Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XV mühazirə: İspaniya XIX əsrin son rübü XX əsrin əvvəllərində



Yüklə 0,52 Mb.
səhifə68/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   138
Yeni tarix müh

XV mühazirə: İspaniya XIX əsrin son rübü XX əsrin əvvəllərində


İspaniya bərpa rejimi dövründə. Uzun sürən güclü inqilab dövründən sonra ( XIX əsrin 60-70- ci illərində beş inqilab boş vermişdir) nisbi sakitlik dövrü başladı. Beşinci inqilab nəticəsində (1868-1874) İspaniya tarixində ilk dəfə qısa müddət ərzində monarxiya devrilərək respublika elan edilmişdir. Lakin əksər xalq kütləsinin gözlədiyinin əksinə olaraq inqilab məğlub oldu və Burbonlar sülaləsi devrilmiş kraliça İzabellanın oğlu XII Alfonsonun (1874-1885) şəxsində bərpa olundu və bu hərbi üsyan nəticəsində baş verdi. 1874-cü il 29 dekabr tarixində Valensiya rayonunda briqada komandiri general Martines Kompas XII Alfonsanı kral elan etdi. Bu hərbi üsyanı yatırmaq elə də çətin olmazdı. Lakin respublika hökuməti istefaya gedərək öz yerini monarxiyanın tərəfdarı olan Antonio Konavas del Kostilaya verdi. Bir neçə gündən sonra isə yeni kral(onun hələ 18 yaşı tamam deyildir və İngiltərədə Sandxorst hərbi kollecində oxuyurdu) Madridə gəldi.

İspaniya bərpa dövründə mühafizəkarların aparıcılığı iil mühafizəkar-liberal birliyi idarə edirdi. Mühafizəkarlara isə Kanovas del Kastila başçılıq edirdi. Liberalların isə lideri Praksedes Saqasti idi. Mühafizəkar partiya torpaq aristokratiyasının əsas hissəsi və kilsənin köməyindən istifadə edirdi. Onların siyasi idealı konstitusiyalı monarxiya idi. Hansı ki, bu hakimiyyət mütləq hakimiyyətə və demokratik azadlıqlara əsaslanırdı. Liberallar partiyasında isə 1868-1874 – cü illər inqilabının iştirakçıları birləşmişdilər. Partiya ticarət və maliyyə burjuaziyasının timsalında özünə dayaq tapmışdır. Onlar eyni zamanda bərpa rejimini də tanıyırdılar.

İkipartiyalı sistemdə hər iki partiya eyni siyasət yeridərək hakimiyyətdə bir-birlərini əvəz edirdilər. 70-90-cı illərdə baş nazir postunu altı dəfə Konovas del Kastilio, dörd dəfə isə P.Soqasti tutmuşdular. Bu iki partiyaya müxalif olan partiyalar soldan respublikaçılar, sağdan isə Burbonların bir qolunu təmsil edən don Karlosu taxta çıxarmaq istəyən, monarxiya tərəfdarları olan karlisistlər idi. Karlisistlər İzabella və XII Alfonsaya qarşı Karlisist mühafizəsi adlanan müharibə aparırdılar, lakin məğlubiyyətə uğramışdılar.

Bərpa dövrünün ilk vaxtlarında mühafizəkar və liberal partiyalar ölkədə yeganə leqal partiyalar olmaqla bərpa rejimini möhkəmləndirmək məqsədi ilə öz aralarında razılıq əldə etmişdilər. Razılığa görə onlar hakimiyyətə növbə ilə gəlməli və sülaləni birgə qorumalı idilər. Bu razılıq El Pardo paktı adı altında məşhurlaşmışdır. Bu müqavilə 1885-ci ilin noyabr ayında kralın sağalmaz vərəm xəstəsi olduğu xəbəri alındıqdan sonra Kastilio və Saqasti arasında bağlanmışdır. Kralın varisinin doğulmasına isə hələ bir neçə ay qalmışdır. 1885-ci il 25 noyabrda XII Alfansonun ölümündən sonra hakim dairələr sülalənin hakimiyyətini qorumaq məqsədi ilə varisin regenti olaraq anası Mari Kristinanı (1885-1902) müdafiə edirdilər. Həmin ildə Kastilio hakiimiyyəti könüllü olaraq liberallara verdi. Hansı ki, onlar 1890-cı ilədək hakimiyyətdə qaldılar.

