Ölkənin siyasi həyatı. İspaniyada leqal şəkildə yaranmış ilk müxalif siyasi təşkilat İspaniya Federal Respublikaçılar (İFRP) partiyası oldu. Partiyaya respublikanın keçmiş prezidenti F.Pin-Marqal başçılıq edirdi. Partiya 1886-cı il seçki kompaniyasında iştirak etmişdir. Pin-Morqalın özü dəfələrlə deputatlar palatasına üzv seçilmişdir. Buna baxmayaraq partiyanın vəziyyəti bir o qədər də yaxşı deyildir. Onun zəifliyinin səbəbi isə təkcə bərpa rejimi deyil, həm də burjua dairələrinin əvvəlki respublika ideyalarını müdafiə etməməsi idi. Yalnız Kataloniya, Baskoni və Qalisiya burjuaziyası milli xüsusiyyətləri özündə saxlamışdır. Bu şəhərlərin burjuaziyası ümumi bayraq altında çıxış edirdilərsə XX əsrin sonlarında onlar da bu keyfiyyətdən imtina etdilər. 1897-ci ildə Kataloniya millətçiləri Kataloniya Milli hərəkatının proqramını qəbul etdilər. Beləliklə “Kataloniya ittifaqının” əsası qoyulmuş oldu. Ittifaqa Kataloniya millətçisi Prat de lyaRiba başçılıq edirdi.
Federalistlər partiyasına oxşar, respublikaçılıq istiqamətində bir neçə siyasi mərkəzlr də yarandı. 1886-cı il seçkilərində Kortesə (İspaniya parlamenti) respublikaçı N.Salmeron respublikaçıların koalisiyasını yaratdı. Lakin tezliklə bu koalasiya dağıldı. 1893-cü il seçilərində yaranmış respublikaçılar koalisiyası isə özlərinin ilk iri müvəffəqiyyətlərini qazandılar. Və 1897-ci ild N.Salmeronun başçılığı ilə Milli respublikaçılar ittifaqı yaradıldı. Respublikaçı müxalifətçilər orta sənaye burjuaziyasına arxalanırdılar. Seçkilər zamanı isə fəhlələrin, hətta kəndlilərin də böyük bir hissəsinin səsini ala bimişdilər. Federalistlərdən fərqli olaraq Salmeron mərkəzləşmə və “Vahid İspaniya Milləti” uğrunda çıxış edirdi. Onlar vətəndaş hüquqlarının genişləndirilməsini. Kortesin ictimai-siyasi həyatda rolunun gücləndirilməsini, antiklerikikal islahatların keçirilməsini tələb edir, respublikanın qaytarılması ilə milli yüksəliş vəd edirdilər.
1876-cı ilin oktyabrında Madriddə müstəqil Milli Maarifçilik İnstitutu təşkil olundu. Bu institut dünyəvi təhsil uğrunda çıxış edirdi. Bu da dini təhsilə qarşı qoyulmuşdur.
1879-cu ildə sosialistlər qrupu, başda mətbəə fəhləsi olan Pablo İqlesias olmaqla Madriddə İspaniya sosialist fəhlə partiyasını yaratdılar. Bu partiya 1881-ci ildən leqal olaraq fəaliyyətə başladı. 1886-cı ildə onun mərkəzi orqanı olan “El Sosialista” qəzeti nəşr olunmağa başladı. Sosialistlər yalnız 1888-ci ildə öz qurultaylarını çağıra bilmişdilər. Partiyanın nüfuzu həmkarlar fəaliyyəti həyata keçirdikdən sonra daha da artdı. Və onlar bu fəaliyyətlərini tətil hərəkatının genişləndirilməsinə yönəltmişdilər. 1888-ci ildə sosialist həmkarlar mərkəzi olan- Ümumi Zəhmetkəşlər ittifaqı yaradıldı. Hansı ki, həmin vaxtı ittifaqın 3,3 min nəfər üzvü var idisə 1900-cü ildə 26 min nəfər olmuşdur.
İspaniya fəhlə hərəkatının digər mənbələrindən biri də anarxizm idi. Bərpa rejiminin ilk illərində İspaniya bakuninçiləri gizli şəkildə də olsa özlərinin təşkilatlarını qoruyub saxlaya bilmişdilər. 1881-ci il sentyabr ayında anarxistlərin təşkilatı-İspaniya Vilayətləri Zəhmətkeşlərinin federasiyası təşkil olundu. Bu təşkilat 50 min insanı özündə birlşdirirdi. Lakin federasiya daxildə iki qrupa parçalanmışdır: “Kütlələrin anarxistcəsinə maarifləndirilməsi “ və “fərdi terrorçular”. Məhz baş nazir Kanovas del Kastiliya da 1897-ci il 8 avqust tarixində anarxistlər tərəfindən öldürülmüşdür. Bu və digər çoxlu terror hadisələri İspaniya siyasətində demək olar ki, heç bir dəyişiklik etmədi.
İspaniya çox millətli bir ölkə idi. Ölkənin əsas hissəsini tutan ispanlardan, kostiliyalılardan başqa şimalda, müstəqillik uğrunda mübarizə aparmasalar da dilini və mədəniyyətini inkişaf etdirmək üçün muxtariyyət istəyən kataloniyalılar, basklar və qalisiyalılar yaşayırdılar. Heç bir muxtariyyət amili eşitmək istəmyən Madrid hökuməti onları seperatizmdə günahlandıraraq təqib edirdi. Elə buna görə də İspaniyada, əsasən də Kataloniyda və Basklar ölkəsində muxtariyyət tələbi ilə milli azadlıq hərəkatı sürətlənirdi. 1892-ci il Monresa şəhrində (Kataloniyada) millətçi təşkilat olan “Kataloniya ittifaqı” minimum proqram kimi Kataloniyanı öz hökuməti və parlamenti olan muxtar vilayətə çevirməyi təklif etdi. Lakin Madrid butəklifi heç müzakirə etmək belə istəmədi.
Dostları ilə paylaş: |