələrin mühasibat balansı aylıq, rüblük və illik tərtib olunur.
Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmlakının tərkibinin dəyişilməsi, onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir. Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarından istifadə edilir.
Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsiplərində mühasibat uçotu hesabları sisteminə xüsusi əhəmiyyət verilir. Çünki buna əsaslanaraq informasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla, onun toplanması və cəmləndirilməsi üsulu icra olunur. Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat uçotu registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Mühasibat uçotu hesabı təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasibat uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.
Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkələri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir. İlk milli hesablar planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fransada qəbul olunmuşdur. Daha sonra dünya ölkələrində 100-dən artıq ölkədə milli hesablar planı qəbul olunmuşdur. 1960-1980-ci illərdə Avropa İqtisadi Birliyi, Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlərarası ərazi hesablar planı yaradılmışdır.
Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbəələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər, yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa, yaxud azalmağa doğru dəyişilə bilər. Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur. İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur. Misal üçün «Əsas vəsaitlər», «Materiallar», «Nizamnamə kapitalı» hesabları və s. adlanır.
Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:
-
Dostları ilə paylaş: |