Ispaniyanın hakim partiyaları olan mhafizəkarlar və liberallar partiyalarının bağlamış olduqları bu müqavilə XIX əsrin sonu üçün İspaniya siyasətində dərin iz buraxmışdır. 90-cı illərdə hakim partiyalar idarəçilikdə hər 2-3 ildən bir bir-birini əvəz edirdilər. əsrin sonlarında isə liberallar özlərinin siyasi proqramlarında bir sıra dəyişikliklər etdilər. Liberal partiyasının cəhdləri ilə İspaniya Avropa tipli hüquqi dövlət görkəmi aldı. 1881-ci ildə Saqasti hökuməti assossasiyaların – o cümlədən siyasi partiyaların yaradılması və fəaliyyətinə icazə verdi. Hətta Saqasti ikinci hökumət qurarkən- yəni 1890- cı ildə kişilər üçün ümumi seçki qanunu verildi, əmlak senzi ləğv edildi.

1876-cı ildə ölkəni konstitusiyalı monarxiya elan edən Konstitusiya qəbul edildi. Hakimiyyət iki palatalı parlamentə və krala verildi. Senat adlanan yuxarı palataya aristokratlar, iri mülkədarlar və maliyyəçilər seçilmişdilər. Deputatlar palatası adlanan aşağı palataya isə yüksək imkanlı şəxslər seçilirdilər və həmişə seçkilər saxtalaşdırılırdı. Hakim partiyalar əvvəlcədən razılaşırdılar ki, hansı partiya növbəti beş ilə hakimiyyətə gələcək və seçkinin nəticəsindən asılı olmayaraq aşağı palatada mütləq çoxluq qalırdı. Papa IX Piyin tələbi ilə konstitusiyada dövlət dininin Roma katolik dininin olduğu ayrıca maddə ilə təsbit olunmuşdur. Təsadüfi deyildir ki, ispanlar 1876-cı il Konstitusiyasını “notabley konstitusiyası” ( varlıların konstitusiyası) adlandırmışdılar. Yerli idarəetmə orqanları demək olar ki, yox idi. Bütün hakimiyyətdə yerlərdə mülkədarların əlində idi. Onlar istədikləri kimi kəndliləri mühakimə edir və cəza verirdilər. Xalq hüquqsuz və müti vəziyyətdə idi.

Bu rejimə qarşı müqavimət hərəkatının mərkəzi universitetlər idi. Professorları xırda bir iş üstündə kafedralardan uzaqlaşdırırdılar ki, bu da tələbələrin etirazına səbəb olurdu. Hətta 1881-ci ilin noyabrında Madrid universitetinə hücum edən 40 nəfər jandarm qabaqlarına çıxan professor və tələbələri əzişdirirdilər. Mühacirətdə olan respublikaçılar şəhərlərdə bir neçə çıxışlar təşkil etsələr də, zəif təşkil olunduğundan bu çıxışlar ez məğlubiyyətə uğramışdır. Mühacirətdə olan respublikaçılara isə rejimin qatı düşməni olan siyasi xadim Ruis Sorilya başçılıq edirdi.

Bərpa hökuməti xarici siyasətində əsasən Almaniya ilə yaxın münasibətlərə üstünlük verirdi. 1881-ci ildə XII Alfanso Berlinə səfər zamanı çox yüksək səviyyədə qarşılanmışdır. Almaniya kayzeri I Vilhelm onu “Ulan alayının” fəxri komandiri təyin etmişdir. İspaniyanın Fransa üçün əsas düşmən olan Almaniya ilə yaxınlaşması Parislə münasibətlərin korlanmasına səbəb oldu. Parisdə Ulanlılara ölüm!, “Ulan Alfanso rədd olsun!” şüarları altında nümayişlər keçirildi. Ispaniya ilə dostluq Bismarka Almaniyanın hərbi gəmilərini 1885-ci ildə Sakit okeanda İspaniyanın nüfuz dairəsində olan Karolin adalarını ələ keçirmək üçün göndərməyə mane olmadı. Bundan sonra çox ciddi böhran yarandı. Madriddə başlamış nümayişlərdə Almaniya qarşı müharibə elan edilməsi tələb olunurdu. Kastiliya İspaniya və Almaniyanın qüvvələr nisbətinin müqayisə edilməz fərqini bildirdiyindən Papa XIII Levin arbitrliyi altında Almaniya imperatoru ilə kompromisin əldə olunmasına nail oldu. Beləliklə Karolin adaları üzərində İspaniyanın suverenliyi saxlansa da burada Almaniya Azad ticarətlə məşğul olmaq, gəmiçilik bazası, daş-kömür anbarları və kənd təsərrüfatı koloniyaları yaratmaq hüququ qazandı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin